Uncategorized

NVIDIA GeForce RTX 5080 – Yeni Nəsil Performans və Xüsusiyyətlər

Yeni Arxitektura və Texnoloji Proses

NVIDIA GeForce RTX 50 sırasının yeni nəsli, 40-cı seriyadakı Ada Lovelace mikroarxitekturasının yerinə Blackwell platforması əsasında qurulacaq. Bu arxitektura artıq NVIDIA B200 qrafik sürətləndiricilərində istifadə olunub və süssi sün’i intellekt tapşırıqları üçün yaradılıb. RTX 50 nəsli bu yenilikləri GeForce RTX 5080 modelinə daşıyacaq.

Yeni seriya çip istehsalında TSMC şirkətinin 5 nanometrlik N5B texnoloji prosesində hazırlanacaq. Əvəlki 40-cı seriya eyni 5 nanometr texnoloji proseslə istehsal olunurdu, lakin 4N iterasiyasında idi. Bu yenilik daha səmərəli enerji istifadəsi və artırılmış performans deməkdir.

Qrafik Prosessor və Yaddaş

GeForce RTX 5080ə GB203 qrafik prosessoru güc verir. Bu prosessor 10,752 CUDA nöqtəsindən ibarətdir ki, bu da RTX 4080 modelindəki 9,728 nöqtədən 10.5% daha çoxdur. Videoyaddaş (VRAM) 16 GB olaraq qalacaq və 256-bit interfeysə malikdir. Lakin bu dəfə daha sürətli GDDR7 yaddaşı istifadə olunacaq. GDDR7 yaddaşı 32 Gbit/s sürəti və 1024 GB/s keçiricilik qabiliyyətinə malikdir. Bu, RTX 4080-in 16 GB GDDR6X yaddaşındakı 22.4 Gbit/s sürət və 716 GB/s keçiricilik qabiliyyətindən çoxdur.

Enerji Tələbi və Qoşulma

RTX 5080-in enerji tələbi 400 Vt olacaq ki, bu da RTX 4080-in 320 Vt enerji tələbindən daha çoxdur. Bu, qrafik kartının daha çox istilik hasil edəcəyi və daha effektiv soyutma sisteminə ehtiyac duyacağını bildirir. Corsair şirkəti artıq RTX 50 seriyasının 12V-2×6 enerji qoşulmasını təsdiqləyib. Bu yeni qoşulma, ävvəlki 40-cı seriyadakı 12VHPWR qoşulmasının yerinə gələcək və 600 Vt-dan artıq güc təmin edə biləcəkdir.

HDMI 2.2 Və Yeniliklər

NVIDIA, RTX 5080 modelində yeni HDMI 2.2 portunu istifadə edəcək. HDMI Forum artıq bu yeniliyin 2025-ci ilin yanvar ayında təqdim ediləcəyini bildirir. Yeni standartın DisplayPort 2.1-ə birbaşa rəqib olacağı gözlənilir.

Sün’i Intellekt və DLSS

NVIDIA RTX 50 seriyası yeni nəsildə DLSS (Deep Learning Super Sampling) texnologiyasını daha da təkmilləşdirir. Bu texnologiya daha keyfiyyətli görünüş və daha yüksək kadr tezliyi təmin edəcək.

Performans və Gözlənilənlər

Yeni arxitektura, CUDA nöqtələrinin sayının artması və daha sürətli yaddaş sayəsində RTX 5080, RTX 4080 modelindən 30% daha sürətli ola bilər. Ekspertlər hesab edir ki, RTX 5080 4K ayərdə 60 kadr/saniyə və daha yüksək performans təmin edə biləcək.

Təqdimat Tarixi

NVIDIA 6 yanvar 2025-ci ildə CES 2025 sərgisində RTX 5080, RTX 5090 və RTX 5070 modellərini təqdim edəcək. RTX 5080-in ilk olaraq yanvarda satışa çıxması gözlənir.

Performans necə olacaq?

Yeni arxitektura, təkmilləşdirilmiş texnoloji proses, daha çox CUDA nüvələri, yeni nəsil yaddaş həcmi və digər yeniliklər RTX 5080-i sələfindən daha güclü edəcək. Öz növbəsində, RTX 4080 təxminən 30% RTX 3090-dan daha məhsuldar idi. Buna görə də, eyni və ya daha böyük bir performans artımı gözlənilir.

Bir çox mütəxəssis hesab edir ki, RTX 5080 bütün müasir oyunları 4K təsvir ölçüsündə saniyədə 60 kadrdan yuxarı bir sürətlə işlədə biləcək.

Nə vaxt gözlənilir?

NVIDIA artıq 6 yanvar 2025-ci il tarixində Las-Veqasda keçiriləcək CES 2025 istehlak elektronikası sərgisində təqdimat keçirəcəyini elan edib. Həmin gün yeni video kartların təqdimatı gözlənilir. GeForce RTX 5080 ilə yanaşı, RTX 5090 və RTX 5070 modellərinin də nümayiş olunacağı bildirilir. Onların mart ayına qədər satışa çıxarılacağı gözlənilir. Son məlumatlara görə, RTX 5080 yanvar ayında satışa çıxarılacaq, RTX 5090 isə daha sonra təqdim olunacaq.

İlkin nəticələr

GeForce RTX 5080, RTX 5090 ilə müqayisədə təxminən ikiqat qiymət fərqinə baxmayaraq daha maraqlı təklif kimi görünür. İlkin məlumatlara əsasən, RTX 5080 RTX 4090-dan daha güclü və sərfəli olacaq. Sələfi ilə müqayisədə yeni modeldə yaddaş daha sürətlidir, enerji girişi daha etibarlıdır, yeni HDMI 2.2 portu mövcuddur və süni intellekt və miqyaslama texnologiyaları daha yaxşıdır. Dəyişikliklər həqiqətən də əhəmiyyətlidir. Lakin bir çoxları üçün bu modelin uğurunun əsas faktoru onun qiyməti olacaq.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %