Shopping Guide

JYSK haqqında 5 fakt. Umico-nun yeni tərəfdaşı ilə tanış oluruq

Əla xəbərimiz var – Danimarkanın məşhur mebel mağazaları brendi JYSK Umico tərəfdaşları sırasına qoşuldu! Artıq hər zaman sizinlə olacaq 1,5% keşbekli alış-verişə getməzdən əvvəl brendlə bir az yaxından tanış olmağı təklif edirik. Üstəlik, JYSK haqqında kifayət qədər maraqlı faktlar var.

Fakt 1. Bu, Umico-nun yeni tərəfdaşıdır

Əsas olandan başlayaq. Qüsursuz Skandinaviya üslubunun bütün pərəstişkarları üçün əlamətdar bir gün – JYSK Umico-nun yeni tərəfdaşıdır! Aydın xətlər, sadə, lakin eyni zamanda funksional dizayn – modern həvəskarları üçün hər şey.

JYSK supermarketlərində məişət mallarının geniş seçimi təqdim olunub. Bir mağazada xəyal etdiyiniz evi təchiz etmək üçün lazım olan hər şeyi ala bilərsiniz. Hamam, koridor, mətbəx, qonaq otağı, yataq otağı, ofis, bağ evi üçün mebel və yay tətilinin təşkili üçün hər şey. Yüksək keyfiyyətli mebel, qab-qacaq və interyer əşyalarını alın və hər alışın 1,5%-ni geri qaytarın.

Fakt 2. JYSK – təvazökarlıq, çalışqanlıq və dürüstlük

Şirkətin adının “JYSK” olması təsadüfi deyil. Danimarka dilindən tərcümədə bu, təvazökarlıq, çalışqanlıq və dürüstlük deməkdir – şirkətin qurucusu Lars Larsenin özünün həmişə əlaqələndirdiyi üç keyfiyyət. Brend bu gün də etibarlılığın və sözünə sadiqliyin təcəssümü hesab olunur.

Qeyd edək ki, bu ad şirkətin ilk adı deyil. Larsen ilk mağazanı Jysk Sengetojslager adlandırdı. Sengetojslager sözü “yorğan-döşək anbarı” deməkdir. Loqoda qaz təsvir olunub, çünki Danimarkada ənənəvi olaraq yastıqlar qaz tükü ilə doldurulur. Digər ölkələrdə mağazalar açılmağa başlayanda, uzun Sengetojslager sözü tələffüz çətinliyi səbəbindən tutmadı və tədricən yox oldu.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Fakt 3. İlk mağazanın açılışına uzun sıra toplaşmışdı

İlk mağaza 2 aprel 1979-cu ildə açılıb. Açılışda artıq 122 nəfər onun ətrafına toplaşmışdı, ona görə də ilk müştərilər 50 nəfərə qədər qruplarla mağazaya buraxılmalı idilər, çünki zal belə sayda ziyarətçi üçün nəzərdə tutulmamışdı. İki həftəlik gəlir ikinci, iki həftə sonra isə üçüncü mağazanın açılmasına imkan verdi.

Mağazalar müxtəlif formatlarda idi: Lars Larsen onları müqayisə edib ən uyğununu seçmək istəyirdi. İlk mağaza şəhərətrafı ərazilərdə olsa da, 500 kv.m. ərazidə yerləşirdi, ikincisi kiçik idi, cəmi 40 kv.m, və kiçik bir şəhərin mərkəzində yerləşirdi, üçüncü böyük idi və böyük şəhərin bir küçəsində yerləşirdi. Nəticədə, kiçik formatlı lakin insanların sıx olduğu yerlərdə mağazalar açmaq qərarı alındı.

Lars Larsen, JYSK qurucusu

Fakt 4. Almaniyada JYSK-nın açılışı az qala uğursuz olacaqdı

Lars ilk xaricdəki mağazalarını 1984-cü ildə Almaniyada açdı. Orada bəzi çətinliklərlə üzləşdi. Məsələn, fərqli ölçüdə yastıq üzlükləri tələb olunurdu və “Başqalarından daha ucuz” şüarı almanlarda həvəs oyatmadı, onların fikrincə bu, keyfiyyətsizliyin sinonimi idi. Yenisini fikirləşməli oldular – “Münasib qiymətə keyfiyyət”. Uzun müddət Almaniyada mağazalar zərərlə işləyirdi, lakin Larsen təslim olmadı və bazarı fəth etməyi bacardı.

Artıq 1988-ci ildə Jysk-in Almaniyada 35, Qrenlandiyada, İslandiya və Farer adalarında bir neçə mağazası var idi. Sonra Norveçin növbəsi gəldi, Lars yenidən yataq dəstinin ölçüsünü, eləcə də yorğanların rəngini dəyişməli oldu, çünki Danimarkadakı mavidən fərqli olaraq orada yalnız ağ və bej rənglər qəbul olunurdu. Bu gün artıq 52 ölkədə JYSK mağazası var.

Fakt 5. JYSK ailə biznesidir

Bu gün şirkətə Larsenin oğlu Yakob Brunsborq rəhbərlik edir. O, səkkiz yaşından ailə biznesinə rəhbərlik etmək niyyətində olduğunu açıqlayıb. O zaman atası ailəsi ilə daha çox vaxt keçirmək üçün evdən çox işləyirdi. Ona görə də oğlana elə gəlirdi ki, biznesin idarə edilməsi ondan ibarətdir ki, ayaqları masanın üstündə qoyub telefonla danışasan və vaxtaşırı uşaqlarla stolüstü tennis və ya bilyard oynayasan. Zamanla o, reallıqda hər şeyin daha mürəkkəb olduğunu öyrəndi.

14 yaşında Yacob pəncərə təmizləyicisi kimi işə düzəldi. Eyni zamanda, o, sahibkarlığa yad deyildi və özü üçün vizit kartları sifariş edərək, qonşu ofislərdə xidmətlərini reklam etməyə başladı. Ancaq qış gəldi və bu iş başa çatdı, çünki yeniyetmə onun üçün təmiz havada deyil, bağlı yerdə işləməyin daha yaxşı olduğuna qərar verdi. Beləliklə, o, atasının dükanında satıcı oldu. Eyni zamanda kollecdə, sonra isə institutda iqtisad elmləri üzrə təhsil alıb.

2000-ci ildə, 28 yaşında, Yakob Satınalmalar Direktoru oldu. O, yeddi il bu vəzifədə çalışıb, bundan sonra Lars Larsenin tərkibinə daxil olan şirkətlər qruplarının direktorlar şurasında çalışıb. 2019-cu ilin yayında Lars Larsen vəzifəsini ona təhvil verib.

Yakob Brunsborq

Umico-dan məsləhət

Skandinaviya keyfiyyətini və JYSK brendini daha yaxşı tanımaq üçün alış-veriş etməyə yollanın! Üstəlik, hər ay mağazada endirimlər olur. Yenilikləri izləyin və yalnız 1,5% keşbek ilə deyil, həm də əlavə endirimlərlə sərfəli alın.

Umico Sizi JYSK-a dəvət edir!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %