Umico-da yeni fürsət var – indi mobil tətbiqinizdə ailə və dostlarınıza bonuslar hədiyyə bilərsiniz. Yeni il ərəfəsində bu, həmişəkindən daha da aktualdır! Bonusları bir-birinizə göndərin, böyük alışlar üçün bütün ailə ilə pul yığın, eləcə də təmənnasız verin. Bilməli olduğunuz yeganə şey hədiyyəni alacaq şəxsin Umico bonus kartının nömrəsi və ya telefon nömrəsidir. Və əlbəttə ki, hesabınızda yığılmış Umico bonuslarının miqdarı.
Bonusları bölüşmək üçün 5 səbəb
Əgər siz bir ildir ki, Umico bonuslarına qənaət edirsinizsə və onlarla nə edəcəyinizi bilmirsinizsə, biz sizə onlardan necə istifadə edəcəyinizi göstərəcəyik! Artıq indi mobil tətbiqinizdə bonusları başqa şəxsə köçürə bilərsiniz. Onun necə təəccüblənəcəyini təsəvvür edin! Ümumilikdə, Umico bonuslarını nə üçün bölüşmək barədə beş gözəl ideya hazırladıq.
- Böyük bir alış üçün bütün ailə ilə pul yığın
Ailənizin hər üzvü üçün Umico bonus kartını almısınızmı? Bunu etməyə dəyər ki, hamı birlikdə bonuslar toplaya bilsin və ayın sonunda onları bir hesaba köçürə bilsin. İki nəfər olsanız belə, böyük və çoxdan gözlənilən alış üçün pul yığa bilərsiniz. Əgər üç və ya dörd nəfərsinizsə, daha böyük xəyallar qura bilərsiniz!
- Kiminsə arzusunun həyata keçməsinə kömək edin
Bəlkə ailə üzvlərinizdən və ya dostlarınızdan biri çoxdan bir alış arzusundadır, lakin çox baha olduğundan onu almağa kifayət qədər pulu yoxdur? Bonuslarınızı bölüşün – bəlkə də köməyiniz kimisə xoşbəxt edəcək
- Kafe və restoranlarda bonuslarla ödəniş edin
Bu, sevimli yerdə dostlarla yenidən görüşmək üçün əla bəhanədir. Hesabı ödəmək üçün bütün bonusları bir karta köçürə bilərsiniz. Qənaət edin ki, sonradan istirahətinizə xərcləyə biləsiniz. Beləliklə, bu ay restorana əlavə səyahət planlaşdırın! Mağazaya hər səfərdən bonus qazanmaq üçün Umico tərəfdaşlarından alış-veriş etməyi unutmayın.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
- Uşaqları maliyyə oyununa cəlb edin
Siz övladınıza ay ərzində topladığı bonuslardan təkbaşına istifadə etməyi təklif edə bilərsiniz. Birincisi, növbəti oyuncaq üçün pul xərcləməyəcəksiniz. İkincisi, uşaqlara maliyyə savadlılığının əsaslarını öyrətmək üçün əsas var. Razılaşın, hər bir alış-verişi şüurlu şəkildə etmək və pulu idarə edə bilmək vacibdir, hətta virtual bonuslar olsa belə.
- Təmənnasız bölüşün
Ürəkdən verişmiş hədiyyədən yaxşı şey yoxdur. Sevdiyiniz insanları sevindirmək üçün Yeni ili və ya hər hansı digər rəsmi hadisəni gözləməyin. Bonusları indi köçürün!
Bonusları necə bölüşməli
Bunu cəmi bir neçə kliklə etmək olar. Lazım olan yeganə məlumat sizdən hədiyyə alacaq şəxsin Umico bonus kartının nömrəsi və ya telefon nömrəsidir.
- Umico tətbiqində “Bonuslar” bölməsində bonus kartınızı tapın. O, həmişə hesabınızda olan bonusların sayını göstərir.
- “Bonusların köçürülməsi” düyməsini tıklayın. Siz köçürmə edə biləcəyiniz səhifəyə keçəcəksiniz.
- Axtarış xanasına bonuslarınızı bölüşmək istədiyiniz şəxsin bonus kartı nömrəsini və ya telefon nömrəsini daxil edin. Daxil etdikdə, alıcı avtomatik olaraq görsənəcək.
- Bonusların məbləğini daxil edin və köçürməni təsdiqləyin.
- Köçürmənin uğurlu olduğu barədə bildiriş alacaqsınız. Siz həmçinin əməliyyat qəbzini yükləyə və ya başqa köçürmə edə bilərsiniz.
Bonuslarınızı yaxın gəlıcıkdə komissiyasız bölüşün! Umico tətbiqində yeni funksiya artıq mövcuddur.