Makyaj ucun lazim olan vasitələr
Makyaj düzgün və effektiv şəkildə edildikdə, üzün təbii gözəlliyini vurğulamağa və qüsurları gizlətməyə kömək edir. Bu məqsədlə, bir neçə əsas məhsul və vasitə tələb olunur. Aşağıda makyaj ucun lazim olanlar haqqında geniş məlumat verilib.
Makyajın daha gözəl görünməsi və davamlı olması üçün dərinin yaxşı hazırlanması vacibdir. Dərinin makyaja hazırlanması üçün aşağıdakı məhsullardan istifadə olunur. Təmizləyici Gel və ya Köpük dərini təmizləmək üçün istifadə olunur, dəri tipinə uyğun seçilməlidir. Tonik məsamələri daraldır və dərinin pH səviyyəsini balanslaşdırır. Nəmləndirici Krem dərini nəmləndirir və makyaja hazırlayır. Yağlı, quru və ya normal dəri üçün uyğun olan bir krem seçilməlidir. Günəşdən Qoruyucu (SPF),dərini UV şüalarından qoruyur və erkən yaşlanmanın qarşısını alır.
Baza məhsulları dərinin rəng tonunu bərabərləşdirmək və makyajın daha uzun müddət qalmasını təmin etmək üçün istifadə olunur. Makyaj bazası dərinin teksturasını düzəldir və makyajın davamlılığını artırır.
Makyaj prosesində nəzərdə tutulan məhsulları təqdim edirik.
Üz makyajı məhsulları
Makyaj levazimatlari adlari aşağıda qeyd olunub. Tonal krem dəri tonunu bərabərləşdirir və qüsurları örtür. Dəri tipinə və rənginə uyğun seçilməlidir. Korrektor göz altı qaraltıları, qızarıqlıqları və digər qüsurları gizlətmək üçün. Pudra tonal kremk sabitləşdirir və dərinin parıltısını nəzarət altına alır. Toz və ya kompakt pudra istifadə oluna bilər.
Göz Makyajı Məhsullarına nəzər yetirək
Göz makyajı gözləri daha ifadəli və cəlbedici etmək üçün istifadə olunur. Qaş Geli və ya Qaş Qələmi, qaşları doldurmaq və formalaşdırmaq üçün, göz Kölgəsi (Farı) göz qapaqlarına rəng və dərinlik qatır. Mat və parıltılı variantları mövcuddur. Göz Layneri (Eyeliner) gözlərin formasını vurğulamaq və daha ifadəli etmək üçün. Maye, jel və ya qələm formatında ola bilər. Tuş,kiprikləri uzatmaq, dolğunlaşdırmaq və qıvırmaq üçün.
Yanaq və Dodaq Məhsulları
Yanaqlar və dodaqlar üçün olan məhsullar üzə rəng və canlılıq qatır. Ənlik yanaqlara təbii bir rəng qatır. Pudra və ya krem teksturasında ola bilər. Kontur və Bronzer,Üz cizgilərini müəyyənləşdirmək və dərinə isti bir ton vermək üçün istifadə olunur. Dodaq Qələmi, dodaqların konturunu vurğulamaq və dodaq boyasının uzun müddət qalmasını təmin etmək üçün istifadə edilə bilər.
Dodaq Boyası və ya Parladıcısı, dodaqlara rəng və parıltı vermək üçün istifadə edilir. Həmçinin, dodaq balzamı, dodaqları nəmləndirmək, qidalandırmaq və qorumaq üçün istifadə olunan bir məhsuldur. Quru və çatlamış dodaqları bərpa etmək və onlara hamar, sağlam bir görünüş vermək üçün idealdır.
Makyaj Fırçaları və süngərlər
Tonal krem Fırçası və ya Süngəri, tonal kremi bərabər yaymaq üçün istifadə olunur. Ənlik və Pudra Fırçaları, yanaqlara və üzə məhsulları tətbiq etmək üçün istifadə oluna bilər. Göz Kölgəsi Fırçaları, göz kölgəsini tətbiq etmək və qarışdırmaq üçün müxtəlif form və ölçülərdə fırçalardan istifadə edə bilərsiniz. Kontur Fırçaları, üzün müəyyən bölgələrinə məhsulları dəqiq tətbiq etmək üçün işlədilir.
Makyaj Fiksatorları, makyajı uzun müddət qalıcı edir. Makyajı gün boyu axmasına icazə vermir. Makyaj Təmizləyicisi, makyajı asanlıqla və effektiv şəkildə təmizləmək üçün yağ əsaslı, miselyar su və digər formulları mövcuddur. Bu məhsullar və vasitələr hər kəsin fərdi ehtiyaclarına və zövqlərinə uyğun olaraq seçilməli və istifadə edilməlidir. Hər bir makyaj addımı üçün doğru məhsulları seçmək və düzgün tətbiq etmək makyajın keyfiyyətini və davamlılığını artırır.
Makyaj Seti
Makyaj seti, bir çox fərqli makyaj məhsulunu bir yerdə toplayan və makyaj prosesini daha asan və effektiv edən bir dəstdir. Bu setlər adətən fərqli makyaj məhsullarını və alətlərini ehtiva edir, və xüsusilə yeni başlayanlar və ya səyahət edənlər üçün idealdır. Umico.az-da makyaj vasitələrinin satışı haqqında ətraflı məlumatı əldə etmək üçün saytın müvafiq kateqoriyalarını gəzə bilərsiniz. Saytda geniş çeşiddə makyaj məhsulları təklif olunur. Saytda endirimlər və kampaniyalar da mövcuddur. Daha ətraflı məlumat və məhsullara baxmaq üçün Umico.az saytını ziyarət edə bilərsiniz.
Makiyaj prosesi
Makiyaj hər bir qadının gözəlliyi daha da ön plana çıxaran prosesdir. Əminəm ki, Xanımların çoxu makiyajdan istifadə etdikdə özünü daha yaxşı hiss edir. Makyaj və baxım məhsullarına pul xərcləməyi biz xanımlar çox sevirik. Hər makiyaj vasitəsini istifadə edib,yoxlamaq istəyirik. Lakin, bir çox makiyaj vasitələri dərimizə uyğun olmuya bilər və dərimizdə böyük problemlərə yol aça bilər. Makiyaj vasitəsi seçərkən çox diqqətli olmaq lazımdır. Belə ki, makiyaj vasitələrinin tərkibini diqqətlə oxumalıyıq. Həmçinin dərimizi çox yaxşı tanımalıyıq ki, hansi maddənin bizə faydalı olub hansı maddənin bizə zərər verəcəyin dəqiq bilək. Xanımlar əvvəla dəri tipinizi müəyyən etməlisiniz.
Dəri tipi müəyyən etmək üçün bəzi testlərdən istidadə edim. Dəri tipini müəyyən etdikdən sonra sizə ən uyğun məhsulu rahatlıqla istifadə edə biləcəksiniz. 4 dəri tipi mövcuddur. Quru, yağlı , qarışıq və həssas dəri tipləri var. Quru dərilisizsə parlaq məhsullardan, yağlı dərilisizsə mat məhsullardan, qarışıq dərilisizsə t bölgəsinə mat məhsullardan və həssas dərilisizsə tərkibində kimyəvi maddə olmuyan məhsuılardan istifadə etməyiniz tövsiyə edilir. Bəs makiyaj üçün hansı məhsullara ehtiyac var? Hansı makyaj məhsulları əsasdır? Bu suallara cavab tapaq. Makiyaj ucun lazim olanlar haqqında geniş məlumat verəcəyik.
Əsas təməl makiyaj vasitələri
Əsas təməl makiyaj vasitələri haqqında hər məlumata sahib olacaqsınız. Əsas Makyaj levazimatlari adlarini sizlər üçün təqdim edirik. Yüngül makiyaj üçün Nəmləndirici, bb krem ,tuş və dodaq boyası əsas makiyaj vasitələridir. Digər makiyaj vasiteleri isə gözəlliyinizə gözəllik qatacaq. Makiyaj etmək üçün addımlara başlayaq. Dərini ən birinci nəmləndirməliyik, bunun üçün nəmləndirici istifadə etməliyik. Tərkibində kimyəvi maddələr olmayan və dəri tipinizə uyğum nəmləndirici seçmək önəmlidir.
Düzgün nəmləndirici seçimi makiyajın dərinizdə daha gözəl və pürüzsüz görünməyinə kömək edəcək. Sonra isə yüngül bb krem və ya tonal krem istifadə edək. Bu məhsullar vasitəsilə dəri rənginiz bərabərləşəcək. Sonrakı addım isə istəsəniz yüngül göz altı qapadıcısı istifadə edə bilərsiniz. Göz altı qapadıcısı qızarıqlığı, morluğu örtəcək, göz altınızı daha aydın göstərəcək. Sonra isə üz dərinizi canlı göstərmək üçün ənlik istifadə edə bilərsiniz. Kipriklərinizə tuş vurun və bunun nəticəsimdə gözləriniz daha cəlb edici görünəcəkdir. Son addım olaraq dodaq boyanızı çəkin və makiyajınızı bitirin.