İsti yay günəşi, dəniz suyu, yumşaq qum – bunların hamısı xoşumuza gəlir, amma saçlar bunları heç sevmir. Ultrabənövşəyi işıq piqmenti məhv edir, duz nəmi özünə çəkir, hovuzdakı xlor isə saç quruluşundan bir çox komponenti yuyur. Nəticədə, saçlar quruyur, məsaməli və cansız olur – bunlar zədələmənin ilk əlamətləridir. Yaxşı xəbər odur ki, bunların hamısını qidalı qulluqla düzəltmək asandır. Qulluğun necə olmadığını Umico Market ilə birlikdə öyrənirik.
Bərpa olunmaya ilk addım quru uclarla sağollaşmaqdır
Ən güclü və elastik saçlar belə yayın sonunda quruyur, ucları isə vız-vız olur. Bu prosesin uzunluğa yayılmasının qarşısını almaq üçün zədələnmiş uclardan qurtulmaq daha yaxşıdır. Quru ucları kəsim xətti düz olan saç kəsimləri canlandırır: belə saç düzümləri saçlara gözəçarpan qalınlığı verir, onları yenidən canlandırır, nəticədə saçlar bu qədər tez qırılmır. Saçlarınızın uzunluğundan heyfiniz gəlməsin: uzunluğu qurban verərək saçları daha canlı və sağlam etmək pis fikir deyil.
Növbəti addım – dərin təmizləmə
Saçların bərpası üçün bir çoxunun bilmədiyi və ya fikir vermədiyi, lakin, olduqca əhəmiyyətli bir addım – baş dərisinin tam təmizlənməsidir. Saçlardan dəniz duzunun hissəciklərini, qumu və digər çirkləri təmizləmək çox vacibdir. Baş dərisi skrabları bu işə uyğundur. Onlar qan dövranını stimullaşdırırlar, saç follikulunun içindəki qanı oksigenlə doyuzdururlar. Skrabı həftədə bir və ya iki dəfə şampundan əvvəl istifadə edin. Əsası odur ki, məhsulun daha təsirli işləməsi üçün baş dərisini yaxşıca masaj edin.
Tərkibində aqressiv maddələr olmayan şampunları seçin
Yaydan sonra adi qulluq rejimininizi yenidən nəzərdən keçirin və öncədən, tərkibində aqressiv maddələr olan vasitələri, misal üçün, dərin təmizləmə şampunlarını unudun. Məsləhətlisi odur ki, rənglənmiş və ya həssas saçlar vasitələri kimi zərif məhsullara üstünlük verərsiniz.. Komponentlərdə sulfatların və parabenlərin olmadığından əmin olun – onlar, saçları quruda və qıcıqlanmaya səbəb ola bilərlər. Saçınızı hər gün yumamaq daha yaxşıdır – beləliklə, təbii qoruyucu yağ səthinin bərpasına kömək etmiş olacaqsınız.
Həftədə iki dəfə qidalandırıcı maskalar
İstilik və ultrabənövşəyi işığa məruz qalması səbəbindən saç çoxlu nəm itirir. Saçları intensiv şəkildə nəmləndirən maskalar və kremlər bu itkiləri bərpa etməyə kömək edəcəklər. Əvvəllər maskaları nadir hallarda, və ya heç istifadə etmirdiniz, yay mövsümündən sonra bu, bir nömrəli qulluq vasitəniz olmalıdır. Onlar həftədə ən azı iki dəfə və ya daha çox tətbiq olunmalıdır. Maskanın daha aktiv işləməsi üçün yuyulmadan əvvəl quru saçlara sürtün, baxmayaraq ki, adətən, əksinə edirik. Saç su ilə dolu olanda o, maskanın və ya saç kreminin lazımı həcmini hopdura bilmir. Suyun və maskanın saçınızdaki boşluq üçün rəqabət etməməsi üçün maskaları yumadan öncə quru saça çəkin. Bu yanaşma, ilk növbədə, saçın daxili quruluşunu maskanın bərpaedici komponentləri ilə doldurmağa imkan verir və yalnız bundan sonra qalan boşluğu su ilə dolduracaq.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Maskanı fillər ilə növbələyin
Populyar saç fillerləri maskalara əla alternativ ola bilər. Onların əsas funksiyaları saçı hamarlaşdıraraq quruluşundakı bütün gözəçarpan qüsurları gizlətməkdir. Fillerlərin tərkibi mayedir, buna görə onlar su ilə qarışdırıldıqda balzama çevrilirlər. Fillerləri həftəlik iki maskaya əlavə edərək həftədə iki dəfə tətbiq etmək olar. Bu prosedurlardan sonra saçınız yumşaq, ipək və parlaq olacaq.
Qırılan saç ucları üçün serum
Zədələnmiş və ya quru saçların olduqca tez rast gələn qüsuru qırıq uçlardır. Problem çox ciddi deyil, ancaq saç düzümün ümumi görünüşünü pozur. Belə hallarda saç pulcuqlarını yapışdıran və saçı daha çox qırılmaqdan qoruyan zərdablardan istifadə oluna bilər.
Yuyulmayan baxımı əlavə edin: krem, serum və yağ
Saçınız normal və sağlamdırsa, istənilən məhsulu seçin. Nazik saç sahibləri üçün su və su-kremli əsaslı məhsullar daha uyğundur: onlar həcmi azaltmır. Saçlar zədələnibsə, əsas məsələ nəmlədirmə dərəcəsini aşmamaqdır, əks halda saçlar ağır olub, qırılmağa başlayacaq. Belə hallarda daha yüngül teksturaya malik, məsələn, sprey formasında plan vasitələri istifadə etmək daha yaxşıdır – belə vasitələr qıvrımları ağırlaşdırmır, rahat tətbiq olunur və çox tez quruyur.
Məhsulların tərkibinə diqqət yetirin
Saçlarımızın 80%-i keratindən ibarətdir, buna görə də yay stresindən sonra protein kokteyli lazımsız olmayacaq. Baxım məhsullarının tərkibində olan kollagen, keratin, soya, buğda, ipək və kaşmir zülalları saç milinə daxil olaraq onu bərpa edir və eyni zamanda ona parlaqlıq bəhş edir. Zədələnmiş tellerinin bərpası üçün digər vacib komponent amin turşularıdır. Onlar dərin bərpa üçün lazımdır: böyük ölçülü protein molekulunun daxil ola bilmədiyi yerlərdə kiçik amin turşuları, məsələn L-karnitin, L-sistein, lizin yaxşı işləyirlər. Amin turşuları güclü karkası quraraq, saçları yenidən elastik və canlı edir. Keramidlər saçın qoruyucu baryerini bərpa edir. Zeytun, avokado, jojoba, kokos, arqan və şi yağları saçları hamarlaşdıracaq və onlara parlaqlıq verəcək.
Feni və saç ütünü kənara qoyun
Ən azı bir ay müddətində istilik köməyi ilə edilən saç düzümlərindən çəkinin. Yüksək temperatur zədələnmiş saçların vəziyyətini daha da pisləşdirə bilər. Saçlarınızı fensiz qurudun və saç ütülərindən və yaxud staylerlərdən istifadə etməyin. Bu sizə çətin gəlsə, saç düzümü etməkdən əvvəl termo qoruyucu vasitələri tətbiq etməyi unutmayın
Saçı içəridən nəmləndirin
Pəhriz də düzgün qulluq qədər vacibdir. Saçınızı gücləndirmək üçün daha çox meyvə, yerkökü, ərik və balqabaq kimi tünd yaşıl yarpaqlı və narıncı tərəvəzlər yeyin. Zeytun yağı və ya qoz-fındıqdan E vitaminini, balıq və avokadodan omeqa-3-ü, kəpəkli taxıllardan, küncüt ,günəbaxan, buğda toxumlarından B vitaminlərini alın. Dəmirsiz də saçlar sağlam olmayacaq – onu ət, lobya, qoz -fındıq və yumurta sarısında tapa bilərsiniz. Ədviyyat kimi təbii güclü iltihab əleyhinə təsirləri olan sarıkök və zəncəfildən istifadə edin.
Yaydan sonra saçlarınıza qulluq etmək asan iş deyil. Yalnız xüsusi vasitələr deyil, səbr də lazım olacaq – bir neçə gün ərzində saçlarınızı bərpa edə bilməyəcəksiniz. İntensiv kurs adətən bir ay çəkir. Saçlar ciddi şəkildə zədələnibsə, bərpası daha çox əziyyət və vaxt aparacaq, amma nəticə sizi sevindirəcək. Umico Market-də hər zaman quru və zədələnmiş saçlar üçün məhsulları tapa bilərsiniz.