Bakının xəritəsində məşhur Amerikan brendi NINE WEST-in yeni mağazası peyda oldu. Rahat və dəbli qadın ayaqqabıları, eləcə də şık çantalar – klatçlardan tutmuş böyük şoperlərə qədər. Mağazanın açılışı şərəfinə üç günlük ikiqat Umico keşbeki! Bu isə kartınıza 8% bonus deməkdik!
Yeni cüt ayaqqabı və ikiqat keşbek üçün gəlin!
Açılışı münasibətilə Nine West müştərilərini yalnız yeni kolleksiyası ilə deyil, həm də bütün Umico istifadəçiləri üçün xoş bir bonusla gözləyir. Yalnız 30 sentyabr, 1 və 2 oktyabr tarixlərində hər alışa görə ikiqat keşbek – 4% əvəzinə 8% bonus əldə edəcəksiniz. Açılış günü və ya növbəti iki gün ərzində Rəsul Rza, 11-də (Molokan bağı yaxınlığında) yerləşən yeni mağazaya gəlin. İnanın ki, təkcə möhtəşəm alışlarla deyil, həm də geri dönmək arzusuyla gedəcəksiniz.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Gəlin tanış olaq: NINE WEST parlaq və dəbli olanlar üçün bir brenddir
Mükəmməl ayaqqabıları münasib qiymətə təklif etmək, Nine West-in əvvəldən tutduğu iş prinsipidir və bu da öz bəhrəsini verdi. Bugün burada əlverişli qiymətə istənilən ölçüdə ayaqqabı modellərini tapa bilərsiniz – şirkət fərqli qəlib qalınlığı olan ayaqqabılar istehsal edir. Rahat və dəbli ayaqqabılar, klassik hündürdaban ayaqqabılar, sabolar, idman ayaqqabıları, loferlər, botilyonlar, sandaletlər, botinkalar, baletlər, çəkmələr – bunların hamısı Nine West-də!
Çanta və aksesuarlar bu brend altında istehsal olunsa da, Nine West əsasən qadın ayaqqabılarıdır. Parlaq klatçları, geniş şopperləri, iş portfellərini, tablat-çantaları, parlaq və maraqlı bel çantaları, cüzdanları və kosmetik çantaları Nine West-də seçin.
Nine West-in tarixi keçən əsrin 70-ci illərinin sonunda, şirkətin qurucuları Cerom Fişer və Vins Kamuto Braziliyadan Amerikaya keyfiyyətli və ucuz ayaqqabı tədarükünü quranda başladı. Yeri gəlmişkən, brendin adı şirkətin Nyu Yorkdakı ilk ofisinin ünvanıdır. Beləliklə, dünyaca məşhur brendin adı 9 West 57th Street ünvanından götürülüb. Nyu-York küçəsinin atmosferi artıq Bakıya köçürülüb.