Saclara qulluq ev seraitinde mümkündür. Günlük həyatımızda saçlarımız çirklənmə, günəş şüaları, istiliklə işlənmiş cihazlar və kimyəvi maddələrə məruz qalır. Bu səbəbdən saçlarımızın sağlam qalması üçün xüsusi qulluq tələb olunur. Təbii yağlar, vitaminlər, evdə hazırlanmış maskalar cansız və quru saçların canlanmasına kömək edir. Məsələn, zeytun yağı və avokado maskası saçların nəmlənməsinə, parıltı qazanmasına yardım edir. Bu kimi maskaları evdə rahatlıqla hazırlaya bilərsiniz.
Saçların sağlamlığı üçün düzgün və balanslı qidalanma vacibdir. Protein, vitamin və mineral baxımından zəngin qidalar saçların güclü, parlaq olmasına kömək edir. Bol su içmək də saçlarınızın nəmlənməsi üçün vacibdir. Saç tipinizə uyğun şampun istifadə edin. Məsələn, yağlı saçlar üçün yağsız şampun, quru saçlar üçün nəmləndirici şampun seçin. Şampunu saç dərinizə yaxşıca masaj edərək tətbiq edin və yuyun. Şampundan sonra saçlarınızın uclarına kondisioner tətbiq edin. Bu, saçlarınızın yumşaq və parlaq olmasını təmin edəcək. Kondisioneri saç dərisinə yox, yalnız uclarına tətbiq edin.
Cansız saçlara qulluq
Cansız saçlar üçün müntəzəm qulluq və düzgün məhsul seçimi vacibdir. Bu saç tipi üçün xüsusi olaraq nəzərdə tutulmuş şampunlar, kondisionerlər və maskalar istifadə edilməlidir. Həmçinin, qidalanma və saç dərisinə masaj edilməsi , daha sağlam, güclü olmasına kömək edir. Cansız saçlar nəmlənmədikdə və yaxşı baxım tədbirləri alınmadıqda qarşımıza çıxan bir problem olur. Saçları canlandırmaq üçün tərkibində protein və ya keratin olan şampunlardan istifadə edə bilərsiniz.
Keratin şampunu və saf keratin serumu zəif saç tellərini canlandırır, kövrək saç uclarını bərpa edir. Bal ən yaxşı kosmetik vasitələrdən biri hesab edilir, çünki onun tərkibində çoxlu vitamin və minerallar var. Ballı maskalar saçlara olduğu kimi bədən və üz dərisinə də uyğundur. Bu maskalar kəpək və tökülmənin qarşısını alır. 2 qasıq bal, gənəgərçək yağı, pıtırqan yağı və bir yumurta sarısını qataraq maskanı hazırlaya bilərsiniz. Maskanı saçınıza çəkin və yarım saat saxlayın , sonra şampunla yuyun. Bu cür maskanı 2-3 aylıq kursla edin, bu zaman effektini daha yaxşı görəcəksiniz.
Quru saçlara qulluq
Quru saçlara qulluq etmək üçün ən önəmli məqam, onları nəmləndirməkdir. Nəmləndirici şampunlar, saç maskaları və serumlar quru saçların yenidən həyat qazanmasına yardımçı olur. Hər həftə bir neçə dəfə nəmləndirici maska tətbiq etmək saçların yumşaq və parlaq olmasını təmin edir. Quru saçlara qulluq üçün arqan, hindistan cevizi, badam, zeytun yağlarından istifadə edə bilərsiniz. Bu yağlar saçlarınızı nəmləndirərək, parlaqlığını və yumşaq olmasını təmin edəcəkdir.
Vitamin və mineral zəngin qidalarla qidalanmaq saçların sağlam olmasına və baxımına kömək edir. Quru saçları yuduqdan sonra su ilə yaxşıca yaxalamaq lazımdır. Su yumşaq olmalıdır. Yumşaq su olmasa, adi suyu yumşaltmaq lazımdır. Quru saçları yuyarkən başın dərisini mütləq masaj edilməlidir. Yağlı saçlardan fərqli olaraq quru saçların masaj edilməsi çox vacibdir. Ot dəmləmələri ilə yumaqla, saçlar üçün olan balzamlardan və möhkəmliyini artıran kosmetik vasitələrdən istifadə etməklə, quru saçları daha möhkəm etmək olar.
Saç maskalarının qiymətləri
Saç maskalarının qiyməti markadan və çeşiddən asılı olaraq dəyişir. Umico.az-da bu məhsulların qiymətləri çox sərfəlidir və çeşid çoxluğu ilə diqqət çəkir. Məsələn, kokos yağı maskası 10-15 AZN arasında dəyişir və istifadəçilərin rəylərinə görə yüksək keyfiyyətlidir. Eyni zamanda, zeytun yağı əsaslı maskalar da 8-12 AZN aralığında mövcuddur. Umico.az saytında argan yağı əsaslı maskaların qiymətləri 15-20 AZN arasında dəyişir.
Vitamin E yağı əsaslı maskalar isə 12-18 AZN arasında satılır. Bu saytda aloe vera əsaslı maskaların qiymətləri 10-14 AZN arasında dəyişir. Avokado yağı əsaslı maskalar isə 13-17 AZN aralığında satılır. Saç maskaları və kondisionerlər möcüzələr yaradır. Saç maskaları və kondisionerlər saçın nəmlənməsini, yumşaqlığını və parlaklığını artırır. Bu məhsullar saçın strukturunu bərpa edir və qırılmaların qarşısını alır. Saç kəsimi saç uzanmasını sürətləndirmir: Tez-tez saç kəsimi saçın uzanma sürətini artırmır, amma saç uclarının sağlam qalmasına və qırılmaların qarşısının alınmasına kömək edir.
Saça qulluq üçün maskalar və hazırlanma qaydaları
Saç maskaları saç uclarını nəmləndirmək və baxım təmin etmək üçün idealdır. Məsələn, avokado və məldər, banan və bal, yumurta və zeytun yağı maskası saçların bərpası üçün vacibdir. Evdə hazırlaya biləcəyiniz saç maskaları da çox faydalıdır. Məsələn, avokado və bal maskası saçları qidalandırır və nəmləndirir. Həftədə bir dəfə bu maskalardan istifadə etmək saçlarınızın sağlamlığını artıracaq. Saç uclarının baxımı üçün ev şəraitində avokado və zeytun yağı maskasından istifadə edə bilərsiniz.
Hazırlamaq üçün bir ədəd yetişmiş avokadonu əzib, zeytun yağı ilə qarışdırmaq lazımdır. Qarışığı saç uclarına tətbiq edib, 20-30 dəqiqə saxladıqdan sonra yumaq lazımdır .Yumurta və bal maskasıda saçlar üçün faydalıdır. Hazırlanması üçün əvvəlcə yumurta sarısı bal ilə qarışdırılır, saç uclarına çəkilir. 20-30 dəqiqə arası saxlanıldıqdan sonra, yaxşıca yuyulur. Saç tipinə və fərdi ehtiyaclara görə saç yuma tezliyi dəyişə bilər. Yağlı saçlar daha tez-tez yuyulmalı, quru saçlar isə daha nadir yuyulmalıdır. Bəzi mütəxəssislər gündəlik yumanın saç və saç dərisini quruya biləcəyini bildirirlər. Saçların gücləndirilməsi qidalanmadan asılıdır.
Saçlara qulluq haqqında maraqlı faktlar
Saçlar əslində “ölü” maddədir: Saçın görünən hissəsi keratindən ibarət ölü hüceyrələrdən ibarətdir. Saç kökü isə dərinin altında yerləşir və orada yeni saç hüceyrələri yaranır. Saçlar nəmlənə bilər: Saçlar təbii olaraq nəmləndirici yağlar (sebum) ifraz edən saç dərisindəki yağ vəzilərindən faydalanır. Bu yağlar saçın qurumasını və qırılmasını qarşısını alır. Saçlarımızın tərkibi oxşardır: Hər bir insanın saçında əsas komponentlər eynidir . Saçlar gün ərzində müəyyən qədər uzanır. Bir insanın saçı orta hesabla ayda 1.25 sm, ildə isə təxminən 15 sm uzanır. Saç uzanmasının sürəti fərqli amillərdən, o cümlədən genetika və ümumi sağlamlıqdan asılıdır.
Saçların ömrü məhduddur. Hər bir saç telinin ömrü təxminən 2-7 il arasında dəyişir. Bundan sonra saç dökülür və yeni saç teli əmələ gəlir. Saçın strukturunu dəyişmək çətindir: Saçın təbii formasını (düz, dalğalı, qıvrım) dəyişmək üçün kimyəvi maddələr və istilik tətbiqləri tələb olunur. Amma bu dəyişikliklər yalnız müvəqqətidir və saç təkrar uzandıqca yenidən əvvəlki formasına qayıdır. Sağlam və balanslı qidalanma saçların sağlam qalması üçün vacibdir. Protein, dəmir, omega-3 yağ turşuları, vitamin A və C saçların güclənməsi və parlaq qalması üçün mühüm elementlərdir.