Umico Tech

Nintendo Switch 2 tezliklə Umico.az-da!

Oyun həvəskarları uzun müddətdir ki, böyük həvəslə Nintendo Switch 2-nin təqdimatını gözləyir. Nintendo saytındakı rəsmi məlumata görə yeni hibrid video oyun konsolu 05.06.2025 tarixində satışa çıxarılacaq.

Böyük sevinclə bildirmək istəyirik ki, rəsmi təqdimatdan çox qısa zaman sonra Nintento Switch 2 Umico.az-da sərfəli şərtlərlə satışda olacaq!

Niyə hər kəs bu hibrid video oyun konsolunu gözləyir?

Çünki Nintendo Switch 2 sadəcə yeni bir oyun konsolu deyil, oyun təcrübənizi tamamilə dəyişəcək bir texnoloji inqilabdır! Gəlin Nintendo Switch 2-nin bizə hansı yenilikləri vəd etdiyinə birlikdə nəzər salaq.

Nintendo Switch 2: xüsusiyyət və üstünlükləri

Nintendo hər zaman yenilikləri ilə oyunçuların qəlbini fəth etməyi bacarıb. Nintendo Switch 2 də bu ənənəni davam etdirir və oyun dünyasında bir sıra heyrətamiz xüsusiyyətləri ilə gözləri öz üzərinə çəkməyi bacarır.

  • Heç yerdə görülməmiş qrafika və performans: Nintendo Switch 2 NVIDIA tərəfindən hazırlanmış xüsusi bir prosessor – Custom NVIDIA Processor və 1536 Amper əsaslı CUDA nüvələrinə malikdir. Bu güclü tandem sayəsində oyunlar əvvəlkindən daha detallı, rəngarəng və axıcı görünəcək. Konsol dok rejimində 4K (3840×2160) 60 fps-ə qədər görüntü təqdim edə bilir. İstər evdə televizorda, istərsə də səyahətdə oyun oynayanda vizual keyfiyyətdən xüsusi həzz alacaqsınız.
  • Təkmilləşdirilmiş portativlik və ekran: Əvvəlki modelin ən sevilən xüsusiyyəti olan portativlik Switch 2-də daha da inkişaf etdirilib. Konsol 7.9 düymlük geniş rəng çalarlı LCD ekrana sahibdir. Bu ekran 1920×1080 (Full HD) görüntü keyfiyyətini dəstəkləyir və HDR10 ilə 120 Hz-ə qədər Dəyişkən Yenilənmə Sürəti (VRR) təklif edir. Bu, oyunları hər yerdə və hər şəraitdə daha rahat oynamağınıza imkan verir. İstər uzun bir səfərdə, istərsə də asudə vaxtınızda – sevimli oyunlarınız hər zaman yanınızda olacaq.
  • İnnovativ Joy-Con nəzarətçiləri: Nintendo-nun imzası sayılan Joy-Con nəzarətçiləri Switch 2-də daha da təkmilləşdirilib. Onlar artıq maqnit əlaqələri ilə konsola bərkidilir və HD Rumble 2 kimi müasir texnologiyası sayəsində hər bir hərəkəti daha real hiss etməyinizə səbəb olur. Hər Joy-Con nəzarətçisində aksellerometr, giroskop və mouse sensoru mövcuddur. Bu, sadəcə bir nəzarətçi deyil, oyun dünyasına açılan interaktiv bir qapıdır.
  • Geniş yaddaş və digər xüsusiyyətlər: Konsol 256 GB daxili UFS yaddaş ilə qarşımızdadır. Bu da əvvəlki modellərlə müqayisədə xeyli artırılmışdır. Yaddaşı microSD Express kartlar vasitəsilə 2 TB-a qədər artırmaq mümkündür. Wi-Fi 6 və Bluetooth bağlantıları, həmçinin TV rejimində Dock üzərində Ethernet portu da mövcuddur. Daxili mikrofon səsli söhbətlər üçün səs-küyün azaldılması və exosuz səs xüsusiyyətlərini təmin edir.
  • Geniş oyun çeşidi: Nintendo Switch 2 mövcud olan bütün Switch oyunlarını ehtiva edir. Bununla yanaşı xüsusi olaraq bu konsol üçün hazırlanmış yeni və eksklüziv oyunlarla da zənginləşəcək. Mario, Zelda, Pokémon kimi sevilən seriyaların yeni növlərindən əlavə, Cyberpunk 2077: Ultimate Edition, Hogwarts Legacy, Street Fighter 6 kimi bir çox digər mükəmməl oyunlar da sizi gözləyir. Bu, oyun seçimində limitsiz azadlıq deməkdir.

Umico.az sizi oyun zirvəsinə çağırır!

Bu mükəmməl oyun təcrübəsini ilk yaşayanlardan olmaq istəyirsinizsə, gözünüzü Umico.az-dan ayırmayın. Həmişə olduğu kimi bu dəfə də Umico.az sizə orijinal Nintendo məhsullarını sərfəli qiymətlər və əlçatan alış şərtləri ilə təqdim edəcək.

Nintendo Switch 2 ilə oyun dünyasında yeni bir səhifə açılır. Bu səhifənin bir hissəsi olmaq üçün hazırsınızmı? Biz hazırıq.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

-181 %