Umico Beauty

Ev kosmetoloqu: Dəriyə əsas qulluq – nəmləndirmə

Ev kosmetoloqu layihəsinin növbəti nəşrini nəmləndirməyə həsr edirikr – bu əsas gündəlik qulluğun üçüncü mərhələdir. Dərini necə təmizləməli və tonlandırmalı olduğumuzu əvvəlki yazılarda izah etmişdik, bu gün düzgün nəmləndirmənin sirlərini açacağıq. Fərqi yoxdur siz 20+ yoxsa 50+ məhsullar istifadə edirsiniz, bu məlumatları bilmək hamı üçün vacibdir, çünki nəmləndirmə gənc və sağlam dərinin açarıdır. Düzgün nəmləndirmə sizi solğunluq və quruluqdan, iltihabdan, tıxanan məsamələrdən və qara nöqtələrdən azad edəcəkdir. Beləliklə, tərəfdaşımız Yves Rocher ilə birlikdə üzümüzə necə düzgün qulluq etməli olduğumuzu öyrənirik.

Bədənimizdə olan suyun təxminən 25%-i dərimizdədir. Dərinin 75%-i sudan ibarətdir. Suyun böyük hissəsi dərinin daxili təbəqəsi-dermisdədir. Xarici təbəqə – epidermisdə dərimizdə olan suyun cəmi 15-20%-i olur. Ancaq bu kiçik miqdar böyük əhəmiyyət daşıyır – dərinin elastikliyini maneə xüsusiyyətlərini qoruyur. Nəmləndirmə epidermisin nəmlə doyması və mümkün qədər uzun müddət nəmi saxlanması üçün lazımdır. 

Su balansı pozularsa, dəri xarici mühitin mənfi təsirlərinə qarşı qorunmasız olur. Su çatışmazlığı dərinin vaxtından əvvəl qocalmasına və yaşlanmasına səbəb olur.


Nəmləndirmənin 3 qaydası

Qayda 1

Dəri tipinə uyğun bir məhsul istifadə edin

Nəmləndirmə sadəcə çox quru dəri üçün deyil, həddən artıq yağlı dərinin də nəmləndirməyə ehtiyacı var. Demək olar ki bütün dəri tipləri susuzluqdan əziyyət çəkir. İndi təsəvvür edin biz üzümüzü matlaşdırıcı vasitə ilə yuyub, sonra da dəsmal ilə qurulayan zaman necə böyük bir səhvə yol veririk. Biz su balansını nəinki pozuruq hətta onu kökündən yox edirik.

Sırf bu su balansı (daxil olan və buxarlanan maye arasındakı tarazlıq) nəmləndiricilər tərəfindən qorunur. Onlar nə edirlər? İlk olaraq nəmləndicilər suyu saxlayırlar, qliserin və ya hialuron turşusu kimi komponentlər bunun üçün cavabdehdir. Tərkibində su olan kiçik süngərlər kimi işləyirlər. İkincisi, krem suyu “kilidləyir”. Bunun üçün kremlərin tərkibində, dərini çox incə qoruyucu təbəqə ilə örtən və suyun buxarlanmasının qarşısını alan yağlar və silikonlar olur. Buna görə tərkibində bu komponentlər olan kremlər seçməlisiniz, ancaq cildinizin növünə görə uyğunluq yaradın. Bir krem seçmək olduqca sadədir: dəri nə qədər qurudursa, qidalanma komponentlərinə görə tekstura daha sıx olmalıdır.

Həssas və quru dəri
Quru dəri xüsusilə uzunmüddətli və yüksək keyfiyyətli nəmləndirməyə və qidalandırmaya ehtiyac duyur. Axı quru dərinin lipid istehsalı zəifdir, bunun nəticəsində qoruyucu mantiyası çox incə olur. Buna görə ilk növbədə dərini qidalandırmaq lazımdır. Yağlı, lakin suyu olmayan balzam və kremlərə baxın. Bu kompozisiya praktik olaraq nəmin buxarlanmasına imkan vermir. Arı mumuna əsaslanan məhsullar yaxşıdır – onların dəri tərəfindən udumlası daha asandır.

Yağlı dəri
Yüngül emulsiyalar, mayelər və gellər yağlı dəri üçün yaxşı işləyir.

Qarışıq dəri
Demək olar ki, bütün nəmləndiricilər uyğun gəlir, əsas odur ki, nəmləndiricinin tərkibinə baxın. Tərkibinə yalnız təbii maddələrin daxil olması çox vacibdir.


Qayda 2

Nəmləndiricini düzgün tətbiq edin

Nəmləndirmə bütün dərilər üçün və il ərzində 365 gün lazımdır, çünki nəm itkisi prosesi davam edir.

  • Dərinizi səhər və axşam nəmləndirin.
  • Təmizləndikdən və tonladıqdan sonra nəmləndirici tətbiq edin: dəri təmiz və nəm olmalıdır – bu epidermisdə suyun qalmasına kömək edəcəkdir.
  • Kremi bədən istiliyinə gətirmək üçün əvvəlcə barmaqlarınızın ucunda azca sürtün sonra üzünüzə tətbiq edin. Bu, kremin aktivliyini artıracaqdır.
  • Masaj masaları cizgiləri incə hərəkətlərlə krem çəkin: burnundan yanaqlara və alnın ortasından gicgahlara qədər. Sonda, yüngül hərəkətlər ilə kremi hopdura bilərsiniz.
  • Göz qapaqlarının incə dərisini xatırlayın. Bu hissənin xüsusi vasitələrə ehtiyacı var — çox həssasdır və praktiki olaraq yağ bezləri yoxdur.
  • Gündəlik kremi çölə çıxmadan yarım saat əvvəl, qışda isə ən azı 1 saat əvvəl tətbiq edin, kremin udulması üçün vaxt tələb olunur.
  • Gecə kremi yatmadan ən azı bir saat əvvəl istifadə edilməlidir. Kremi tətbiq edib dərhal yatağa getmisinizsə, əzələlər rahatlaşır, mikrosirkulyasiya pozulur və krem durğunlaşır. Səhər, üzünüzdə,xüsusilə də göz ətrafında şişkinliklə oyana bilərsiniz.

Yay aylarında, bitki özləri, maye və aktivatorlar kimi yüngül teksturaları seçin. Kompozisiyada ən çox nəmləndirici komponentləri axtarın: qliserin, qəhvəyi yosun ekstraktı və hialuron turşusu. Bu komponentlər xarici mühitdən nəm çəkməyə qadirdir, dərini yumşaldır və bərpa edir, həmçinin dermis və epidermisdən nəm itkisinin qarşısını alır.


Qayda 3

Kifayət qədər su için, daha çox tərəvəz və meyvə yeyin

Kremlərin tərkibində olan hidrofiksatorlar həqiqətən nəm çəkirlər, amma onu havadan deyil, bədənimizdən alırlar. Əgər daxilimizdə kifayət qədər maye yoxdursa, onda dəriyə verəcək heç bir şey olmayacaq. Buna görə içmə rejimi dəri nəmləndirməsinin vacib bir qaydasıdır.

Hər kəsin içmə nisbəti var, bədənin hər kiloqamı üçün 0.033l su olaraq hesablasanız, öz çəkinizə uyğun gündəlik su ehtiyacını təyin edə bilərsiniz.

Diyetə daha çox meyvə və tərəvəz daxil edin, bu qidaların tərkibində çox miqdarda su var, bu da hüceyrələrə asanlıqla nüfuz edir və uzun müddət orada qalır. Gündə ən az üç meyvə və beş tərəvəz yeyin. Bədənin su saxlamasına və toksinləri aradan qaldırmasına kömək etmək üçün dietinizdə lif də olmalıdır. Optimal miqdar gündə 30-35 qdur.


Yves Rocher-də ən çox satılan 3 nəmləndirici

Bütün dəri növləri üçün düzgün nəmləndirmə

Ultra Nəmləndirici Serum

26,60 azn + keşbek 3,5%

Mikro damlacıq toxuması və yüksək nəmləndirici aktiv maddələr olan super konsentrat serum dərhal dərini doldurur və nəmləndirir. Serum formulu Edulis hüceyrə suyu ekstraktı ilə zənginləşdirilmişdir – dərinin bütün təbəqələrində nəm toplamağa və uzun müddət intensiv nəmləndirməyə davam edir. Serumda əriyən gel toxuması var, dəri ilə təmasda olduqda, təravətləndirici gel dərhal dəriyə nüfuz edən və nəmlə doyuran mikroskopik damcılara çevrilir.

Nəmləndirici Sakitləşdirici Krem

28,80 azn + keşbek 3,5%

Yüngül bir toxuma ilə nəmləndirici, sakitləşdirici krem asanlıqla əmilir, dərini yumşaq bir örtüklə örtür, qıcıqlanmanı yatırır. Krem tərkibində dərini sakitləşdirən, cavanlaşdıran və qoruyan şərq sigekbekiya yarpaqlarından ibarət bir ekstrakt var. Tərkibində ətir, alkoqol, boya, mineral yağlar və paraben yoxdur.

Bütün dəri növləri üçün nəmləndirici

16 azn + keşbek 3,5%

1964-cü ildə Yves Rocher ilk dəfə çobanyastığı əsaslı kosmetika yaratdı. Dərini təbii şəkildə yumşaldan və qoruyan, unikal aktiv maddələrlə zəngin olan çobanyastığı, La Gasilli’də böyüyür. Bu yüngül nəmləndirici gecə-gündüz dərini yumşaldır və qoruyur.


Yvesrocher.az saytında hər hansı bir kosmetik məhsulu sifariş edin və Umico bonusları ilə 3,5% keşbek, həmçinin evə çatdırılma əldə edin.

Yves Rocher — bitki mənşəli kosmetikanın yaradıcısı

  • 100 % bitki mənşəli aktiv maddələr
  • 60 hektar öz üzvi sahələrimiz
  • Eko formatda məhsullar

Evdə salon

Aloe Vera Nəmləndirici və Sakitləşdirici Maska

Təzə aloe suyu götürün. Bunun üçün aloenin alt və orta yarpaqlarından kəsin. Maska hazırlamağa başlamazdan əvvəl yarpaqları soyuducuda saxlayın. Blender yaxud qarışdırıcı vasitəsi ilə yarpaqları doğrayın və alınan gələn püreni sıxıb suyunu ayırın. Maska hazırlamağa başlamazdan əvvəl yarpaqları soyuducuda saxlayın.
Bir qaşıq aloe suyunu və bir kaşıq bal ilə qarışdırın. Qarışığı təmizlənmiş üzə çəkin və 10-15 dəqiqə saxlayın, sonra ilıq su ilə durulayın və syuq su ilə üzünüzü yuyun.

Təsiri: sıxlaşmış və nəmlənmiş dəri. Daimi istifadəsi ilə üz dərisindəki soyulma və qızartı yox olacaq, qan damarlarının divarları güclənəcəkdir.

Avokado və qatıq maskası

Avokado, dərini qidalandıran, yumşaq və elastik edən sağlam yağ turşuları ilə zəngindir. Maska həm quru, həm də yağlı dərilərə uyğundur. 1 avacadonun 4/1-ni püre halına gətirin və 1 çay qaşığı təbii qatıqla yaxşıca qarışdırın . Və qarışığı üzünüzə çəkib 10-15 dəqiqə saxlayın.

Təsiri: dəri nəmlənir, yumşaq və hamar olur, qızartı, qırıqlıq və solğunluq yoxa çıxır.

Nəmləndirici halva maskası

Qeyri-adi səslənir, amma hər şeyin izahı var: bu şərq şirinliyinin tərkibində çox miqdarda bitki yağları, dəri üçün lazım olan qida turşuları, zülallar, qlükoza, mineral duzlar, vitaminlər və iz elementləri var. Kiçik bir halva parçasını əzin, bir az su əlavə edin və tam həll olana qədər qarışdırın. Maska üzdə ən az 30 dəqiqə saxlanılmalı, sonra otaq temperaturunda su ilə yuyulmalıdır.

Təsiri: maska hüceyrələrin bərpasını təşviq edir, dərini cavanlaşdırır və vaxtından əvvəl yaşlanmadan qoruyur, qırışları hamarlayır və yaxşı nəmləndirir.


Hər zaman gözəl qalın — Umico və Yves Rocher hər zaman sizinlədir!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %