Uncategorized

Macəra, fantastika, möcüzə və dostluq hekayələri. 0-dan 18-ə qədər uşaqlar üçün yayda oxumalı kitablar

Kitabları hər yerdə özünüzlə aparın: bağa, gəzintiyə, səyahətə. Yaz axşamlarında özünüz oxuyun, o zaman yəqin ki, indiki uşaqların dəyişdiyindən və əllərinə kitab götürmədiyindən şikayətlənməyəcəksiniz. Sadəcə yaxşı kitablar seçin ki, onlara sərgüzəştlər və şıltaqlıq, səyahətlər və sirlər, səmimi dostluq və ilk sevgi dünyasını açasınız. Umico tərəfdaşları olan Baku book Center, Libraff, Login, Sirlər Xəzinəsi, Kitab Mağazası və Karandash Store kitab mağazalarından bu yay uşaqlarla nə oxumaq barədə məsləhət vermələrini istədik. 

3 yaşınadək uşaqlar üçün

Bu seriyadan olan yumşaq kitablar xüsusi olaraq balaca uşaqlar üçün hazırlanmışdır. Onlar şən və əyləncəli şəkildə uşağa planetimizdə yaşayan heyvanlar haqqında danışacaq: necə adlanırlar, harada yaşayırlar, nə yeyirlər və necə danışırlar. Hər səhifədə uşağı kiçik bir kəşf gözləyir: yeni heyvanlar və quşlar səhifələrdə maraqlı pazllar altında gizlənir. Körpənizdən onları çıxartmasını və heyvanlara ad verməsini istəyin. Parlaq, rəngli şəkillərə baxarkən heyvanların səsini çıxarmağa çalışın. Daha yaxşısı, kitabda haqqında oxuduğunuz heyvanları fermada, kənddə və ya zooparkda tapıb uşağa göstərin. 

Ona hər şey maraqlı gəlir və ətrafında nələrin baş verdiyini bilmək istəyir. Günlərin bir günü baş qəhrəman ayı görür və o qədər heyrətlənir ki, onu tutmaq istəyir. Bu fikir nə qədər qeyri-mümkün görünsə də, uşaqların xəyalları həqiqətən sonsuzdur. Kitabın son səhifəsində gənc oxucuları sürpriz gözləyir. Bu səhifəni oxuyub qurtardığınızda işıqları söndürün və ay və ulduzların parıldamasını sehr edin!

Rikinin bir planı var, çünki bugün anasının ad günüdür! Səhər yeməyindən sonra gizlicə evdən çıxır və hədiyyə axtarmağa gedir. Riki hədiyyəni tapana qədər meşədə çox gəzir. Dovşan tez evə qayıtmaq istəyir, lakin bu, Rikinin düşündüyü qədər asan deyil. Cəsur Rikinin anasının ad gününə sürpriz hazırlaması haqqında maraqlı və xoş bir hekayə.

Kitabları Baku Book Center-də seçin və Umico-dan 2% keşbek qazanın. 

3 yaşdan 6 yaşadək

Vladimir Suteyev yalnız bir sənətkar və uşaq yazıçısı deyil, eyni zamanda Sovet animasiyasının qurucularından biridir. Onun yazdığı və ya təsvir etdiyi bütün nağıllar cizgi filmi kadrlarına bənzəyir: personajlar bir-biri ilə daim hərəkətdə və dialoqdadır. “Karandaş və boyalar haqqında iki nağıl” kitabına bir çox oxucunun sevdiyi məşhur nağıllar daxil edilmişdir. Karandaş və boyalarla hələ tanış olmayanlar kitabı tezliklə açsınlar və Qələmin Siçanı aldatmaq üçün nə etdiyini və Xoruzun sehrli Boyalar axtarışına necə getdiyini öyrənsinlər.

1956-cı il Milad bayramı ərəfəsində, o qədər də məşhur olmayan yazıçı Michael Bond, mağazada heç kimin istəmədiyi oyuncaq ayıya rast gəldi. Bond ayını aldı və yaxınlıqdakı qatar stansiyasının şərəfinə onu Paddinqton adlandırdı. Sonra Keçilməz Perudan bir ayı balasının macəraları haqqında bir neçə hekayə ortaya çıxdı. İngiltərənin yeni bir ədəbi simvolu belə yarandı – onun haqqında kitablar qırx dilə tərcümə edildi, bu ayının sərgüzəştləri əlli ildən çoxdur davam edir, hətta stansiyada ona abidə ucaldıldı.

Bu kitab, hər şeyi bilmək istəyənlər üçün maraqlı bir macəra haqqındadır. Burada müxtəlif sualların bir çox cavabı var – qlobaldan ən qeyri-adisinə kimi. Dünyamız necə qurulub? Gün niyə gecə ilə dəyişir, külək və yağış haradan gəlir, niyə səsləri eşidirik və qaranlıqda rəng görmürük, bədənimiz necə qurulub və DNT nədir? Kompasın hər zaman şimalı göstərməsi doğrudurmu? Bütün bu sualların cavabı və bir çox digər maraqlı faktlar 60 sehrli pəncərədə gizlədilib. Kitab diqqəti, kiçik motorikanı, təxəyyülü və məntiqi düşüncəni inkişaf etdirməyə kömək edəcəkdir.

Kitabları Libraff-da seçin və Umico-dan 3,5% keşbek qazanın. 

6 yaşdan 10 yaşadək

Konni və detektiv dostları üçün yeni sirli iş. Bir oğru, məşhur opera müğənnisi olan qonşusunun evinə girir! O, televizor, pul, nadir vaza oğurlayır… Ən əsası isə qonşusunun nənə və babasının yadigarı olan sevdiyi rəsm əsərini. Konni və dostları öz araşdırmalarını aparıb oğrunu tapmaq qərarına gəlirlər. Lakin vəziyyət düşündüklərindən daha çətin olur…

Məşhur cizgi seriyalına əsaslanan komikslər. Kitabın xüsusiyyətlərindən biri hekayə, komiks və rəngləmənin birləşməsidir. Axırıncı şəhifədəki rəngli şəkillərə baxaraq, gənc oxucular kitabdakı qara və ağ illüstrasiyaları rəngləyə və öz rəngləmə kitablarını yarada bilərlər.

Kitabda suallar verməyi sevən uşaqların ağlına gələn ən maraqlı suallar toplanılıb. Niyə soyuqdan titrəyirik? Niyə süd ağ rəngdədir? Niyə kirpinin iynələri var? Niyə ağlayırıq? Sadə və əyləncəli cavablar uşaqlara çox şeyi öyrənməyə və ətrafdakı dünyanı daha yaxşı anlamağa kömək edəcəkdir.

Kitabları Login-də seçin və Umico-dan 3% keşbek qazanın.

10 yaşdan 13 yaşadək

“Uşaqlar üçün Qədim Yunanıstanın mifləri”

Əfsanəyə görə, planetimizi yaradan tanrılar dünyanı sehrli ələkdən keçirib. Sonda yalnız bir neçə xırda daş qalır. Onları ələkdən keçirməyib dənizə atırlar. Yunanıstan belə yarandı. Qədim yunanlar tanrılar və qəhrəmanlar haqqında təəccüblü və gülməli hekayələr vasitəsilə təbiət hadisələrini, kainat qanunlarını və insanın mənfi cəhətlərini izah edirdilər. Odissey nə ilə məşhurlaşdı? Herkules hansı qoçaqlıqları edib? Qorqona Meduza kimdir? Bu kitab qorxmaz qəhrəmanlar, hazırcavab tanrılar, əjdahalarla döyüşlər və cəsarətli qələbələr haqqındadır.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Bu, Norveçli yazıçı Mariya Parrın maraqlı bir romanıdır. Əsas qəhrəmanlar – Lena və Trille – Şepka-Matilda körfəzində, tarlalar, dəniz, fiyordlar və qayıqlar arasında yaşayırlar. Lena Trillenin ən yaxşı dostu, sinifdəki yeganə qız, qorxmaz, ixtiraçı, futbolçu və bir az öz aləmindədir. Norveç kəndinin sakit həyatı yalnız kənardan darıxdırıcı görünə bilər, çünki ən yaxşı dostlar onu maraqlı etmək yolunu yaxşı bilirlər. Üstəlik, ən sakit Norveç kəndində belə insan dramları yaşanılır. Bu romanda o da var: bir gün Lenanın anası köçməyə qərar verir. Dostlar bu problemin öhdəsindən necə asanlıqla gələcəyini düşündülər (valideynləri çox narahat etsələr belə).

Burada əjdaha və sehr yoxdur! Petya Vasinin və Vasya Petinin adi həyatlarında onsuz da kifayət qədər möcüzələr var. Bu on yaşlı oğlanlar harada olsalar, həyat orada tornado kimi fırlanır. Vasya və Petya yorulmaz tədqiqatçılardır, buna görə onların başına hər gün bir iş gəlir: gah cinayətkarların hiyləgər planının üstünü açırlar, gah mənzildə rəngsazlar yarışmasını təşkil edirlər, gah da xəzinə axtarırlar. Tozsoranları opera ariyalarını oxuyur, pişikləri pop ulduzudur, cinayətkarlar isə yaxşısı onlardan uzaq dursunlar – Petya və Vasya zarafat etməyi sevmirlər. Bu, iki gülməli və hazırcavab dost və onların valideynləri haqda bir hekayədir.

Kitabları Sirlər Xəzinəsi Kitab Mağazasında seçin və Umico-dan 3% keşbek qazanın. 

13 yaşdan 16 yaşadək

Matilda balaca və çox ağıllı bir qızdır. Çox, çox ağıllı. Üç yaşında özü oxumağı öyrəndi və kitabları hər şeydən çox sevir. Özü də uşaq nağıllarını deyil, Dikens, Heminquey, Steynbek və Kiplinqi. Lakin təəssüf ki, bu, televiziyada axmaq verilişlər izləməyə üstünlük verən iki xoşagəlməz şəxsiyyət olan valideynlərinin qətiyyən xoşuna gəlmir. Məktəbdə kiçik Matilda çətinlik çəkir, çünki müəssisənin müdiri uşaqlara nifrət edir və onlara amansızcasına işgəncə verir. Ancaq xoşbəxtlikdən Matildanın müəllimi ona qarşı inanılmaz dərəcədə mehriban və diqqətlidir. Bundan əlavə, Matilda birdən özündə fövqəltəbii qabiliyyətləri kəşf edir. Bu kitabda məşhur Roald Dahl axmaqlığa və dar düşüncəli insanları lağa qoyur və ağıl və ədalətin onların üzərində qələbə çalmasına imkan verir. Həm uşaqları, həm də böyükləri güldürür.

Nəhəng Mobi Dik adlı ağ balinaya təhlükəli ov haqqında epik, Amerikalı yazıçı, dənizçi və səyyah Herman Melvillin ən məşhur əsəridir. Balina ovlayan gəminin cəsur kapitanı Ahab, onu döyüşdə ayaqsız qoyan Moby Diki bütün dənizlərdə axtarır. Üzündəki duzlu su sıçrayışları, dirəklərin və buzlu küləklərin əsməsi roman səhifələrindən gerçəkləşir. “Mobi Dik”, ölçülməz dərinliyi, sərt küləkləri, fırtınaları olan əsl bir okeana dalmadır.

Yəqin ki, dünyada bu əsərin əsas qəhrəmanını, qızıl saçlı oğlanı, B-612 asteroidinin əsrarəngiz sakinini tanımayan insan yoxdur. Hekayədəki bütün illüstrasiyalar daxil olmaqla Kiçik Şahzadə personajını da Fransız yazıçısı Antuan de Sent-Ekzüperinin özü yaradıb. 1944-cü ilin iyul ayında Aralıq dənizi üzərindəki kəşfiyyat uçuşundan peşəkar pilot qayıtmadı. Bu fəlsəfi hekayədə tədqiqatın əsas mövzusu insanın daxili dünyasıdır. Planetlər ruhu, zərərli otlar – pis düşüncələr və hərəkətləri, tırtıllar – başqalarındakı çatışmazlıqları simvollaşdırır. Uşaqlar ümumiyyətlə bütün bu güllərin, şüşə qapaqların və baobabların mənalarını başa düşməkdə çətinlik çəkirlər. Təsadüfi deyil ki, yazıçı bu nağıl romanını vaxtilə uşaq olan yetkin yaşlı dostuna həsr etdi. Övladınızın gələcəkdə mütləq yenidən oxuyacağı Kiçik Şahzadə ilə ilk tanışlığını bu yaşda baş versin. 

Kitabları Karandash Store-da seçin və Umico-dan 3% keşbek qazanın.

16+

Romanın dastançısı və qəhrəmanı Kristofer Bundur. On beş yaşındadır və autizm xəstəsidir. Riyaziyyatı bilir, insanları isə heç tanımır. Heç kimə özünə toxunmağa imkan vermir, sarı və qəhvəyi rənglərə nifrət edir və yaşadığı küçədən başqa heç yerdə olmayıb. Bir gün, dəqiq desək gecə yarısından yeddi dəqiqə sonra, Kristoferi qonşu həyətdə görürlər. Yanında bərbad hala salınmış itin cəsədi. O, sübhə altındadır! Uşaq yazıq heyvanın ölümü ilə əlaqəsi olmadığını araşdırıb başqalarına sübut edə biləcəkmi? Bəlkə qatil elə özüdür?

“Elcernon üçün güllər”, Deniel Kiz

Amerikalı yazıçı Deniel Kizin romanı tolerantlıq və inklüziya məsələlərini müzakirə etmək üçün mükəmməldir. Hekayə ağıllı olmaq istəyən zəkası zəif olan Çarli tərəfindən bəhs edilir. Həmkarları ona istehza edib gülsələr də, o, mehriban, açıq və xoşbəxt qalır. Sonradan, Çarli zehni qabiliyyətini artıracaq bir əməliyyata razılaşır. Nəticədə qəhrəman həqiqətən dahi olur. Lakin bu, onu xoşbəxt etmir, çünki Çarli dünyanın ona münasibət göstərdiyi pis zarafatları və nifrəti anlamağa başlayır.

Ted Chan, müasir elmi fantastikada misilsiz bir fenomendir. O, ən prestijli mükafatları topladı: dörd “Nebula”, beş “Hugo” və dörd “Lokus”. Bu kitaba Çanın yazdığı demək olar ki, hər şey daxildir. Hekayələrindəki əsas şey ideyadır, süjet və müəyyən həyat hekayəsi isə ikinci plandadır. Ancaq fikirləri həqiqətən orijinaldır. Çanın aləmlərində hər şey ola bilər: məktəblərdə golem yaratmaq sənəti öyrənilir, golemlərin özləri sənaye müəssisələrində istifadə olunur, yer üzünün sakinləri cəhənnəmi sözün əsl mənasında ayaqları altında, mələklər və Cənnət İşığını başlarının üstündə müşahidə edirlər, yadplanetlilər insanlara dillərini və kökündən fərqli düşüncə tərzini öyrədirlər, Babil Qülləsi inşaatçıları cənnətə çatır və onu sındırırlar… Ted Chan əslində Amerikanın ən maraqlı fantastika yazıçılarından biridir.

Uşaqlarınızla birlikdə yaydan və yaxşı kitablardan zövq alın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %