Umico Health

Sağlam və Parlaq Saçlar üçün 7 Məsləhət

Baxımlı və parlaq görünmək üçün sağlam və işıltılı saçlara sahib olmaq çox önəmlidir. Parlaq saçlar üçün istifadə etdiyiniz saç baxımı məhsullarından qidalanma vərdişlərinizə qədər bir çox faktora diqqət yetirməlisiniz.

Doğru saç baxımı məhsulları, saç quruluşuna uyğun daraq, düzgün və balanslı qidalanma sağlam saçlara sahib olmağınıza kömək edən amillərdən bəziləridir. Hər şəraitdə sağlam parlayan saçlar üçün 7 sadə və təsirli məsləhət:

  1. Balanslı Qidalanmaya Diqqət Edin
    Balanslı qidalanma təkcə bədən sağlamlığı üçün deyil, saç baxımı üçün də vacibdir. Bəs saç sağlamlığı üçün hansı növ qidaları istehlak etməyə diqqət yetirməliyik?

Göbələklərdə, tərəvəz və meyvələrdə bol miqdarda olan beta-karoten saç sağlamlığı üçün mühüm əhəmiyyət daşıyır. Beta-karoten həm dərini, həm də saç sağlamlığını təsir edən A vitamininə çevrilir. A vitamini isə sebum istehsal etmək üçün vacibdir. Sebumun saç dərisi üçün təbii baxım təmin etdiyini nəzərə alsaq, A vitamini baxımından zəngin qidaların istehlakının önəmi ortaya çıxır.

Unutmayın, sebum olmaması kəpəkli və quru saç problemlərinə səbəb ola bilər. Bu səbəbdən süfrənizdən yerkökü, ispanaq, balıq, yumurta kimi qidaları əskik etməyin!

  1. Saçınız üçün Doğru Şampun Seçin
    Ev şəraitində saç baxımı necə aparılır sualının cavabı şampun seçimi ilə başlayır. Saç rəngi, saçın boyanmış olub-olmaması, saç quruluşu kimi bir çox amilə əsasən şampununuzu seçə bilərsiniz. Ancaq unutmayın, həftədə bir dəfə saçınızı təmizləyici tərkibli bir şampunla yumaq lazımdır.

Təmizləyici şampun zamanla saçınızı solğunlaşdıran və parlaqlığını itirən yağ və digər çirkləri təmizləməyə kömək edir. Hətta həftə ərzində saçınıza vurduğunuz sprey, formaverici kimi məhsulların qalığını aradan qaldırmaq üçün də təmizləyici şampundan istifadə edə bilərsiniz. Bu şəkildə saçınız da həftəyə yeni bir səhifə açaraq başlaya bilər.

  1. Təbii Yağları Kiçik Saymayın
    Ev şəraitində saç baxımı təbii üsullarla aparıla bilər. Saç baxımı tövsiyələri arasında olan argan yağı, kokos yağı, badam yağı kimi təbii yağları gözardı etməyin.

Məsələn, kokos yağı zədələnmiş saç tellərini bərpa etməyə kömək edir, saça canlılıq verir və saçın parlaqlığını artırır. Zeytun yağı tərkibindəki E vitamini sayəsində saçınızın daha sağlam və parlaq görünməsini təmin edir. Antioksidantlarla zəngin olan nar çiçəyi yağı da saç tellərini parladır.

Bundan əlavə, saç baxımı məhsullarını seçərkən saçınıza faydalı olacaq yağ tərkibli məhsullara üstünlük verə bilərsiniz. Həmçinin, saçınızdan yağı aradan qaldıracaq sulfat, paraben və alkoqol tərkibli məhsullardan uzaq durmalısınız.

  1. Soyuq Su İlə Yuyun
    Parlaq saçlar üçün ən praktiki məsləhət duşun sonunda saçınızı soyuq su ilə yumaqdır. Hər duşdan sonra 10-30 saniyə ərzində saçınızı soyuq su ilə yumaq saçınıza parlaqlıq qatacaq. Qışda bu bir az çətin ola bilər, lakin yay aylarında heç də pis fikir deyil. Bir müddət sonra bu rituala alışacaqsınız. Soyuq su saçın elektriklənməsini də azaldır.
  2. Saç Tipinizə Uyğun Daraq Seçin
    Qıvrım, düz, buruq, dalğalı saçlar… Saç tipinizə uyğun daraq seçməsəniz, saçınızı daramaq çətin ola bilər. Daraq seçimi saç baxımı ilə yaxından bağlıdır.

Məsələn, zəif və asan qırılan saç telləri üçün təbii tüklü və saçın yağını tellərə yaymağa kömək edən daraqları sınaya bilərsiniz. Qıvrım saçlar üçün isə güclü, lakin elastik telləri olan və saç tellərini qoparmadan daraya biləcəyiniz daraqlara baxın.

  1. Saçınızı Düzgün Qurudun
    Saç baxımı necə aparılmalıdır sualına veriləcək cavablardan biri də qurudulma üsuludur. Fendən istifadə edərkən temperatur ayarına diqqət etməlisiniz. Çox isti hava saçın zədələnməsinə səbəb ola bilər. Evdə saç qurudarkən və ya formaverərkən soyuq fan istifadə edə bilərsiniz.

Saçınıza fen və ya saç burucu ilə forma verdikdən sonra soyuq hava ilə formanı sabitləyiin. Feni yuxarıda tutmaq və saçı aşağıdan qurutmaq da saçın daha parlaq görünməsinə kömək edəcək.

  1. Yastığınızın Materialına Diqqət Edin
    Yuxuda belə saç baxımı edə biləcəyinizi bilirdinizmi? Məsələn, nəmi sorub saxlamayan ipək yastıq üzləri saçınızın parlaqlığını qoruyur. Maksimum parlaqlıq üçün həftədə bir dəfə nəmləndirici maska istifadə etməyi unutmayın!

Bədən və saç sağlamlığımız üçün diqqət etməli olduğumuz bir çox faktor var. Ancaq sürətlə inkişaf edən dünyada ekoloji faktorlar səbəbindən zərərli maddələrə məruz qala bilərik. Bu səbəbdən mütəmadi tibbi yoxlama və sağlamlıq vəziyyətinin izlənməsi çox önəmlidir.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %