Umicology

Pul haqda. Umico qənaət deyil, gəlirdir. Bütün bonusları yığmağınızdan əminsinizmi?

Razılaşın ki, qənaət etmək, pul xərclədiyiniz zaman belə qazanmaq fürsətindən daha az cəlbedici və ruhlandırıcı səslənir. İnanılmaz səslənsə də, bu mümkündür. Bunun üçün nə lazımdır? Umico tətbiqi və hər alış-verişdən harada və nə qədər bonuslar əldə etmək imkanı barədə məlumat. Bütün Umico bonuslarını necə toplaya biləcəyinizi bir daha ətraflı izah edirik. Eyni zamanda, bir ailənin bəzi xərclərini hesablamağı təklif edirik – beləliklə, bir ay ərzində neçə bonus qazana biləcəyimizi aydın şəkildə anlaya bilərik. 

Yeni Pul haqda bölməmizi brauzerinizin yaddaşında saxlayın. Özünüzü yalnız qənaət haqda düşünməməyinizə, alış-verişdən zövq və çox sayda bonuslar almanıza kömək edəcəyik. Bu gün Umico ilə pul qazanmağın yollarını izah edəcəyik.

Bonuslar bizim valyutamızdır. 

Praktiki hissəyə keçməzdən əvvəl bir az nəzəriyyə haqda danışaq. Umico tərəfdaşlarından alış-veriş etsəniz və kataloqdakı xüsusi məhsulları seçsəniz, keşbek alacaqsınız – hesabınıza bonuslar əlavə olunacaq.

Umico bonusları xərcləyə biləcəyiniz real puldur! Çox sadə: 1 bonus = 1 AZN. Hər alışdan sonra bonuslar hesabınıza köçürülür. Umico tətbiqində bonus hesabınızla baş verən hər şeyi görə biləcəyiniz xüsusi bir bölmə var. Bu, güvənə biləcəyiniz əlavə büdcənizdir.

İndi isə bütün bonusları toplayıb alış-veriş etməyə yollanırıq. 

Bəlkə də bu, hər ailənin ən əhəmiyyətli pul xərcləmə vaxtıdır. Büdcənizin nə qədərinin ərzaq məhsullarına getdiyini heç düşündünüzmü? Azərbaycan Dövlət Statistika Komitəsi hesabladı: ölkədə orta statistik ailənin gəlirinin 46,9 faizi qidaya xərclənir. Hətta bu rəqəm sizdə fərqlidirsə, marketlərdə alış-verişdən bütün bonusları almaq fürsətini qaçırmaq sadəcə yolverilməzdir! Beləliklə, nə edirik:

  1. Umico tərəfdaş marketlərinə yollanın keşbek alın. Planlarınızda bir həftəlik bazarlıq etməkdirsə, bunu Umico tərəfdaşlarından etmək daha sərfəlidir. Qəbzin məbləğindən asılı olmayaraq, 1% keşbek alacaqsınız. Bravo, Bolmart, Grandmart, Səbət, Yaxın market, Avromart, Baqqal, Ballı market, Happy market, Elmar market, Army market, Okean Market – özünüzə ən yaxın olan supermarketi seçin. Keşbek daha yüksək ola bilər – tərəfdaşlar kataloqunu nəzərdən keçirin. 
  1. Səbətinizə brendlərdən olan əlavə keşbekli məhsulları yığın. Ərzaq, kosmetika, məişət kimyəvi maddələri, ev əşyaları – bir çox müəyyən məhsullar üçün əlavə keşbek qazana bilərsiniz. Eyni zamanda bu, heç bir şəkildə supermarketin Umico-nun tərəfdaşı olub-olmamasından asılı deyil. Nəyi bilməlisiniz? Birincisi, keşbekin olması, ikincisi, bu məhsulun asan tapılması.

Müəyyən bir məhsul üçün bonusların olub olmadığını dərhal yoxlamaq üçün Umico tətbiqini açın və məhsul skanerini paketdəki barkodun üzərinə gətirin. Keşbekin miqdarını öyrənəcəksiniz, brenddən bonusların olmadığı halda, keşbek ilə oxşar məhsulların siyahısını alacaqsınız.

Vacib məqamı unutmayın: Umico tərəfdaş mağazalarında keşbek ilə mal alarkən, o, avtomatik olaraq köçürüləcəkdir. Tərəfdaş şəbəkədən kənar bir məhsul alırsınızsa, mütləq qəbzin şəklini çəkin və tətbiqin əsas səhifəsindəki “Skan etmək” düyməsinə basaraq onu Umico tətbiqinə yüklədiyin.

  1. Umico aksiyalarını izləyin və artırılmış keşbeki olan məhsulları seçin. Məsələn, hazırda Nestle Fitness səhər yeməklərini almaq sərfəlidir. Adi 3,5% keşbek əvəzinə, bonuslarla 10% keşbek qazanırsınız! Aksiya 31 may tarixinədək etibarlıdır.
  2. BirKart Umico kartı ilə ödəniş edin. Bu, ödənişlər üçün istifadə edə biləcəyiniz və əlavə olaraq Kapital Bank-dan 1,5%-dək keşbek ala biləcəyiniz bank kartıdır. Bunun böyük üstünlüyü ondan ibarətdir ki, əlavə keşbek bütün digər bonuslarla toplanılacaq.

Gəlin birlikdə hesablayaq

Təsəvvür edək ki, ailəmiz (ana, ata və 5 yaşlı körpə) alış-veriş etmək üçün supermarketə yollandılar. Deyək ki, bir həftəlik səbəti bu cür görünür:

Burada 100 AZN dəyərində ərzaq məhsulları var. Bonusları dərhal hesablayırıq: tərəfdaş marketdən 1% keşbek – 1 AZN. Məbləğin olduqca əhəmiyyətsiz olduğu görünə bilər, amma gəlin davam edək.

Qəhrəmanlarımız bilirlər ki, tərəfdaşlardan əlavə bonuslu məhsulları axtarmaq lazımdır, və seçdikləri budur:

Atena südü – 3%

Milla xaması – 5%

Actimel – 5%

Miili kolbasaları 7%-dək

Bizim Sufre tomat sousu– 5%

Saville makaronları – 3%

İlgim sarıkökü– 10%

Zeytun Baglari zeytun yağı– 3%

Nescafe – 5%

Nestle good Mix – 6%

Nabeglavi – 5%

Aura salfetləri– 5%

Purina – до 8%

Wellaton – 5%

Duracell – 4%

Əlavə olaraq, bir həftəlik Nestle Fitness səhər yeməklərini 10% aksiyalı keşbek ilə aldılar. Əlbəttə ki, qazancınız hansı məhsulları aldığınızdan asılıdır. Xüsusilə böyük alış-veriş planlaşdırırsınızsa (məsələn, məişət texnikası) Umico haqqında unutmamağınız vacibdir. Orta hesabla istehsalçıdan keşbek 5% təşkil edir, yəni ailəmiz 100 manatlıq ərzaq alaraq 5 AZN qazanacaq.

Qəhrəmanlarımız BirKart Umico kartı ilə ödəniş etdilər və bütün məbləğin 1%-ni geri aldılar (bu faizi Umico tərəfdaşları şəbəkəsində alırsınız, şəbəkədən kənarda isə bu məbləğ 0,5% təşkil edir). Beləliklə, ailə büdcəsinə əlavə 1 AZN əlavə olundu.

Toplam: 

Tərəfdaş marketdən bonus – 1 AZN

İstehsalçıdan bonus – 5 AZN

BirKart Umico-dan bonus  – 1 AZN

Deməli belə. Hər həftə ərzaq aldıqda 7 AZN qazanırsınız, ayda 28 AZN edir. Bu məbləğ ayda ərzaqlara 400 AZN xərcləmək şərti ilə hesablanıb. 

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Bonusları başqa haradan yığmaq olar

  1. Mobil rabitə. Azercell abunəçisinizsə, balansınızı artırın və 0,7% keşbek qazanın. Deyək ki, ailəmiz iki nəfər üçün aylıq 40 AZN ödəyir, deməli bonus olaraq 0,28 AZN alır.
  1. Həkim konsultasiyası. Özəl tibb mərkəzinə müraciət edirsinizsə, 3,5%-dan (RDM, Bona Dea, Avrasiya Hospital, Medistyle, Avrasiya Klinikası) 4%-dək (Avromed Tibb Mərkəzi) keşbek ala bilərsiniz. Tutaq ki, qəhrəmanlarımız bu ay həkim konsultasiyasına 50 AZN xərcləyibsə, 2 AZN qazanacaqlar.
  1. Qadcetlərin təmiri. Smartfonlar, noutbuklar və planşetlər həmişə ən uyğun olmayan anda sıradan çıxır və büdcəni planlaşdıraraq biz bunu öncədən nəzərə ala bilmirik. Lakin təmir üçün də keşbek almaq olar: Alma servis – 1,5%, Emil telekom – 4%, İcomp LTD – 7%. Deyək ki, qəhrəmanlarımız smartfonlardan birini düzəltməli idilər, bunun üçün 50 AZN ödədilər və 3.5 AZN keşbek qazandılar (əlbəttə ki, ən yüksək keşbekin olduğu yerə getdilər).
  1. Restorana getmək. Ayda iki dəfə rahat bir ailə məkanına gedə və eyni zamanda keşbek ala bilərsiniz. Ailə naharı üçün təkliflərimiz: Günaydın Retaurant & Steak House – 7%, Pizza Inn – 7%, Le Plaisir Kulinariya – 7%, Papa Johns – 5%, Cinnabom & Schlotzskys – 5%, Anadolu Restaurant & catering – 5%, Soul Kitchen – 3%, Vapiano – 2%. Məsələn, bir ay ərzində ailəmiz kafe və restoranlarda 80 AZN xərcləyə bilər, orta hesabla 5% keşbek ilə 4 AZN qaytarıla bilər.
  1. Paltar almaq. Qəhrəmanlarımızın yay mövsümü üçün idman geyimləri almaq planları var idi. Onlar Umico-dan zəmanətli keşbek ala biləcəkləri mağazalara yollandılar: Go Sport – 4%, Courir – 4%, Skechers – 4%. Ümumi 250 AZN xərcləmək istəyirdilər, deməli onlara 10 AZN geri qayıdacaq.
  2. 9 may tarixinədək Umico Market-də xəyal etdiyiniz alışı etmək və 10% keşbek qazanmağa tələsin. Umico super tətbiqində və Umico.az veb saytında malları faizsiz hissə-hissə ala, həmçinin Umico bonusları ilə keşbek qazana bilərsiniz. Aksiya haqqında daha çox məlumatı burada tapa bilərsiniz, qəhrəmanlarımız isə bundan istifadə etdilər və 310 AZN-ə bir uşaq velosipedi alaraq bonus kimi 31 AZN qazandılar.
Alışa görə keşbek  – 31 AZN

Hesablayırıq:

AldıqlarımızXərclədiyimizGeri aldığımız
Ərzaq400 AZN24 AZN
Mobil rabitə40 AZN0,28 AZN
Həkim konsultasiyası50 AZN2 AZN
Qadcetlərin təmiri50 AZN3,5 AZN
Restoran80 AZN4 AZN
İdman paltarları250 AZN10 AZN
Umico Market-dən uşaq velosipedi310 AZN31 AZN
CƏMİ: 1180 AZN74,78 AZN

Belə çıxır ki, faizləri hesablamaq olduqca faydalıdır. Bir alış üçün keşbekin məbləği əhəmiyyətsiz görünsə də, bir ay ərzində bütün xərcləri toplasanız fikriniz kökündən dəyişə bilər.   

Umico Bütün Umico bonuslarını necə əldə edəcəyinizin alqoritmi

  1. Umico tərəfdaşlarından alış-veriş edin və keşbek qazanın. Bunu, xüsusilə bahalı və dəyərli bir şey aldığınız zaman xatırlamağa dəyər.
  2. Büdcənin çox hissəsini məhsullara xərcləyirik – onlar almaq üçün Umico tərəfdaşlarına yollanın və istehsalçıdan əlavə bonusun olduğunu unutmayın. 
  3. BirKart Umico kartı ilə ödəniş edin və əlavə keşbek alın
  4. Umico və Umico Market-in tərəfdaşlarda olan aksiyaları izləyin – orada böyük endirimlər olur!
  5. Çalışın yalnız qənaət etmək haqda deyil, həm də qazanmaq üçün xərcləmək haqda düşünün. Umico ilə bu mümkündür!

Umico ilə alış-verişdən həzz və olduqca əhəmiyyətli bonuslar alın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %