Ümid edirik ki, bu ilin bütün əsas böyük endirimlərindən yararlana bildiniz, buna görə də alış-verişə ara verib onun haqqında filmlərə baxmaq olar! Keçən həftə alış-veriş mövzusuna qərq olduğumuzdan, bu həftə sonu üçün Umico-nun tərəfdaşı Park Cinema ilə birlikdə sizin üçün tematik filmlər seçmişik.
Hər kino biletinin alışına görə Umico bonusları ilə 6%-ə qədər keşbek qazanırsınız. Əlavə endirim əldə etmək şansını da qaçırmayın:
- Hər Çərşənbə axşamı “Super Gün”dür, bu gün bileti 3 AZN-ə ala bilərsiniz.
- “Xoşbəxt saatlar”. Çərşənbə axşamı, həftə sonları və bayram günləri istisna olmaqla, hər gün saat 17:00-a qədər olan seanslara biletləri 50% endirim ilə ala bilərsiniz.
- Bütün tələbələr üçün biletlərin qiyməti 4 AZN-dir.
- Ailə tarifi 3 və 4 nəfərlik ailə üçün keçərlidir. Biletləri hər gün standart qiymətdən 50% endirimlə almaq olar.
“Supermarket”
Seriyalın hadisələri corabdan tutmuş təyyarəyə qədər hər şeyi ala biləcəyiniz Amerika supermarketində baş verir. İşçilər gündəlik işlərdən sıxılırlar, ona görə də bir-birlərini və biz tamaşaçıları əyləndirmək üçün əllərindən gələni edirlər. Seriyalın böyük bir hit olacağını planlaşdırmamışdılar, lakin tamaşaçılar onu bəyəndi və indi onun artıq 6 mövsümü çəkilib!
“Gözəlcə”
Bəli, bəlkə də bu gün filmin süjeti çoxlarına nağıl kimi görünəcək, kimsə onu çox adi və maraqsız görəcək. Bununla belə, hər dəfə Culiya Robertsin canlandırdığı qəhrəmanın satıcılar tərəfindən pis rəftar edildiyi mağazaya zəfərlə qayıtdığı anı yenidən izləməkdən həzz alırıq. Yeri gəlmişkən, “Gözəlcə”ni alış-veriş dünyası ilə təkcə mağazalardan səhnələr bağlamır. Məlum olub ki, rejissor və prodüserlər filmin çəkilişləri üçün Ferrari və Porsche-dən maşınlar istəyiblər. Şirkətlər reputasiyalarına xələl gətirməkdən qorxduqları üçün imtina ediblər. Nəticədə filmin baş qəhrəmanı Edvard prodüserlərdən birinə məxsus Lotus Esprit avtomobilini alır. Filmin nümayişindən sonra bu markanın avtomobillərinin satışı 3 dəfə artıb.
– Cənab Lüis, nə qədər pul xərcləməyə hazır olduğunuzu bilə bilərəmmi: çox böyük yoxsa nəhəng bir məbləğdir?
– Nəhəng.
“Kişi belə olar!
“Şeytan Prada geyinir”
Loren Vaysbergerin eyniadlı kitabı əsasında rejissor David Frenkelin çəkdiyi komedik dram filmi ən nüfuzlu moda jurnallarından birinə işə düzələn gənc qızın hekayəsindən bəhs edir. Filmdə baş redaktor Mirandanın timsalının“Vogue” jurnalının baş redaktoru Anna Vintur olduğu güman edilir. “20th Century Fox” bu filmin istehsalı üçün 35 milyon dollar xərcləyib. Bunun 1.000.000-dan çoxu kostyumlara gedib! Təkcə Mirandanın boyunbağı 100 min dollara alınıb. Nəticədə film maliyyə göstəricilərinə görə tarixin ən bahalı filmlərindən birinə çevrilib.
İlk dəfə Jimmy Choo-dan ayaqqabını geyinəndə ruhunu şeytana satmış oldun, mən bunu gördüm.
“Bu axmaq məhəbbət”
Kişilərin şoppinqlə heç araları yoxdur. Lakin Rayan Qoslinqin personajının Stiv Karellin personajına necə dəyərli stil məsləhətləri verdiyinə heyran olacaqsınız. Film tipik ailə adamı Kel Uiverin həyatından bəhs edir. Günlərin bir günü arvadının onu aldatdığını öyrənir, tez evdən köçür və o vaxtdan axşamlar bara getməyə başlayır. Məhz orada o, əsas personajı himayə edən cazibədar pleyboy Ceykob Palmerlə tanış olur. Ona qadınlarla davranmağın sirlərini, dəbli görünməyi öyrədir və hətta paltar seçimində kömək edir.
– Sən Stiv Cobssan?
– Nə?
– Milyardersən, “Apple Computers”-in sahibisən?
– Yox…
“Aydındır … belə halda, ümumiyyətlə idman ayaqqabısı geyinməyə haqqın yoxdur!
“Şopoqolik”
Sofi Kinsellanın iş yerində sərvətlərin idarə edilməsinə dair bol-bol məsləhətlər verən və boş vaxtlarında da dükanlarda pul xərcləyən bədbəxt Rebekka (Ayla Fişer) haqqında şən bestseller əsərinin ekranlaşdırılması. Hər kəs şopoholizmin bir xəstəlik olduğunu bilir, lakin Rebekkanın iztirabları və sevinci problemləri unutmaq üçün alış-verişə əl atmış hər kəsə tanışdır.
Yaraşıqlı bir oğlan gördükdə və o sizə gülümsədikdə və ürəyin isti tavada yağ kimi əridiyi bir hiss sizə tanışdırmı? Mağaza görəndə mən eyni şeyi yaşayıram.
“Monte Karlo”
Bu, üç rəfiqənin hekayəsidir, onlardan biri təsadüfən Parisdə məşhur zəngin varislə səhv salınır və beləliklə hər üçünə qlamur və dəbdəbə dünyası açılır. Bir neçə gün ərzində qızlar dünya ulduzlarına icazə verilən həddi aşmaqdan çəkinmirlər. Onlar, təbii ki, alış-verişə gedirlər və hətta xəyali varislə bağlı həqiqət üzə çıxanda belə, bütün alışlar onlarda qalır. Üstəlik bir neçə xoş bonus.
– Onlar necə belə tez-tez gəzirlər?
– Məsələn, dikdaban ayaqqabı geyinmirlər.
– Mən sizə ayaqqabı haqqında bir şey deyəcəyəm, Meq. Ayaqqabı incitmirsə, kömək etmir.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
“Mariya Antuanetta”
Fransa kraliçası Mariya Antuanettanın həyatından bəhs edən Sofiya Koppolanın bioqrafik filmi. Bu film seçimimizə təsadüfən düşməyib. Hadisələr 18-ci əsrdə baş verir və dəbdəbəli paltarlar və ayaqqabılar almaq, şirniyyatlar yemək və qumar oynamaqla təsəlli tapan Mariya Antuanettanın həyatındakı bəzi epizodlardan bəhs edir. Fransanın iqtisadi və siyasi vəziyyəti pisləşdikcə, Mariya saray həyatından getdikcə uzaqlaşır və həyat tərzi daha hedonist olur.
Fotoşəkildəki demək olar ki, bütün ayaqqabılar və digər cütlər (yüzdən çox eksklüziv model) Kerri Bredşounun çox sevdiyi Manolo Blanik brendi tərəfindən yaradılmışdır. İstisna, kadrda sağda görünən Converse tennis ayaqqabılarıdır. Sofiya Koppolanın dediyinə görə, onları Mariya Antuanettanın qarderobuna onu adi bir yeniyetmə kimi göstərmək üçün qəsdən əlavə ediblər.
Nəhayət kraliçaların da xoşbəxt olmaq hüququ var.
“Mister Selfric”
Günü bu gün də fəaliyyət göstərən “Selfridges” Britaniya univermağının tarixindən bəhs edən Britaniya seriyalı. Aktual kolleksiyaları ekranda görə bilməyəcəksiniz: sizi 1909-cu ilə qayıdacaqsınız, o zaman Amerikalı bir sahibkar Londona gələrək Britaniya mağazalarındakı aşağı səviyyə və yüksək qiymətlərdən təəccüblənərək, ilk böyük univermağı açmağa qərar verir.
– Mən gözəl gün keçirdim. Mənə bu fürsəti verdiyin üçün təşəkkür edirəm.
– Ağlı başında olan kişi belə gözəl qadından necə imtina edə bilər?
– Sən düzələn deyilsən!
– Mən aşiq olmuşam.
“Consonlar ailəsi”
Baş rollarda Devid Duxovnı və Demi Mur olan komedik dramı. Dörd nəfərdən ibarət ideal Conson ailəsi elit Amerika şəhərciyinə gəlir və hamı dərhal onlar kimi olmaq istəyir. Şəhər sakinləri Consonların həyat tərzini kopyalamağa başlayırlar, onlara oxşamaq üçün eyni şeylər, paltarlar və ayaqqabılar, və hətta qolf ağacları alır, bütün pullarını bu dəbdəbəyə xərcləyirlər. Zaman keçdikcə Conson ailəsinin sirri açılır – bu, şəhər sakinlərini əsl şoka salır və onlara özlərinə kənardan baxmaq imkanını verir.
Maşın satmaqda əla idin. İnsanlar sənə güvəndi, səni bəyəndilər. Buna görə də alırdılar. Ancaq bunların hamısı keçmişdə qaldı. Yalnız məhsulu satmaq artıq kifayət deyil. Həyat tərzini satmalısan! Əhval-ruhiyyə satmalısan! Bundan sonra insanlar sənin sahib olduqlarına sahib olmaq istəyəcəklər”
“Avropa tətili”
İtaliyada alış-veriş səhnəsi unudulmazdır! Əgər unutmusunuzsa, bu dəli ailəyə görə sevimli komediyanızı yüzüncü dəfə sehr etməyə dəyər. Qrisvuld ailəsi çox şanslıdır: onlar illik viktorinada birinci mükafatı qazandılar! Mükafat isə Avropaya maraqlı səyahətdir. Və budur, ata Klark, ana Ellen, oğul Rasti və qız Odri doğma Çikaqodan xaricə uçmağa hazırlaşırlar.
Odri üçün sevimli Ceki ilə ayrı qalmaq çox çətindir, çünki Odri yoxkən, Ceki ən yaxşı rəfiqəsi Debi əlindən ala bilər. Lakin belə bir gözəl səyahətdən imtina etmək çox çətindir və budur, ailə artıq Londondadır və ilk macəra onunla bağlıdır ki, ata maşın icarəyə götürərək onu Amerikadakı kimi sürməyə çalışır, İngiltərədə isə hərəkət sol tərəflidir. İngiltərədə, Fransada və Almaniyada hələ çox sərgüzəştlər olacaq.
– Əla bələdçidir. Burada hər şey dəqiqəsinə qədər düz qeyd olunub və biz heç nəyi qaçırmayacağıq.
– Klark, gəl proqramı unudaq və adi insanlar kimi kortəbii səyahət edək.
– Biz adi insanlar deyilik. Biz Qrisvuldlarıq!