İnteryerinizi yaxşılaşdırmaqla həyatınızı rahatlaşdırın. Evin interyerinin dəyişdirilməsi dünyanı qavrama hissimizə təsir edir. Bu gün evinizi daha rahat, komfortlu və geniş etmək üçün kvadrat metrlərin funksional istifadəsi ilə bağlı məsləhətlər topladıq.
Mebel brendi Letta payız endirimlərini elan edir! Umico-da gözəl və funksional interyer əşyaları seçin və həyatınızı yaxşılaşdırın.
Saxlama sistemi
Eviniz nizamlıdırsa, fikirləriniz də nizamlı olacaq. Yaxşı düşünülmüş saxlama sistemi məkanda səliqə-sahmanı qorumağa, əşyaları toparlamağa və sistemləşdirməyə kömək edəcəkdir. Evdə hər bir əşya üçün ayrıca yer təyin edin: geyim, alt paltarı, ev tekstili, yorğan və yastıqlar, idman ləvazimatları, ayaqqabılar, kitablar və tədris materialları.
Bunu etmək üçün saxlama yerlərini ayırın: paltar və ev tekstili üçün şkaf, kitablar və avadanlıqlar üçün rəflər, sənədlər, alt paltarları və vacib kiçik əşyalar üçün çəkməcələr.
İş yeri
İş yerinin tərtibi 100% səmərəli işə zəmanət verir. Siz və ya övladınız burada nə qədər rahat olarsa, proqresiniz də bir o qədər sürətli olar. İş yerinizin kifayət qədər işıqlandırılmasından əmin olun – bunun üçün masanı pəncərənin yanında yerləşdirə bilərsiniz. Masanın altında kitabları, sənədləri, texnikanı və əşyaları saxlamaq üçün yer də olmalıdır. Masanın üstündə və kənarlarında isə əlavə yer təşkil edilə bilər. Bu baxımdan açıq rəflər daha geniş imkanlar verir, lakin iş masası sahibinin “daxili dünyasını” gizlətmir.
Televizor zonası
Televizorun yerləşdiyi divarı belə funksional etmək olar. Naqilləri, uzatma kabellərini və digər texnikanı gizlətmək üçün televizorun altında tumba yerləşdirin. Kitabların, suvenirlərin və digər əşyaların saxlanması üçün televizorun ətrafını açıq və ya qapalı rəflərlə təchiz edin.
Şəffaf zonalaşdırma
Açıq planlı məkanlarda zonalar arxa divarı və ya mebeli olmayan rəflərdən istifadə edərək ayrıla bilər. Məsələn, divan qonaq otağı ilə mətbəx arasındakı sədd ola bilər və masanın yan divarı “kabinet” ilə ailə otağını və ya yataq otağını ayıra bilər.
Belə zonalaşdırmanın rahatlığı həm də odur ki, rəflərdən olan əşyalar məkanın hər iki tərəfindən əlçatandır və otaq da kiçilmir.
Dəhliz üçün ayaqqabı orqanayzeri
Bir qayda olaraq, dəhlizdə bütün ayaqqabı və paltarlar üçün kifayət qədər yer olmur. Mövsüm ərzində geyindiyiniz ayaqqabıların yerdə çox yer tutmaması və həmişə səliqəli şəkildə qalması üçün orqanayzer istifadə edin. O, yerə qənaət edəcək və dəhlizi daha səliqəli göstərəcəkdir.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Qonaq otağının rahatlığı
Qonaq otağında qab-qacağı, yaxud bir dəstə gülü, kitab və ya televizorun pultunu qoymaq üçün mütləq bir yer olmalıdır. Jurnal masası bunun üçün ideal seçimdir. Bu, həm rahatlıq yaradacaq, həm də əşyaları qoymaq üçün yer təmin edəcək, həmçinin televizora baxmaq üçün istiqaməti vurğulayaraq və ya mərkəzləşdirərək məkanı zonalaşdıracaq.
Vanna otağının tərtibatı
Vanna otağında da saxlama yerləri də düşünülməlidir – dəsmal və xalat, gigiyena məhsulları və yuyucu avadanlıqlar üçün yerlər. Ancaq unutmayın ki, vanna mebeli temperatur və rütubətin dəyişməsinə davamlı olmalıdır. Paltaryuyan maşın üçün şkaf mükəmməl bir həll olacaqdır, onun üstündəki boşluqdan səmərəli istifadə etmək olar. Həmçinin asma şkaflar – onlar çox yer tutmurlar, lakin özündə bütün lazımi xırda əşyaları saxlaya bilərlər.
Funksional boşluqlar
Divarlardakı boşluqlar işə yaramalıdır, yer oğurlamamalıdır. Onları kitabları, xatirələri və ya iş materiallarını saxlamaq üçün yerlər kimi istifadə edin. Bunu etmək üçün oraya hazır stellaj yerləşdirmək və ya rəflər bərkitmək kifayətdir.