Umicology

İstədiyiniz hər şeyi alın. Umico Market alış-veriş üçün yenilənən kredit xəttini işə saldı

Umico Market-də kreditlə alış-veriş etmək daha da Rahat oldu. Umico mobil tətbiqində və ya internet saytında cəmi bir dəfə anketi doldurursunuz və biz Birbank ilə birlikdə sizin üçün hər ay istifadə edə biləcəyiniz yenilənən kredit xətti açırıq. İndi mobil tətbiqdə yalnız malların dəyərini deyil, həm də kreditlə alış üçün mövcud olan məbləği görəcəksiniz.

Kredit xətti nədir?

Kredit xətti adi kreditə çox bənzəyir. Öz hesabınıza deyil, kreditlə nə isə almaq istəyəndə ərizə ilə müraciət edirsiniz, bank limiti təsdiq edir və sizə pul verir.

Kredit xəttinin öz üstünlükləri var. Birincisi, siz bank üçün ərizə formasını yalnız bir dəfə doldurursunuz və uzun müddət istifadə edə biləcəyiniz limit əldə edirsiniz. Bu o deməkdir ki, ikinci, üçüncü və ya dördüncü dəfə kreditlə nə isə almaq istədiyiniz zaman bütün rekvizitlərinizi yenidən daxil etməli və bank təsdiqini almalı olmayacaqsınız.

İkincisi, limitdən pul kredit xəttinin bütün müddəti ərzində götürülə bilər. Tutaq ki, bank sizin üçün 1000 AZN limit təsdiq edib alış-verişiniz isə 300 AZN məbləğindədir. Siz 300 AZN ödəyirsiniz, hər ay banka bu məbləğin kreditini ödəyirsiniz, 700 AZN isə kredit xəttiniz olaraq qalır. Yəni bu məbləğə yenə də istənilən sayda alış-veriş edə bilərsiniz, istər 6 AZN-ə şampun olsun, istərsə də 590 AZN-ə elektrikli skuter.

Kredit və kredit xətti. Fərq nədir?

Klassik kredit əldə etmək üçün siz həmçinin ərizə formasını doldurmalı və bankdan təsdiq almalısınız. Lakin bunu hər dəfə bir şey almaq istədiyiniz zaman etməlisiniz. Bundan əlavə, kredit məbləği səbətinizdə olan malların dəyəri ilə məhdudlaşır.

Kredit xətti hər zaman sizinlədir. Əslində, bu, kredit götürə biləcəyiniz mövcud bir məbləğdir. Bu ay istifadə etmədən növbəti ay istifadə edə bilərsiniz. Məbləğ “yanmır”, onun olmasına görə komissiya ödəməli deyilsiniz və ümumiyyətlə o, sizi heç bir şeyə məcbur etmir. Növbəti alışda heç bir sənəd doldurmağa ehtiyac yoxdur, sadəcə olaraq dərhal alış-veriş keçirsiniz.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Umico Market-də kredit xəttini necə açmaq olar?

Kreditin alınması prosesi çox sadədir və əvvəldən axıra kimi onlayn şəkildə baş tutur. Kredit xəttini bir neçə kliklə aça bilərsiniz – marketpleysin veb saytında və ya Umico mobil tətbiqində.

  1. Kreditlə almaq istədiyiniz məhsulu seçin. Bu, təkcə alışı üçün böyük məbləğdə pul yığıb və ya bankdan məqsədyönlü şəkildə kredit götürməyə adət etdiyimiz məişət texnikası və ya elektronika deyil. Umico Market-də malların geniş çeşidi təqdim olunub və siz həmçinin kredit xətti ilə müxtəlif gündəlik xırda şeylər ala bilərsiniz: kosmetika, məişət kimyası, ev heyvanları üçün qida və s.
  2. Müraciətinizi göndərin. Anketdə yalnız FIN kodunuzu və qohumlarınızın telefon nömrələrini göstərməlisiniz, başqa heç nə.
  3. Bankın cavabını gözləyin. Ərizəni iş saatlarında doldursanız, cavabı 45 dəqiqə ərzində alacaqsınız. Məlumat qeyri-iş saatlarında göndərmisinizsə, bankdan cavab ərizənin göndərildiyi gündən sonrakı iş günü saat 12:00-a qədər gələcək.
  4. Kredit xəttindən və Umico Market-dən alınan mallardan istifadə edin. Alınan bütün malları kuryer müəyyən olunmuş vaxt ərzində evinizə çatdıracaq.

Kredit xəttinin şərtləri haqqında nə bilmək lazımdır?

Umico kredit xətti açmaqla siz hər hansı bir məhsulu almaq üçün sadəcə pul götürmürsünüz, həm də bir çox alışa xərcləyə biləcəyiniz daha böyük məbləğ əldə edirsiniz.

Krediti qaytarmaq da çox asandır – hər zaman əlinizin altında olan mobil tətbiqdəki Umico Bank-a aylıq ödəniş edin.

Kreditlə 24 aya qədər müddətə ala bilərsiniz. Borcu qaytardığınız zaman kredit xətti yenilənir və siz pulu yenidən istifadə edə bilərsiniz. Əgər bankın borcun ödənilməsi ilə bağlı sizə sualı yoxdursa, o zaman kredit xəttinin həcmi artırıla bilər.

Umico Market-də kreditlə nə almaq olar?

Sizə məhsulların geniş çeşidi təklif olunur. Kredit xətti ilə siz nəinki böyük əşyalar, həm də müxtəlif gündəlik xırda əşyalar, məsələn, kosmetika, məişət kimyası, ev heyvanları üçün qidalar və s. ala bilərsiniz.

Umico Market-də faydalı və sərfəli alış-verişləriniz!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %