Ağrı, istər insultdan olsun istərsə də daxili orqanların spazmından olsun, həmişə pis və əziyyətli olur. Çox vaxt ağrılara dözürük, əlverişli tədbirlərə əl atırıq – yatmaq, ağrıkəsici içmək və s. Ancaq dərhal təcili yardım çağırılmalı olan situasiyalar da olur, çünki hər hansı bir gecikmə sağlamlıq, bəzən isə təəssüf ki, həyat bahasına başa gələ bilər.
Bu gün Umico tərəfindən Respublika Diaqnostika Mərkəzinin (RDM) mütəxəssisləri ilə birlikdə hazırlanan “İlk Yardımlazım olarsa nə etməli” layihəsi çərçivəsində sinə ağrısı, ürək tutmasının növləri və üsulları haqqında danışacağıq.
Sinə ağrısı müxtəlif problemlərdən xəbər verə bilər. Misalçün əzələ-skelet sistemi və həzm problemləri ilə əlaqələndirilə bilər. Ancaq çox vaxt sinə ağrısı ürək problemlərini, xüsusən infarkt olduğunu göstərir. Sinə ağrısının ciddi olub olmadığını və təcili yardım çağırılmalı olub olmadığını necə təyin etmək olar?
Təzyiq hiss etmək və ya qəfil sinə ağrısı ürək tutmasının klassik əlamətidir. Çox vaxt bu ağrı çənə, boyun, belin sol hissəsinə və ya sol qoluna uzanır – buna stenokardiya və ya sinə quruqurbağası deyilir.
Kompressiv sinə ağrısı miyokard infarktının tipik əlamətidir. Əsas simptomları, nəfəs darlığı, ümumi halsızlıq, ürək bulanması və ya qarnın yuxarı hissəsində ağrıdır. Miyokard infarktı vəziyyətində simptomlar istirahət edən zaman üzə çıxa bilər və sinə ağrısı, gecə başlaya bilər.
Narahatlığınız üç dəqiqə və ya daha çox davam edərsə və vəziyyətiniz anidən pisləşərsə, xüsusən nəfəs almada çətinlik, başgicəllənmə, ürək bulanması, ağır yorğunluq, soyuq tər hiss edirsinizsə, onda çox güman ki, angina və ya infarkt keçirirsiniz. Təcili tibbi yardım çağırmaq sizin həyatınızı xilas edə bilər.
Sinə ağrısı hiss edirsinizsə, aşağıdakı suallara cavab verin. Bu probleminizin mənbəyini müəyyənləşdirməyə köməkedəcək:
Ağrı kəskin yoxsa yüngüldür?
Əsas göstərici ağrının intensivliyidir. Filmlərdə tez-tez ürək tutması qurbanlarının sinələrini sıxaraq ağrıdanəyildiklərini, kəskin şəkildə qaşqabağının düşdüyünü görürük. Əslində, belə şiddətli ağrı infarkt üçün xarakterik deyil. Ürək tutmasının ağrısı ümumiyyətlə sinəyə oturan bir fil kimi, amansız bir təzyiq hissi kimi təsvir olunur.
Qısa kəskin bir ağrı, “sanki elektrik çarpması” kimi ifadələr, əksər hallarda sümük və ya sinir problemi, məsələn, qırıq qabırğa, əzələ gərginliyi və ya sinirin sıxılması nəticəsində baş verir.
“Bu cür ağrı infarktdan daha ağır ola bilər, ancaq çox tez çıxıb gedir” deyə doktor Laffin söyləyir. “Ürək infarktında sinə ağrısı 30 dəqiqə, bəzən daha uzun davam edə bilər.”
Ürəkdəki ağrının başqa bir səbəbi qabırğa arası nevralgiya ola bilər. Onun əsas simptomu, sinə boşluğunda kəskin birtərəfli sancı ağrılarının əmələ gəlməsidir. Belə ağrı “lumbago” və ya “elektrik tokunun keçməsi” kimi təsvir olunur. Ağri vaxtıca çoxalır: yüngül bir sancılamaqdan başlayır, sonra güclənir və dözülməz olur.
Bu xəstəlik də müalicə edilməlidir, lakin hələ də stenokardio və ya infarkt kimi təhlükəli deyil.
Bədən mövqeyini dəyişmək ağrıya kömək edirmi?
Bədən mövqeyinizi dəyişdirdiyiniz zaman ağrı gedir və ya azalır? Məsələn, uzananda, oturanda və ya əyliəndə özünüzü daha yaxşı hiss edirsiniz? Əgər cavab “hə” dirsə, onda sinə ağrısı, ağciyər problemləri, məsələn, sətəlcəm və ya astma ilə əlaqədardır.
Söhbət ürək infarktından gedirsə, ağrını yüngülləşdirəcək bədən vəziyyəti tapmaq mümkün deyil.
Ağrının təhlükəli olub olmadığını necə başa düşmək olar?
Başqa problemlərin göstəricisi olan, aşağıdakı simptomların infarkt siqnalı verə bilməyəcək
- Kəskin bir sinə ağrısı (elektrik tok kimi). Daha əvvəl dediyimiz kimi, ürək tutması zamanı ağrı və narahatlıq bir neçə dəqiqə ərzində getmir. Qısa müddətli sinə narahatlığı, çox güman ki, bir əzələ-skelet zədəsi və ya iltihabın nəticəsidir (məsələn, qırıq qabırğa, əzələ gərginliyi və s.).
- Nəfəs aldıqda (məsələn, dərin bir nəfəslə) artan sinə narahatlığı daha çox ağciyərlərlə bağlıdır.
- Hərəkət edərkən meydana gələn sinə narahatlığı. Ürək ilə əlaqəli ağrı, ümumiyyətlə hərəkətlə ağırlaşır. Hərəkət zamanı meydana gələn kəskin sinə ağrısının isə çox vaxt başqa səbəbləri olur (məsələn, turşu reflyuks).
Ürək tutması və ya stenokardiyanın simptomları fərqli insanlarda fərqli ola bilər, lakin “Ağrının hiss olunduğu yerdən asılı olmayaraq insanlar ümumiyyətlə ağrıları aradan qaldıran bir vəziyyət tapa bilmirlər. Nə su içmək, nə antasid qəbul etmək, nə də dərindən nəfəs alıb vermək ağrını azaltmırsa, bu zaman təcili yardım çağırmaq vacibdir.”
Sağlamlığınıza diqqət yetirmək çox önəmlidir və keçici bir ağrı olsa belə, qarşısının alınması üçün bir həkimlə görüşməyiniz daha yaxşıdır.
Sağ olun!