İlin sonuna qədər Umico-dan sevdiyiniz Unilever brendlərinin məhsullarını artırılmış keşbek ilə alın. “Чистая линия”, “Бархатные ручки” və Clear kosmetikasının, eləcə də Magnum dondurmalarının istənilən alışına görə Umico kartınıza 10%-dək bonuslar qazanacaqsınız.
Magnum. Yeni keşbekiniz – 3%
Magnum dondurmaları əsl zövqdür. Zəngin Belçika şokoladından hazırlanmış xırtıldayan qlazur, Madaqaskardan təbii vanil, xırtıldayan Kaliforniya badamları və orqanik kakao paxlaları – Magnum dondurması öz işinin əsl ustaları tərəfindən yaradılmışdır.
Magnum Double Caramel dondurması
Magnum Classik dondurması
Magnum Cookie dondurması
“Бархатные ручки”. Yeni keşbekiniz – 5%
“Бархатные ручки” dəriyə qulluq məhsulları əllərinizin zərif və gənc dərisini qorumağa kömək etmək üçün yaradılmışdır. Bu, “gənclik formulası” sayəsində mümkün olur – kremlər, serumlar, maye sabunlar arqan və makadamiya yağı, Tiare çiçəklərinin ekstraktları kimi ən qiymətli və təsirli komponentlər əsasında yaradılır.
“Бархатные ручки” qoruyucu əl kremi
“Бархатные ручки” maye krem-sabun Antibakterial kompleks və nəmləndirmə
“Antibakterial kompleks” əl, üz və bədən üçün universal krem
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Clear. Yeni keşbekiniz – 10%-dək
Clear, müxtəlif saç tipləri üçün uyğun olan şampun və kondisionerlərin geniş çeşididir. Clear saçların mükəmməl görünməsinə kömək edir və kəpək, quru və həssas saçlar, qaşınan baş dərisi kimi bir çox ümumi problemləri həll edir. Clear bu problemləri aradan qaldırır və özünüzə inam qazanmağa kömək edir.
Clear Sakura şampun və balzam-yaxaladıcı
Clear Activesport kişilər üçün şampun
Clear kişilər üçün saç tökülməsinə qarşı şampun
“Чистая линия”. Yeni keşbekiniz – 10%-dək
“Чистая линия” kosmetikasının istehsalı ciddi fitoterapiya prinsiplərinə əsaslanır. Təbiətin gücünü hiss edin: məhsullar müxtəlif növ bitkilərin ekstraktları, cövhərləri və essensiyaları ilə hazırlanmışdır. “Чистая линия” qadınların təbii gözəlliyinin və gəncliyinin qayğısına qalır, onların həyatını hər gün daha xoşbəxt edir.
“Чистая линия” fito-dezodorantı qoxu və nəmdən qorunma
“Чистая линия” üz üçün təmizləyici skrab
“Чистая линия” Pion və Aloe nəmləndirici duş geli
Kampaniya Umico-nun bütün tərəfdaş mağazalarında və ya onlayn Umico Market-də keçərlidir. Əlavə 1% keşbek əldə etmək fürsətini qaçırmayın. Bravo, Grandmart, Megastore, Səbət, Bakkal, Bolmart, Army market, Happy market, Balli market, Elmar market, Okean market-də alış-veriş etdikdə bonus qazanacaqsınız.
Siz hətta tərəfdaşımız olmayan marketlərdə də alış-veriş edərkən keşbek əldə edəcəksiniz. Bunun üçün QR kodu olan qəbzi saxlamalı və Umico tətbiqində onu skan etməlisiniz.