Umico Productivity

Kirayəyə götürdüyünüz mənzili rahat etməyin 10 sadə üsulu

Kirayəyə götürdüyünüz mənzil çox nadir hallarda arzuladığınız evə bənzəyir. Çox güman ki, orada əsaslı təmir etməyəcəksiniz, heç bir mənzil sahibi sizə uyğun olmayan mebelləri evdən çıxarmağa razı olmayacaq, bundan savayı müvəqqəti yaşayacağınız mənzilin dizaynına pul xərcləmək heç də yaxşı fikir deyil. Lakin yenə də ümid yeri var! Kirayəyə götürülmüş mənzilin interyerini dəyişdirməyin sadə və ucuz yolları var.

1. Ev sahibinin sizə lazım olmayan əşyalarını gizlətmək üçün bir yer tapın

TJENA ТЬЕНА Коробка с крышкой, с рисунком/желтый, 25x35x20 см

Kirayəyə götürülmüş mənzillərdə tez-tez kifayət qədər şkaf olmur, buna görə də saxlama sistemini çox güman ki, özünüz düşünməli olacaqsınız. Bu o demək deyil ki, siz mütləq yeni şkaf almalısınız – ilk növbədə, mənzilin sahəsindən maksimum yararlanın. Mənzildə sahiblərin çoxlu lazımsız əşyaları varsa, onlardan başlayın. Əşyaları qutulara yığın və antresollara, divanın arxasına, çarpayının altına və ya anbara yığın. Kiçik əşyalar üçün bir neçə dəbli səbət və ya konteyner alın – onları görünən yerdə saxlaya bilərsiniz. Yatağın yanındakı tumba böyük komod ilə əvəz edilə bilər – orada daha çox şey gizlətmək mümkün olacaq. Bir az pul ayırın və mətbəxdəki rəfləri siyirmələr ilə əvəz edin. Siyirmələrə daha çox əşyaların yerləşməsi sizi təəccübləndirəcək, onlardan istifadə etmək isə daha asan və rahat olacaq.

Saxlama üçün ideyaları Umico-nun tərəfdaşı Skandinavia Evində axtarın və 2% keşbek qazanın.

2. Mebellərin yerini dəyişin və məkanı zonalaşdırın

Зонирование комнаты: 60 фото, лучшие идеи и способы

Sadəcə evdə mebellərin yerini dəyişməklə interyeri yeniləyə bilərsiniz. Bütün mebellərin rahat şəkildə yerləşdirildiyində əmin olun, bəlkə də müəyyən əşyadan narahat bir yerdə olmasına görə istifadə etmirsiniz. Vaxt və səylərə qənaət etmək üçün kağız üzərində mənzilin yeni planını çəkin. Bunu mobil tətbiqdə də etmək rahatdır. Ən əsası, təcrübə etməkdən və adi şeylərdən uzaqlaşmaqdan qorxmayın. Məsələn, çarpayı diaqonal olaraq yerləşdirilə bilər, divan divardan uzaqlaşdırıla və qonaq otağının ortasında yerləşdirilə bilər. Başqa bir faydalı məsləhət – qarderob qapının yerləşdiyi divarda olmalıdır. Fakt budur ki, həcmli mebellər məkanı vizual olaraq ağırlaşdırır, buna görə də girişdən görünməsələr daha yaxşıdır.

Otaqda ən az istifadə olunan yer pəncərənin yanıdır. O, adətən istifadə olunmur, lakin bunu dəyişmək olar. Evdən işləyirsinizsə və kompüterin qarşısında çox vaxt keçirirsinizsə, masanızı otağın küncündən pəncərənin yanına köçürə bilərsiniz. Pəncərənin yanında bir masaya ehtiyacınız yoxdursa, orada kreslo və döşəmə lampasını qoya bilərsiniz – əla oxu və istirahət sahəsi alınacaq.

Otaqların tamamilə bir-biri ilə əvəzliyə bilərsiniz – qonaq otağından yataq otağı və əksinə edə bilərsiniz. Və yaxud da evi zonalaşdıra bilərsiniz. Arakəsmələr, şkaflar böyük bir otağı müxtəlif zonalara ayıra bilər.

Kirayəyə götürdüyünüz mənzildə yataq otağını dəyişdirmək üçün yataq dəstini yeniləmək kifayətdir. Umico-nun tərəfdaşı Sarev Sarar-dan yüksək keyfiyyətli tekstil əldə edin və 2%-ə qədər keşbek qazanın. 

3. Mebellərə ikinci həyat bəxş edin 

Kirayə götürdüyünüz mənzildə cəmi bir il keçirməyi planlaşdırsanız belə, bəyənmədiyiniz mebellərdən istifadə etmək məcburiyyətində deyilsiniz. Onları təkmilləşdirmək olar. Divan üçün yeni bir örtük alın və ya üstünə pled sərin və parlaq yastıqlar qoyun. Demək olar ki, istənilən şkaf gözəl furnitura ilə bəzədilə bilər. Tutacaqların dəyişdirilməsi bəzən hətta ümidsiz bir mətbəx dəstini xilas edə bilər. Gözəl bir süfrə köhnə mətbəx masasını bəzəyəcək. Köhnə kompüter masası orqşüşə ilə tamamlana bilər: onun altında baxmaqdan məmnun olacağınız bir şeyi gizlədə bilərsiniz – gözəl divar kağızları, vinil plastinlərin üzlükləri və ya öz fotoşəkilləriniz.

Parlaq bir yastıq, puf və ya qəhvə masası interyeri dəyişdirə bilər. Umico-nun tərəfdaşı CHELEBİ-dən dəbli və vurğulu əşyalar seçin və 1,5%-ə qədər keşbek qazanın.

4. Divarları dəyişdirə bilmirsinizsə, onları bəzəyin

Yaraşıqsız divar kağızı, interyerdə hər şey qaydasında olsa belə, onun bütün təəssüratını poza bilər. Bunu dəyişdirməyin ən asan yolu divarları rəngləməkdir. Bu qərar mənzilin sahibi ilə müzakirə edilməlidir, əgər o, təmirə razılıq vermirsə, sadəcə qüsurları diqqətlə örtməlisiniz. Divarları dəyişdirə bilmirsinizsə, onları bəzəyə bilərsiniz. Divardan səkillər, posterlər, pannolar, şamdanlar, hətta qeyri-adi formalı rəflər asın. Bunu etmək üçün divarda deşik açmaq belə lazım deyil. İki tərəfli yapışan lentlərdən istifadə edin, onlar hətta böyük çərçivəli şəkillərə tab gətirə bilər. Şəkillər ip ilə tavana da asıla bilər. Bunun üçün tavan və divar arasındakı birləşməyə bir mismar vurun. Divarları korlamamaq üçün bu, tez-tez muzeylərdə edilir. Əgər deşikləri, cızıqları örtmək və ya sadəcə diqqəti qeyri-adi fondan yayındırmaq lazımdırsa, vinil stikerlər sizi xilas edəcək. Onlar hər hansı bir səthə rahat yapışdırılır və iz qoymadan asanlıqla çıxarılır.

Yüksək keyfiyyətli ev dekorlarını Umico-nun tərəfdaşı Madame Coco-da seçin və 2% keşbek qazanın.

5. Rəflər asın və şəkillərinizi düzün 

Задай вопрос эксперту: как обустроить съемную квартиру (фото 3)

Divarlarda dəyişiklik etmək ixtiyarınız varsa, rəflər asın. Üzərinə ürəyinizcə olan gözəl kitablar və zinət əşyalarını düzün. Bu, kirayə götürdüyünüz mənzilə rahatlıq qatacaq. Şəxsi fotoşəkillərinizlə məkanınızı daha da fərdiləşdirin – ev heyvanlarının və dostlarınızın, ailə üzvlərinizin və ya sadəcə sevdiyiniz şəkilləri çap edin və onları divardan asın. Yeri gəlmişkən, dizaynerlər ağ-qara şəkillərin rəngli şəkillərdən daha effektli göründüyünə inanırlar. Çərçivələrə də diqqət yetirin – onların eyni üslubda və ya rəngdə olması arzu edilir.

Dekorativ elementləri olmayan hər hansı bir interyer boş və adi olacaqdır. Mənzil üçün sizə yaxın olanı seçin. Umico-nun tərəfdaşı Decoria-da ev dekorlarının böyük seçimini tapacaqsınız və 2% keşbek qazanacaqsınız. 

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

6. Ev tekstilinizi yeniləyin

Parçalar mənzilin görünüşünü dəyişə bilər. Yeni pərdələr, yastıq örtükləri, ədyallar, hətta xalçalar – parçaları, teksturanı, rəngləri seçin. Yeri gəlmişkən, pərdələr yalnız pəncərələr üçün deyil. Otağın qapısı yoxdursa, onun yerinə pərdə asmaq olar. Eyni interyerdə müxtəlif teksturalı parçalar xüsusilə maraqlıdır. Mövsümə uyğun olaraq tekstili dəyişdirə və ya daimi variant seçə bilərsiniz. Ən əsası, növbəti dəfə köçəndə bu əşyaları özünüzlə yeni bir yerə aparmaq asan olacaq. Əmin olun, buna pul yetirməyə dəyər.

Ev tekstilini Umico-nun tərəfdaşı Giltex Ev Tekstili Mağazasında seçin və 3% keşbek qazanın.

7. Daha çox işıq əlavə edin

Zəif işıqlandırma hətta ən gözəl interyeri korlaya bilər. Kirayəyə götürdüyünüz mənzildə işıq zonalaşdırması yoxdursa, bunu düzəltmək asandır. Divarlara və tavana bərkidilməsi lazım olmayan hər şeyi istifadə edə bilərsiniz: döşəmə lampaları, stolüstü lampalar, abajurlar. Daha çox kiçik lampalar alın – onlar axşamlar xoş ab-hava yaratmağa kömək edəcək. Kirayəyə götürülmüş bir mənzili rahat şəkildə təchiz etmək üçün hətta bayram çələngləri də uyğun gəlir, onları güzgülərə, şkaflara asmaq və ya pəncərənin qabağına qoymaq olar.

8. Güzgülərin sehrini istifadə edin

Зеркало в интерьере: идеи и советы (фото 32)

Güzgülərin sehrini unutmayın: onlar geniş məkan illüziyasını yaradır və otağı işıqla doldurur. Kiçik məkanlar vizual olaraq genişləndirilir, qaranlıq otaqlar isə daha parlaq görünür. Dizaynerlər, otağı mümkün qədər əks etdirmələri üçün güzgüləri bir az aşağı baxmaq şərtilə divara daha hündür asmağı məsləhət görürlər. Yüksək tavanlı bir otaqda şaquli güzgülərdən, uzun otaqlarda isə üfüqi modellərdən istifadə etmək daha yaxşıdır.

9. Ev bitkilərindən istifadə edin

Ev bitkiləri mənzili canlandıracaq. Bu, təkcə kirayəyə götürdüyünüz deyil, həm də istənilən mənzili daha xoş ab-havalı etmək üçün digər sadə və sərfəli üsuldur. Çiçəklər həm klassik, həm də texnoloji interyerlərə uyğun gəlir. Mürəkkəb qayğıya ehtiyacı olmayan çiçəkləri seçin. Təcrübəniz yoxdursa, litop, spatifillum, bokarneya, exeveriya və ya digər davamlı növlərə baxın. Estetik məsələdən əlavə, faydası da olacaq: bitkilər havanı təmizləyir, rütubəti tənzimləyir və stress səviyyələrini azaldır.

Eviniz üçün bitkiləri Umico-nun tərəfdaşları FLORA, Baku Garden Centre, FIKUS-da seçin və 3%, Gardenshop-da isə 5% keşbek qazanın.

10. Eviniz üçün ətir seçin

Mənzildəki ab-hava yalnız əşyalardan asılı deyil, sevdiyiniz qoxunu evlə əlaqələndirin. Bir ətir seçin və evinizi onunla doldurun – qoxu sayəsində o, daha xoş ab-havalı olacaq. “Evin ətrini” qorumaq üçün ətirli şamlar, aroma lampaları və ya daxili diffuzorlardan istifadə edin. Belə aksessuarlar həm otağı xoş ətirlə doldurur, həm də dekorativ elementlərdir.

Umico ilə evinizi daha rahat edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %