Umico Health

İlk yardım: günvurma zamanı nə etmək lazımdır?

Hər yay həkimlər təkrar-təkrar xəbərdarlıq edirlər: isti hava uzun gəzintilər və ağır fiziki işlər üçün uyğun hava deyil. Bütün bunlar gün vurması ilə bitə bilər. Günvurmanın nəticələri — ürəkbulanma, qusma və halsızlıq vəziyyətindən başlayaraq, koma və ürək tutmasına qədər, sağlamlıq üçün təhlükəli hala gələ bilər.

Umico tərəfindən Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə hazırlanan "İlk yardım lazım olarsa nə etməli" layihəsi çərçivəsində, günvurmadan əziyyət çəkən bir insana necə kömək edəcəyimiz və ən əsası - yayın istisindən özümüzü necə qoruyacağımız barədə danışacağıq.

Günvurma nədir

Bədənimiz elə qurulmuşdur ki, bədən temperaturu da daxil olmaqla bütün daxili prosesləri mükəmməl tənzimləyir. Belə ki, bədən temperaturumuz yüksələndə tərləmə təbii olaraq artır. İstilik ötürmə mexanizmi işləmədikdə, bədənin həddən artıq isinməsi baş verir – həkimlər bu ağrılı vəziyyəti günvurma adlandırırlar.

Günvurma, günəş şüalarının uzun müddət insanın başına, bir başa təması səbəbindən meydana gəlir: infraqırmızı şüalar təkcə bədənin səthini deyil, beyin toxumasını da əhatə edən dərin toxumaları istiləşdirə bilir. Əvvəla, günvurma ilə mərkəzi sinir sistemi əziyyət çəkir. Həddindən artıq qızdırıcı impulslar beyin qabığına və sonra bədənin damar sisteminə daxil olur. Qan və limfa damarları genişlənir, bu da beyində olan boz maddənin sıxılmasına səbəb olur. Sinir hüceyrələri və ya neyronlar oksigensiz qalır və uzun müddət ciddi şəkildə günəş şüalarına məruz qalınma halında bu hüceyrələr ölürlər. Həssasiyyət və hərəkət fəaliyyəti pozulur, ürək-damar, tənəffüs və digər bədən sistemlərinin iltihablı reaksiyaları baş verə bilər.

Günvurma nəinki günəş altında olanda, hətta gəzintidən 6-8 saat sonra belə təsir edə bilər. Günvurma quru və sakit havalarda həddindən artıq fiziki aktivliklə məşğul olunanda da baş verə bilər.


Günvurmanı necə təyin etmək olar

Günvurmanın üç dərəcəsi var. Yüngül dərəcədə, insan şüurlu olur, zəiflik və ürəkbulanma hiss edir, baş ağrısı olur.

Yüngül günvurma simptomları:

  • Baş ağrısı
  • Ürək bulanması
  • Ümumi zəiflik
  • Nəfəs və ürək döyüntüsünün artması
  • Genişlənmiş göz bəbəkləri

Orta dərəcədə günvurma ilə temperatur yüksəlir, baş ağrısı və ürək bulanması daha da pisləşir, burun qanaması başlaya bilər. Hərəkət funksiyasının pozulması və qısa müddətli şüur itkisi mümkündür.

Orta dərəcəli günvurma simptomları:

  • Ürəkbulanma və qusma ilə şiddətli baş ağrıları
  • Eşitmənin pozulması
  • Yerişin pozulması və hərəkətlərdə özünəinamsızlıq
  • Qısamüddətli huşu itirmə
  • Nəfəsin və ürək döyüntüsünün artması
  • Burun qanaması
  • 38-40°С bədən temperaturu

Günvurma bəzən şiddətli dərəcədə ola bilər. Xəstənin üzü, qırmızı, isti və solğun olur, temperatur kritik olaraq yüksəlir və halüsinasiyalar baş verə bilir.

Şiddətli dərəcəli günvurmanın simptomlarına aşağıdakılar daxildir:

  • Üz dərisi əvvəlcə qırmızı, sonra solğun olur
  • Şüurda mümkün dəyişikliklər baş verir (sayaqlama, halüsinasiyalar)
  • Кlonik tutmalar
  • Temperaturun 41-42° C-ə yüksəlməsi
  • Mümkün koma və qəfil ölüm

Bu simptomlardan bəziləri kəskin allergik reaksiya, bakterial infeksiya, və ya insulta bənzəyə bilər. Bir şey dəqiqdir ki – bu vəziyyətlərin hər hansı birində olmaq təhlükəlidir. Belə halda özünüzə diaqnoz qoymayın, dərhal təcili yardım çağırın.

Günvurma zamanı ilk yardım

Yardım üçün nə etmək lazımdır?

Hər hansı bir dərəcədə günvurma zamanı əsas qayda xəstəni dərhal sərin bir yerə gətirmək, uzatmaq, su vermək və bədən istiliyini aşağı salmaqdır. Tapşırıq — ürək-damar və tənəffüs sistemlərinin işini bərpa etməkdir.

  1. Xəstəni kölgəyə və ya sərin bir otağa gətirin. Otaqda, optimal rütubət səviyyəsi (40- 60%) və kifayət qədər oksigen olmalıdır.
  2. Baş və ayaqları qaldıraraq uzadın. Xəstəni rahatlaşdırmaq üçün boynunun və ayaq biləyinin altına bir şey qoyun.
  3. Üst geyimlərini çıxarın, kəməri boşaldın. Sinə və boynun sıxılmaması vacibdir.
  4. Sərin su verin, yaxşı olar ki mineral su verəsiniz. Və ya adi suya bir çay qaşığı ucunda duz və şəkər əlavə edin – bu su-duz balansını bərpa etmək üçün lazımdır.
  5. Sərin bir kompres hazırlayın: hər hansı bir parçanı su ilə nəmləndirin və sinəsinə sürtün. Bütün bədəni nəm bir təbəqə ilə bükə və ya 20° C-dən isti olmayan su tökə bilərsiniz. Soyuq kompreslər yalnız bədənin müəyyən hissələrinə tətbiq oluna bilər: boyun, alın və biləklər.
  6. Məcburi qusma başlayıbsa, xəstəni yanı üstə çevirib, hava yollarının qusuntudan təmizlədiyinizə əmin olun.
  7. Bulanıqlaşmış şüur və tənəffüs çətinliyi halında xəstəyə ammonyak verin.
  8. Fövqəladə hallarda – huşu pozulduqda, nəbzi hiss olunmadıqda, tənəffüsün tutulması halında, həkimlər gələnə qədər süni tənəffüs və dolayı ürək masajı edin.

Günvurmadan özünüzü necə qorumalısınız

Ən sadə qayda, günorta saat 11.00-dan 17.00-a qədər birbaşa günəş işığında mümkün qədər az olmaqdır. Bu halda belə aktiv günəş şüalarından qaça bilmirsinizsə, bu sadə qaydalara əməl edin.

  • Yay qarderobunuzu boş, açıq rəngli geyimlərlə doldurun
    Dərinin “nəfəs ala biləcəyi” təbii parçalar – pambıq və ya kətan seçin. Sintetik isə, əksinə, bədənin verdiyi istiliyi saxlayır, yəni həddindən artıq istiləşmə riski artır.
  • Şapkanı unutmayın
    Başınızı günəş işığının birbaşa təsirindən qoruyun və açıq rəngli şapkalar seçin, tünd rəngli olanlar sizi günəş yanıqlarından xilas etsə də, onlarla günvurma mümkündür.
  • Su için
    Hər saatda bir stəkan su içdiyinizə əmin olun. Gündə nə qədər su içmək lazım olduğunu, hər kiloqram üçün – 30 ml su olaraq hesablaya bilərsiniz. Söhbət ancaq sudan gedir. Həddindən artıq istidə qəhvədən imtina edin: qəhvə bədəni susuzlaşdırır. Əlbətdə ki, alkoqol qəbul etməyin.
  • Yağlı və proteinli qidalardan çəkinin
    İsti günlərdə pəhrizi turş süd məhsulları və tərəvəzlərlə doldurun, həddindən artıq qida qəbul etməməyə çalışın.
  • Sərinlənin
    Bu sərin bir duş və ya nəm bir dəsmal ilə silmə ola bilər.
  • İstidə aktiv idman növləri ilə məşğul olmayın
    Gərgin fiziki fəaliyyət üçün havanın temperaturu 25°C-dən yüksək olmamalıdır.

Kimlər risk qrupuna daxildir

Əvvəlcə uşaqlara, xüsusən körpələrə qayğı göstərməlisiniz. Körpələrdə istilik ötürmə mexanizmi yaxşı işləmir, və ətraf mühit istiliyinə uyğunlaşa bilmirlər.

İkincisi, damar sistemi ilə problemi olanlar istidən qorxmalıdırlar. Günəş yandıran zaman nə olur: qan damarları genişlənir, qan təzyiqi düşür, ürək, bədəni oksigenlə təmin etmək üçün daha aktiv işləməyə başlayır. Hipertoniya, ateroskleroz və ürək xəstəliklərindən əziyyət çəkən insanlarda termorequlyasiya pozulmuşdur ki, bu da həddindən artıq istiləşmə və günvurma riskini artır.

Yüksək temperatur bədənə necə təsir edir?
Demək olar ki, bütün sağlamlıq göstəriciləri dəyişir. Damarların tonu azalır, qan axını sürəti dəridə artır, daxili orqanlarda isə azalır. Bu, qaraciyərə, böyrəklərə, bağırsaqlara və digər orqanlara və sistemlərə oksigen çatdırmağı çətinləşdirir. Anormal istilər, qanın temperaturunu yüksəldir ki, bu da ürək əzələsinin işini pozur. İstilik- susuzlaşma, həddindən artıq tərləmə, duz tərkibində dəyişiklik və qanın özlülüyünə səbəb olur.

Qızmar günəşdən başqa kimlər ehtiyatlı olmalıdır

  • Yaşlı və meteohəssas adamlar
  • Hamilə qadınlar
  • Hipertoniya və işemik ürək xəstəliyi, tiroid vəzi patologiyası, şəkərli diabet, bronxial astma, hepatit, ruhi xəstəlik kimi xroniki xəstəlikləri olanlar
  • Əvvəllər insult və ya infarkt keçirmiş birisi
  • Hormonal pozğunluqları və allergiyası olan insanlar
  • Kilolu insanlar
  • Alkoqol və ya narkotik təsiri altında olanlar

Uşaqlarınızı günvurmadan qorumaq üçün daha bir neçə məsləhət

  • Günəşin aktiv olmayan saatlarında uşaqlarla gəzin – saat 11.00-dan əvvəl və ya 17.00-dan sonra
  • Gün vuran zamanlarda pəncərələri bağlayın, gün o biri tərəfə keçəndə açın
  • Pərdələri islatmaq üçün adi bir çiçək sulayıcı spreyindən istifadə edin. Yeri gəlmişkən, uşağa su tökə bilərsiniz – bu həm sərinləşdirəcək, həm də əyləncəli oyun olacaqdır
  • Uşağınıza günəş tərəfindən qızdırılan şişmə hovuza girməyə icazə verməzdən əvvəl hovuzu kölgəyə çəkin
  • Uşağınızın kifayət qədər təmiz su içdiyinə əmin olun
  • Uşağınız hər dəfə günəşə çıxdıqda şapka taxmağı unutmayın

Günəşdən qorunmağı göz ardı etməyin, çünki təsirlər sağlamlığınız üçün çox ciddi ola bilər. İsti havadan qorunun və bu havada işləmək istəməyən bir ruh halında olsanız əsəbləşməyin. Bu həm də termometrdə yüksək bir işarənin nəticəsidir.


Sağlam olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %