Dərs ili başladı, tətillər bitdi, iş qrafiki isə daha sıx oldu. Əgər iş avadanlıqlarınızı yeniləmək istəyirsinizsə, indi əsl vaxtıdır. Sentyabrın 15-dək Umico Market-də 100 AZN-dən başlayan qiymətə kompüter avadanlığı aldıqda Umico-dan 10 bonus hesabınıza qaytarılacaq.
Güman edirik ki, noutbukdan istifadə edirsiniz: iş cədvəllərini doldurursunuz, onlayn təlimlər keçirsiniz və ya sadəcə axşamlar seriallara baxırsınız. Məqsədlər və tapşırıqlar fərqlidir, eyni zamanda buna uyğun texnika da fərqlidir. Bu gün sizə iş, məktəb və ya evdə istifadə üçün noutbukun seçimində kömək edəcəyik.
İş üçün noutbuk seçirik
Elə bir noutbuk seçmək lazımdır ki, uzun müddət işləsin, qiyməti münasib olsun və əlbəttə ki, işiniz üçün uyğun olsun. İş üçün noutbuku necə seçmək lazımdır? İlk öncə noutbukun növündən başlayın.
Bu gün bazar üç növ noutbuk təklif edir – masaüstü, ultra nazik və transformer-noutbuklar, onların hər biri öz vəzifələri üçün hazırlanıb. Məsələn, ultrabuklar mobildir, minimal qalınlığı və yüngüllüyü ilə məşhurdur. Onu özünüzlə daşımaq rahatdır – belə bir noutbukun çəkisi 1,5 kq qədərdir, lakin yüksək performansa malik deyil.
Transformerlərin xüsusiyyəti, lazım olduqda klaviatura olmadan istifadə etməyə imkan verən sensor ekrandır. Çox vaxt transformer-noutbuklar Windows 10 əməliyyat sistemində işləyir, lakin eyni zamanda iki əməliyyat sistemi də ola bilər, məsələn, Windows və Android.
Standart masaüstü noutbuklar, performans və əlbəttə ki, qiymət baxımından tamamilə fərqlidir. Bəziləri sizə sənədlərlə işləməyə və sadəcə internetə çıxışı təmin etməyə kömək edəcək, digərləri isə dizaynerlər, fotoqraflar və videoqraflar tərəfindən istifadə olunan mürəkkəb qrafik proqramlarının öhdəsindən gələcək.
Və əlbəttə ki, işiniz üçün hansı texniki xüsusiyyətlərin uyğun olduğunu başa düşmək vacibdir.
Operativ yaddaş həcmi. Minimal olaraq 4 GB olmalıdır, lakin mürəkkəb proqramlarla işləmək üçün, məsələn, dizaynerlər üçün, 8 GB lazımdır.
Prosessor. Adi tapşırıqlar üçün, məsələn, internetdə və ofis proqramlarında işləmək üçün xüsusi güc tələb olunmur. Intel Pentium/AMD A6-A8 seriyalı prosessorlar kifayət edəcək. Flaqman modelləri ən güclü Intel Core i9, i7 və i5 prosessorlarına malikdir. Ən son nəsil prosessoru olan noutbuk adətən qrafik proqramlar və 3D qrafika üçün tələb olunan böyük və sürətli yaddaşa malik güclü diskret video kartına malikdir.
Batareya. Oflayn rejimdə optimal iş vaxtı 8-10 saatdır. Lakin istehsalçının elan etdiyi rəqəmlərdən bir neçə saatı rahat çıxara bilərsiniz: məsələ orasındadır ki, bu vaxt minimal yük və ən zəif ekran parlaqlığı ilə hesablanır. Əlbəttə ki, iş üçün güclü batareyası olan bir noutbuk götürmək daha yaxşıdır.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Təhsil üçün noutbuk seçirik
İlk növbədə prosessora diqqət yetirin. Noutbuklarda o, dəyişdirilə bilməz, buna görə də bütün iş müddəti ərzində onunla “yaşamalı” olacaqsınız. Birdəfəlik imkanları bir neçə il davam edəcək güclü bir çip seçməyi məsləhət görürük. Artıq dediyimiz kimi, ən məhsuldar həllər Intel Core i9, i7, i5 ailələridir. Güclü prosessor üçün böyük RAM lazımdır, lakin adətən bu barədə düşünməyə ehtiyac yoxdur – güclü noutbukda həmişə düzgün balans olur.
13 düymlük noutbuklar tələbələr və məktəblilər arasında populyardır, çünki onlar ekran ölçüsü və daşınma arasında yaxşı balans təklif edir. 15″ modellər daha həcmli və ağırdır və dərsliklərlə birlikdə məktəb çantalarına sığmayacaq. Amma bu o demək deyil ki, kiçik noutbuk məhsuldar olmur. Komponentlər hər il daha kiçik, noutbuklar isə daha incə və yüngül olur. Hətta güclü prosessor üçün həmişə səs-küylü soyutma sisteminı lazım deyil, nazik bir radiator kifayətdir – çipdən istiliyi çıxaran metal lövhə. Müasir noutbuklar səssiz və nazikdir, qalınlığı 2 sm-ə qədər və çəkisi 2 kq-a qədər olan güclü model artıq fantastika deyil.
Ev üçün noutbuk seçirik
Noutbukun xüsusiyyətləri yalnız onunla bağlı planlarınızdan asılıdır. Əgər sadəcə sosial şəbəkələrdən istifadə edəcəksinizsə, internetdə işləyəcəksinizsə, musiqi dinləyəcəksinizsə və videolara baxacaqsınızsa, o zaman ən güclü variantı seçməyə ehtiyac yoxdur, daha sərfəli qiymətə olanı seçə bilərsiniz. Əgər noutbuk sizə yalnız evdə istifadə üçün lazımdırsa və onu hər zaman özünüzlə aparmağı planlaşdırmırsınızsa, bəzi xüsusiyyətlərə laqeyd yanaşmaq (və eyni zamanda pula qənaət etmək) olar. Məsələn, çəki, batareya tutumu, yığcamlıq və görünüş arxa plana keçə bilər.
Vacib olan məsələlərdən biri də odur ki, ekran ən azı Full HD (1920×1080) və 14 düym olmalıdır. Şəkil yüksək keyfiyyətli olacaq və gözləriniz yorulmayacaq. Və əlbəttə ki, operativ yaddaş həcminə diqqət yetirin, şübhəsiz ki, bu noutbukda siz qiqabaytlarla ailə foto və videolarını saxlayacaqsınız. Operativ yaddaş həcmi həmçinin işləmə sürətinə təsir göstərir, ona görə də ən azı 4-6 GB seçin.