Piknik mövsümünü artıq açmış olsanız da, bu fikir ən azı hər həftə yayda təkrarlana bilər. Umico Market, piknikinizin uzun müddət yadda qalması üçün nə edə biləcəyinizə dair ilham verici ideyalar topladı. Şəhər parkında, bağda, çimərlikdə uşaqlar üçün piknik, təbiətdə ailə ilə səhər yeməyi və ya romantik şam yeməyi. Bu həftə sonu üçün ilhamlanın və planlar qurun!
Şəhər parkında piknik
Piknik etmək üçün şəhərdən çıxmaq lazım deyil. Şəhər daxilində hər şeyi təşkil edə bilərsiniz, misal üşün işdən dərhal sonra təmiz havada dincəlmək qərarına gəlsəniz park yaxşı bir seçimdir. Üstəlik, Bakıda getməli çox yer var. Heydər Əliyev Mərkəzində ağaclarının altında özünüz üçün bir rahat yeri tapın. Qazon və ya besedka üçün Mərkəzi Parka gedə bilərsiniz. “Zira” eko-parkı piknik üçün idealdır – burada icarəyə yastıqlar, samovar və ya manqal götürə bilərsiniz.
Mükəmməl piknikin sirri – hər şeyin gözəl olmalıdır. Parlaq pled götürün, dama-dama pledlər fotoşəkillərdə xüsusilə yaxşı görünür. Plastik qabları başqa bir tədbir üçün saxlayın, əvəzinə bəzəkli qabları götürün. İnstagram-da mütləq piknik fotoşəkilləri yerləşdirəcəksiniz, buna görə də hörmə səbət götürün – bu ən yaxşı aksessuardır. Yemək haqqında çox düşünmək lazım deyil: vetçina və ya balıq sendviçləri, kruvasan, mürəbbəli baget, limonad və parlaq rəngli meyvələr kifayətdir.
Özünüzlə nələri aparacaqsınız
Açıq havada barbekü
Belə bir piknikin planlaşdırılmasına hərtərəfli və əvvəlcədən yaxınlaşmaq lazımdır. Tam şəkildə dincəlmək və təmiz hava ilə nəfəs almaq üçün şəhərdən çıxmaq daha yaxşıdır. Tanıdığınız bir yer yoxdursa, belə bir gəzintini planlaşdırmağın ən çətin hissəsi düzgün yer seçməkdir. Əsasən təchiz olunmuş sahələrə diqqət yetirin və ya manqalınızı harada quraşdıra biləcəyinizi öyrənin. Yaxşı manqal adi tonqaldan daha rahat və təhlükəsiz olacaqdır. Kiçik kompaniya üçün kiçik yığılabilən manqal uyğun gəlir, lakin təbiətdə əsl tətil təşkil etmək istəyirsinizsə, böyük stasionar manqal tapmağınız yaxşı olar. Şiş, manqal, kömür və yandırıcı mayeni unutmayın. Yanğın və ya yanma halında lazımlı olan hər şeyi özünüzlə götürün. Tutacaqlar və ya xüsusi əlcəklər, önlük, bintlər və yanıqlar üçün krem.Mükəmməl bir piknikin sirri təbiət və ləzzətli kəbabdır. Əsl kəbab açıq havada, kömürdə hazırlanır, buna görə qazla işləyən manqal məsləhət görülmür. Manqal metal, çuqun və ya poladdan ola bilər. İstiliyi uzun müddət saxlamaq üçün qalın divarları olmalıdır. Musiqi olsa lap əla olar: gitara və ya portativ dinamiki də götürün.
Özünüzlə nələri aparacaqsınız
Dəniz kənarında piknik
Dəniz qırağında pikniki heç nə əvəz edə bilməz.. Hər şeyin mükəmməl olması üçün əvvəlcədən düşünmək vacibdir. Birincisi havanı nəzərə alın. Çox vaxt sabah üçün proqnozu yoxlamağı unuduruq və sonra çimərlikdə yağışın və ya isti günəşin altında qalırıq. Ən yaxşısı günəşin aktiv olmadığı zaman, axşam piknik etməkdir. Gün ərzində gedirsinizsə, mütləq çimərlik çətirləri, çadırları, tentələri və günəşdən qoruyucu kremlər götürün. Yeməkləri əvvəlcədən hazırlayın: kabab hazırlamayın, yüngül, sağlam yeməklər və sərinləşdirici içkilər götürün. Soyuq salat, tərəvəz, göyərti, çörək, pendir, paştet, qarpız və meyvələr – istidə daha çox şey istəməyəcəksiniz. Yastıqlarda, çimərlik palaslarında və ya dəsmallarda otura bilərsiniz. Əgər maşınla gəlirsinizsə, özünüzlə bir neçə qatlanan oturacaq də götürə bilərsiniz. Lakin təbiətdə artıq mebelə ehtiyac yoxdur.
Mükəmməl piknikin sirri – çox adamın olmayacağı yaxşı bir çimərlik seçməkdir. Əvvəlcədən heç kimin sizi narahat etməyəcəyi sakit bir yer tapdığınızdan əmin olun.
Özünüzlə nələri aparacaqsınız
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Səhər yeməyi piknik
Yeni günə təbiətlə başlayın. Özünüzlə sadəcə yüngül pled və ən sevdiyiniz səhər yeməyini götürün. Qarşınızda bütün gün var, buna görə də çox yemək götürməyin. Səhər çantanızı yığmaq əvəzinə, tez oyanın və mümkün qədər tez təbiətə çıxın. Səhər saatları xüsusidir və uzun çəkmir. Yeri gəlmişkən, özünüzlə tək qalmaq, bir şey haqqında düşünmək və ya yalnız sükutdan zövq almaq istəyirsinizsə, bu əla seçimdir. Həmçinin yaxşı bir kitab da götürə bilərsiniz.
Mükəmməl bir piknikin sirri – tez oyanmaq, yeməkləri isə axşamdan yığmaqdır. Özünüz üçün çox sevdiyiniz bir şeyi hazırlayın. Təzə bişmiş çörək və kruvasan, pendir, yetişmiş pomidor və avokado, müsli ilə qatıq, çia toxumu şirniyyatı, giləmeyvə və meyvələr – çox götürməyin, sizə səhər yeməyi üçün lazım olan qədər götürün. Səhər hazırlana biləcək yeganə şey aromatik qəhvədir. Əvvəlcədən onun üçün bir termos düşünün.
Özünüzlə nələri aparacaqsınız
Uşaqlarla piknikdə
Uşaqlarla gəzinti, böyüklər üçün də əsl bir istirahət ola bilər. Təbiətdə istirahət edə və günəşdən, yaydan və təbiətdən uşaqlar qədər səmimi qəlbdən zövq ala bilmək üçün əvvəlcədən yaxşı hazırlaşın. Belə bir gəzinti üçün ən yaxşısı meşəyə getməkdir. Günəş işığından gizli, qarışqa və arı yuvalarından azad bir yer seçin. Həm də ağcaqanadların bol ola biləcəyi sıx ot olan aşağı yerlərdən qaçmağa çalışın. Əvvəlcədən təhlükəsizlik haqda düşünmək çox vacibdir. Kiçik bir ilk yardım dəsti toplayın: plastır, pambıq, sarğı, hidrogen peroksid, hərəkət xəstəliyi dərmanı, antihistaminik (allergik reaksiyalar üçün), aktivləşdirilmiş kömür, günəşdən qoruyucu krem və yanıqlar üçün krem. Bunların heç biri lazım olmaması yaxşıdır, amma hər şeyə hazır olmalısınız. Çöldə nə qədər isti olsa da, meşədə uşağınızı gənələrdən qorumaq üçün qısa şort və ya don geyindirməyin. Şalvar, hündür corab, uzun qollu köynək və papaq geyinmək yaxşı olar. Evdən çıxmazdan əvvəl paltarları xüsusi vasitə vurun. Bu, gənə, ağcaqanad və digər həşəratların sancması ehtimalını azaldacaqdır.
Mükəmməl piknikin sirri oyunlardır! Özünüzlə top, badminton, atlama ipləri, kitablar götürün. Uşaqlar üçün meşədə bir gəzinti təşkil edə və ilbizlər, qarışqalar, kəpənəklər, quşlar ilə tanış edə, onların nə yediklərini və onlara qarşı düzgün münasibət haqda danışa bilərsiniz. Böyüklər üçün bir maneə zolağı düşünün və ya onlara kompasdan istifadə edərək tanımadığınız ərazilərdə gəzməyi öyrədin. Birlikdə dadlı alma deserti də edə bilərsiniz. Meyvələri tamamilə kəsmədən tumların çıxarın. İçinə badam, kişmiş və şəkər qoyun. Hər almanı folqa ilə sarın və təxminən 30 dəqiqə manqal üzərində bişirin. Zövq alın!
Özünüzlə nələri aparacaqsınız
Gün batımında romantik piknik
Təbiətdən və istidən zövq alaraq günəşin batmasını izləməkdən daha romantik nə ola bilər? Eyni zamanda, belə bir piknik təşkil etmək çətin deyil. Menyuda sadə və iddiasız yeməklər olmalıdır. Sevərək hazırlanan sendviçlər, ev tortları, pendirlər, təzə meyvə və tərəvəzlər hamısı çəngəl və ya bıçağa ehtiyac olmadan qablaşdırıla və rahat yeyilə bilər. Yalnız açıb masaya gözəl bir şəkildə düzəcəyinizi götürün. Gün batmasını sehr etməyi asanlaşdırmaq üçün yastıq və ya qatlanan oturacaq götürə bilərsiniz. Gecəni qalıb ulduzlu səmanı sehr etmək istəsəniz, isti pledlər götürün.
Mükəmməl piknikin sirri romantikadır. Sehirli bir atmosfer yaradın: şam götürün, sevdiyiniz musiqini qoşun. Piknik sahəsini təzə çiçəklərlə və ya görüşünüzə rahatlıq qatacaq kiçik aksesuarlarla bəzəyə bilərsiniz