Umico Health

Sağlamlığınızı peşəkarlara etibar edin. Liv Bona Dea Hospital

Sağlamlıqda problemlər yarananda, bu hamımızı çox narahat etməyə başlayır. Buna görə həkimlər bir çox xəstəliklərin qarşısını qabaqcadan ala biləcəyimizi deyirlər. Diaqnoz qoymaq, qarşısını almaq və ya müalicə etmək – bu məsələlərdə yalnız peşəkarlara etibar etmək lazımdır. Onları Azərbaycanın ən yaxşı klinikalardan biri olan Liv Bona Dea Hospital-da tapa bilərsiniz.

Liv Bona Dea Hospital – ötən il Türkiyənin məşhur Liv xəstəxanalar qrupuna daxil olan Azərbaycanın ən mühüm səhiyyə müəssisələrindən biridir. İki güclü səhiyyə mərkəzinin birgə təcrübəsi həqiqətən unikal tibb klinikasını yaratmışdır.

Liv Bona Dea Hospital Umico-nun tərəfdaşıdır. Burada siz geniş çeşiddə tibbi xidmət, həmçinin Umico-dan bütün xidmətlər üzrə 1% keşbek ala bilərsiniz. Xəstəxana tez-tez müayinələr və tam “check-up” aksiyaları keçirir. Xəbərləri burada izləyin.

İdeya və icra 100% üst-üstə düşəndə

Xəstəxanada deyirlər ki o, təsadüfən “Liv Bona Dea Xəstəxanası” adlandırılmayıb. Roma mifologiyasında Bona Dea şəfa ilahəsidir. Onun məbəd bağında xəstələr dərman bitkiləri ilə müalicə olunurdu. Sağlamlıq simvolu olan ilan onun atributu idi.Bununla belə, xəstəxanamızın ən böyük üstünlüyü onun innovativ olması və bütün sağlamlığımızın 360 dərəcəsini əhatə edən heyətinin təcrübəsidir. Liv Bona Dea Hospital Xəzər regionunda tamamilə yeni və unikal konsepsiyanın həyata keçirilməsinin və xəstələrə ən yüksək keyfiyyətli xidmətə əsaslanan xəstəxana tikməyin mümkünlüyünün nümunəsidir.

Xəstəxana ölkəmizdə və regionda Joint Commission International (JCI) tərəfindən 100% nəticə ilə sertifikat almış ilk tibb müəssisəsidir. Bu, qlobal səhiyyədə qızıl standart hesab olunur.

Liv Bona Dea Hospital həmçinin Avropa klinikalarının tibb işçiləri, eləcə də bütün Avropa İttifaqının iri tibb müəssisələri ilə daim əməkdaşlıq edir.

Hər şey yüksək səviyyədə olanda 

Gözəl xəstəxana binası Nizami rayonunda, Heydər Əliyev prospektindən bir qədər aralıda yerləşir. Xəstəxana beynəlxalq hesab olunur: onun qapıları azərbaycanlılar və xarici vətəndaşlar, tibbi turistlər üçün açıqdır. Tibb mərkəzi uşaqlar və böyükləri qəbul edir. Xəstələrin əksəriyyəti Liv Bona Dea-ya MDB ölkələrindən, Avropadan və ərəbdilli ölkələrdən gəlir. Yeri gəlmişkən, klinikanın komandası 4 dildə danışır.

Xəstəxanada istənilən ixtisas üzrə həkimə müraciət etmək olar, lakin əsas olanlar bunlardır: ürək cərrahiyyəsi, plastik cərrahiyyə, transplantologiya, “check-up” müayinələri, həmçinin diaqnostik və müalicəvi xidmətlər.

Klinikanın əsas istiqamətləri:

  • Onkologiya
  • Transplantologiya
  • Ümumi cərrahiyyə
  • Mamalıq və ginekologiya
  • Kardiologiya və ürək cərrahiyyəsi
  • Damar cərrahiyyəsi
  • Torakal cərrahiyyə
  • Qastroenterologiya
  • Nevrologiya və neyrocərrahiyyə
  • Ortopediya və travmatologiya
  • Endokrinologiya
  • Otolarinqologiya
  • Stomatologiya
  • Oftalmologiya
  • Plastik cərrahiyyə
  • Pediatriya

Klinikada qaraciyər transplantasiyası, ürək-damar xəstəlikləri, onkologiya üzrə də ciddi müayinə və əməliyyatlar aparılır. Məsələn, ötən il burada 12 xəstəyə canlı donordan qaraciyər transplantasiyası aparılıb. Qaraciyər transplantasiyası tibbdə ən çətin əməliyyatlardan biri hesab olunur. Liv Bona Dea Hospital fəxr edir ki, Azərbaycanda belə mürəkkəb əməliyyatları yerinə yetirən peşəkar komanda var.

Liv Bona Dea 37,500 kvadrat metr sahəyə və 7 mərtəbəlik binaya malikdir, xəstəxanada 156 xəstəxana çarpayısı və 28 reanimasiya çarpayısı var. Xəstəxanadakı tibbi avadanlıqlar ABŞ, Almaniya, Yaponiya, İtaliya, Fransa, İngiltərə, İsveç, Belçika və İspaniyanın aparıcı şirkətləri tərəfindən istehsal olunur.

Liv Bona Dea Hospital-da sağlamlığınız peşəkarların əlindədir

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %