Shopping Guide

Premium brend ZOGGS ilə üzgüçülük eynəklərini seçirik

Çimərlik mövsümü bəziləri üçün hovuz mövsümünə dönəcək. Çimərlik paltarı və üzgüçülük papağı seçimi ilə hər şey az-çox aydındırsa, yaxşı eynək axtarmalı olacaqsınız. Onlar üzü sıxmamalıdır, içinə su dolmamalıdır, işıq zolağı da verməməlidir. 1992-ci ildə ultrabənövşəyi şüalardan qoruyan və iki ipli qayışı olan eynəkləri ilk istehsal edən Avstraliya markası ZOGGS ilə bütün incəlikləri nəzərdən keçirərik. Yeri gəlmişkən, bu eynəklər bütün dünyada tanınmış bir keyfiyyət standartı olub, ZOGGS isə bu bazarın liderlərindən biridir.

İdmançılar və ya həvəskarlar üçün

Üzgüçülük üçün eynəklər yalnız peşəkar idmançılara lazım olan əşya deyil. Əgər idmançı deyilsinizsə, lakin, təkcə kürəyinizdə, başınızı suya endirmədən üzmürsünüz, o zaman, sizə eynəklə üzmək daha rahat olacaq. Eyneklə boynunuza yük verməmiş və gözlərinizi sudan qorumuş olacaqsınız.

İlk seçim meyarı aydındır – peşəkar və ya həvəskar eynəkləri. Birinci halda, yarış üçün olanlar, ikinci halda isə məşq olanlar uyğun olacaq.

Peşəkar eynəklər görünüşü ilə fərqlənir: bərkitmələri heç yoxdur və ya çox incədir, linzaları isə kiçikdir (buna görə də onlara “İsveçlilər” və “şüşələr” də deyilir). Bu forma, üzmə zamanı saniyələr sayılarkən başın daha yaxşı sürüşməsi üçün lazımdır. Yarış eynəklərin çox vaxt sökülmüş şəkildə satılması maraqlı məqamdır: burnun hissəsini, rezin iplərini və linzaların vəziyyətini hər bir idmançı üçün fərdi olaraq tənzimləmək üçün onlar əllə yığılır.

Çox güman ki, sizin istənilən hovuz fəaliyyətinə uyğun olan təlim eynəklərinə ehtiyacınız olacaq. Onların həmişə silikondan və ya termoplastik elastomerdən hazırlanmış bərkitmələri olur. Enli görünüş əldə etmək üçün onların linzaları böyük olur. Bu eynəklərin tənzimlənən qayışları, tərləməkdən qorunması və rəngli linzaları olur.

Eynək necə seçilməlidir?

  1. Ən əsası, yaxşı eynəklər üzünüzə möhkəm oturmalıdır. Təcrübəli üzgüçülər bunu belə yoxlamağı məsləhət görürlər: eynəyi üzünüzə qoyub üzərinə azca basın, onlar sanki yapışmalıdır – yüksək keyfiyyətli modellər qayışsız belə yerlərində durur.  
https://strgimgr.umico.az/sized/840/39241-730e0f5c85a45226ea02ca3a9b2844ff.jpg

ZOGGS-dan klassik bir model, Endura. Modelin yumşaq silikon bərkitməsi mükəmməl oturuşu təmin edir. Tənzimlənən burun hissəsi istənilən üz tipinə uyğunlaşır. Silikon qayışın uzunluğu plastik yan düymələri sayəsində asanlıqla tənzimlənir. Endura modelini Umico Market-də tapa bilərsiniz.

  1. Eynək ilk yoxlamadan keçibsə, onları taxın və sıxmamasını yoxlayın. Eynəyi düzgün taxmalısınız: onları əllərinizə götürün və qayışı yanlara dartın ki, sərbəst şəkildə eynəyi başınıza taxasınız. Bir az irəli əyilərək əvvəlcə eynəyi gözlərinizin üzərinə yerləşdirin, sonra isə qayışları başınızın arxasına sürüşdürün. Qayışlar bir-birindən 2-3 sm aralıda olmalı və başın düz arxa tərəfində göz bölgəsinə simmetrik olaraq yerləşməlidir. Linzaları ovuclarınızla yüngülcə sıxın ki, bərkitmələr dərinizə kip otursun. Özünüzü narahat hiss edirsinizsə, çərçivənin xarici künclərini düzəldin.
https://strgimgr.umico.az/sized/840/39232-95366ab29a3c1b89f8648464d36ece1e.jpg

Sarsıdıcı görünüşünə əlavə olaraq, Zoggs Phantom 2.0 mükəmməl və etibarlı oturuşu təmin edən Soft-Seal texnologiyasına malikdir. Əyilən çərçivə istənilən üz tipinə uyğunlaşır. UV filtrli linzalar gözləri ultrabənövşəyi radiasiyadan qoruyur, Fogbuster duman əleyhinə örtük isə linzaların tərləməsinin qarşısını alır. Bu modeli də Umico Market-də tapa bilərsiniz.

  1. Burun hissəsini özünüzə uyğun seçin. Uğursuz bir model alsanız, eynək manə olacaq və göz yuvalarını sıxacaq. Burun hissəsi üç cür olur:
  • Özünü tənzimləyən – belə modellərdə “ağıllı silikon” texnologiyasından istifadə olunur. Belə burun hissələri çox çevikdir, xüsusi tənzimlənməyə ehtiyac duymurlar, sadəcə eynək taxırsınız və burun hissəsi üzünüzün formasını alır.
  • Dəyişdirilə bilən – belə dəstlərə bir neçə özünüz seçə biləcəyiniz müxtəlif uzunluqda olan əymə olur.
  • Tənzimlənən – burun hissəsinin əvəzinə “addım-addım” tənzimlənməyə malik olan bağ ilə təchiz olunanlar.
  • Tənzimlənməyən – onlarda heç bir şey dəyişə bilməz, belə eynəkləri almaqdan əvvəl sınamaq daha yaxşıdır.
https://strgimgr.umico.az/sized/840/39254-496c577c7b05d98b126d6c8e09f368df.jpg

Zoggs Predator Flex Polarized modelinin bərkitməsində və burun hissəsində 4 Flexpoint elastik əlavələri var: onlar eynəklərin oturuşunu dəqiq və etibarlı edir, həm də lazımi germetikliyi təmin edir. Bu model də Umico Market-də mövcuddur.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
  1. Linzaların növünə və materialına diqqət yetirin. Ən yaxşı material polikarbonatdır. Bu linzalar yaxşı əyilir və üzə daha yaxşı uyğunlaşır. Ehtiyaclarınıza uyğun olaraq linza növünü seçin, onların cəmi üç növü olur:
  • Güzgülü – günəşdən qoruyur və gözləri gizlədir. Beldə üzməyi sevənlər üçün uyğundur və açıq suda parıltları əks etdirir.
  • Polyarizasiyalı – günəşin parıltısından qoruyur, eyni zamanda da güzgülülərdən fərqli olaraq, mənzərəni qaraltmır. Polyarizasiyalı linzalar zamanla keyfiyyətlərini itirmir. Belə eynəklər açıq suda üzmək üçün mükəmməldir.
  • Fotokromik – işığa avtomatik uyğunlaşan “buqələmun linzaları”: onlar zəif işıqda şəffaf olur, parlaq işıqda isə qaralır. Onlar dəyişkən işıqlandırma şəraitlərində olan hovuzlar üçün çox uyğundur.
https://strgimgr.umico.az/sized/840/39231-51ac8ae0adfd3ad39e1b3aa637e220dd.jpg

Zoggs Predator Flex Polarize Ultra Reactor duman linzaları işıq şəraitinə görə çaları dəyişir. Onlar həm açıq suda, həm də işıqlı hovuzlarda üzmək üçün rahatdır. Onları Umico Market-də tapa bilərsiniz.

  1. Linzanızın rəngini seçin. Bu sadecə dizayn fikri deyil, texniki göstəricidir. Rəng çox böyük əhəmiyyət daşıyır: fərqli şəraitdə yaxşı görməyə və narahatlıq hiss etməməyə kömək edir.    
  • Şəffaf linzalar təbii işığı buraxır və zəif işıqlı hovuzlarda üzmək üçün uyğundur. Ağardıcıdan və təhrif etmədən qorunmasını təmin edin.
  • Göy linzalar da təbii və ya az işıqlı yerlər üçün uyğundur. Su səthindəki parıltılardan qoruyaraq, görünüşü aydın saxlayır.
  • Açıq su və ya işıqlı bir hovuz üçün kölgəli linzaları seçin. Belə linzalar işığı əhəmiyyətli dərəcədə qaraldır, lakin, təbii kontrastı və rəngləri qoruyur.
  • Çəhrayı və ya bənövşəyi rəng algısını daha ziddiyyətli edir, gözləri gərginlikdən qoruyur. Onları açıq günəşli havada istifadə etmək daha yaxşıdır.
  • Sarı – bu rəng soyuq spektri neytrallaşdırdığı və görmə qabiliyyətini yaxşılaşdırdığı üçün qapalı məkanlara uyğundur.
https://strgimgr.umico.az/sized/840/38879-2bb6b6d0dd9360d00c3e6f996cdff422.jpg

Ultima Air Titanium eynəkləri açıq suda üzmək üçün uyğundur. Titan linzalar gözləri günəş işığından və parıltıdan etibarlı şəkildə qoruyur. Bütün hava şəraitində aydın görüntü təmin edir. Ultrabənövşəyi şüaları bloklayır. Onları Umico Market-də tapa bilərsiniz.

  1. Duman əleyhinə örtüyün mövcüd olmasından əmin olun. Əslində, demək olar ki, bütün müasir eynəklərdə bu xüsusiyyət var. Bu texnologiya, həm hovuzda, həm də açıq suda linzaların tərləməyinin qarşısını alır. Zaman keçdikcə örtüyün xüsusiyyətlərini itirdiyini nəzərə almaq lazımdır. Bu halda, məşqdən əvvəl eynəkləri xüsusi duman əleyhinə spreylər ilə silin. Peşəkar idmançılardan bir layf xak – duman əleyhinə örtük köhnəlibsə, istifadə etmədən öncə eynəkləri bir az nəm qoyaraq yaxalayın. Linzaları tüpürcək ilə nəmləndirə bilərsiniz – bu texnika da işləkdir.
https://strgimgr.umico.az/sized/840/38888-29f6e8091561e4be0168320456445ef7.jpg

Zoggs Predator Womens həm həvəskar məşqlər, həm də yarışlar üçün uyğundur. Onlarla açıq suda və hovuzda da üzmək rahatdır, eynək duman əleyhinə örtük və UV filtrlərlə təchiz olunub. Onları Umico Market-də sifariş edə bilərsiniz.

Uşaq eynəklərini necə seçmək lazımdır?

Uşaq modelləri böyüklərin modellərindən linzaların ölçüsü və qayışların uzunluğu ilə fərqlənir. Seçim zamanı ən vacib məqamlar rahatlıq və uyğunluqdur. Eynəklər xlorlu sudan yaxşı qorunmalıdır ki, selikli qişa qıcıqlanmasın. Gənc bir üzgüçü üçün eynək taxarkən yadda saxlanılası digər məqamlar:

  • Eynək gözləri sıxmamalıdır və görməyə mane olmamalıdır.
  • Aktiv məşqlər üçün eynək lazımdırsa, silikon və ya rezin bərkitməli modelləri seçmək daha yaxşıdır. Bu halda eynəklər üzdən düşməyəcəklər.
  • Uşaq yeni üzməyə başlayırsa, linzaların göz yuvasına daha rahat və yumşaq oturması olan modellər uyğundur.
  • İdman bölməsində üçüncü ildən sonra bərkitməsi incə olan və ya həç olmayan modellər nəzərdən keçirilə bilər.
  • 12 yaşdan yuxarı yeniyetmələr üçün böyük modellərini seçə bilərsiniz.
  • Daha yaxşı görüntü əldə etmək üçün çərçivələri və linzaları əyilmiş olan tanınmış brendlərə üstünlük verin.

ZOGGS brendi nə ilə məşhurdur?

Brend üzgüçülüyün əsl milli idman növü olduğu Avstraliyada anadan olub. 1992-ci ildə, ZOGGS dünyada ilk olaraq split qayışlı UV qoruyucu eynəklərini satışa buraxıb. Eynəklərin rahatlığı Don Fraseri, görkəmli Avstraliyalı üzgüçünü (dörd qat Olimpiya çempionu və çoxsaylı dünya rekordçusu, 1962-ci ildə 1 dəqiqədən az müddətdə 100 metr məsafəni üzən ilk idmançı) öz pərəstişkarı edib.

İki il sonra ZOGGS əfsanəvi Phantom Goggle hərtərəfli eynəyi satışa buraxdı. Phantom dünyada ilk patentləşdirilmiş yumşaq bərkitməli və tərləməkdən qoruyan anti-fog sistemli eynəkdir. Bu, eynəklərin dünya populyarlığının başlanğıc nöqtəsi olub.

2000-ci ildə, Sidney Olimpiadası zamanı, ZOGGS Don Fraserin şərəfinə Dawn of the Millennium qızıl çərçivəlı eynək modelini istehsal etdi. Təbii ki, bunlar kütləvi istehsal üçün nəzərdə tutulmamışdır, lakin, ZOGGS-un bazara çıxardığı əşyalar həmişə innovativ idi.

ZOGGS Super-Seal adlı tamamilə silikon bərkitməli, üzə daha da sıx oturan və konturlarını tamamilə izləyən ilk eynəkləri yaratdı. Brend çərçivələrin elastikliyini artıran 4 Flexpoint texnologiyasını inkişaf etdirdi. Digər bir yenilik – Air Cushon, eynəklərin göz ətrafında iz buraxmağına yol verməyən xüsusi yastıq. Əlbəttə ki, peşəkar idmançılar məhz bu dünya şöhrətli Avstraliya brendinin eynəklərini istifadə edərək dəfələrlə qalib olublar.

Umico Market ilə istənilən yarışlarda birinci olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %