Həftə sonunu rəsmi olaraq çimərlikdə keçirə biləcəyimizə görə, bu cümə gününü xüsusi bir maraqla gözləyirik. Sizi Xəzərin sahillərində yaxşı vaxt keçirməyə ilhamlandırmaq üçün ən yaxşı filmləri topladıq, burada əsas personajlar yay, çimərlik, günəş və dənizdir. Kinonu başa düşmək və hansı filmlərin diqqətə layiq olduğunu seçməyi asanlaşdırmaq üçün başladığımız TOP-10 layihəsinin yeni seçimlərinə baxın.
Çimərlik (The Beach)
TOP-10 seçimlərini, məhz bu ad ilə başlayırıq. Denni Boyl-ın rejissoru olduğu və Leonardo DiKaprio-nun baş rolu canladırdığı, 2000-ci illərin filmi, Aleks Gerland-ın eyni adlı bestseller romanı üzərində qurulub.
Film, Taylanda macəra axtarışına gedən gənc Amerikalı Riçardın hekayəsini əhatə edən bir macəra dramıdır. Daffi adlı qəribə bir şəxslə təsadüfən qarşılaşması Riçardın tətil planlarını dəyişdirir və ona tam olaraq axtardığını – macəranı verir. Daffi, yer üzünün əsl cənnəti olan, gizli bir adadakı çimərlik haqqında danışır. Kartı aldıqdan sonra Riçard Fransadan gələn gənc bir cütlüklə sirrini bölüşür. Onlar bu adanı tapmaq üçün uzun bir yola çıxırlar, hansı ki bu yolda maneələr, günəşlənmək və çoxlu üzmək də var.
Мамма MIA!
Məşhur İsveç qrupu ABBA-nın mahnılarına əsaslanan şən bir müzikldir.
Filmin rejissoru Fillida Lloyd, Meril Strip, Pirs Brosnan, Kolin Fert, Stellan Skarsqard və Amanda Seyfrid kimi məşhur aktyorları bir araya gətirib.
Filmin qəhrəmanı Sofi evlənmək üzrədir və toyun bütün qaydalara uyğun keçməsini çox istəyir. Qız atasını toya dəvət etməyi xəyal edir ki, məclisi bütün qaydalara uyğun keçsin. Problem ondadır ki, Sofi atasının kim olduğunu bilmir. O, anasının günlüyündə 3 kişi ilə münasibətinin olduğunu oxuyur və onların 3-ünə də toy dəvətnaməsi göndərməyi qərara alır. Əsl əyləncə, qonaqlar Yunan adası- Kalokairi-yə gəldikdə başlayır.
Altı gün, yeddi gecə
Əsas personajların özlərini, yaşayış olmayan bir adada tapdıqları və oradan çıxmağa çalışdıqları başqa bir robinzonada. Uğurlu bir jurnalın əməkdaşı, sevgilisinin ona evlənmə təklif etdiyi və nişanlandıqlarını elan etdiyi tropik bir adaya gəlir. Gözlənilmədən, iş səbəbindən qız Taiti-yə çağırılır və oraya yalnız kiçik bir təyyarədə uça bilər. Təəssüf ki, təyyarə qəzaya uğrayır və gənc qadın, özündən çox fərqli biri olan pilot ilə birlikdə səhra kimi bir adaya düşür. Çarəsizliklə qaçmağa çalışırlar, amma bilmirlər ki, yaxınları onları axtarmağı çoxdan dayandırıb.
İvan Reytmanın rejissorluğu ilə 1998-ci ilin macəra filmi Havay adalarının dördüncü ən böyük adası olan Kauay’da çəkilib. Harrison Ford və Ann Heç filmin əsas ulduzlarıdır.
— Bir şey baş verdi ki, əgər sevsəydik baş verməzdi…
Sevgi adası (Love Wrecked)
Jenni Teylor adlı gənc bir qız, idolu Ceyson Masters-ə aşiqdir və onu bir gün görməyi xəyal edir. Bunun üçün o, çox şey etməyə hazırdır, hətta özünü dənizə belə ata bilər. Cenni, idolunun Karib dənizində istirahət etdiyini bildikdən sonra, nə yolla olur olsun, ora getməyi planlaşdırır. Bunu etmək üçün, dostu Rayan ilə sahildə bir iş tapırlar. Fəlakət sayəsində onun xəyalı gerçəkləşir – qasırğa onu və Ceysonu dənizə atır və onlar şişmə qayıqda sahilə çıxırlar. Ceyson sahilə çıxanda ayaq biləyinin qırıldığını kəşf edir, buna görə Cenni xilasetmə axtarışını tək etməlidir. Problem ondadır ki, onların çıxdığı sahil istirahət mərkəzinin digər tərəfidir.
Ye, Dua et, Sev (Eat, Pray, Love)
Rayan Murfinin məşhur filmi, Elizabet Gilbertin eyni adlı avtobioqrafik əsərindən götürülmüşdür. Əsas rolları Culia Roberts və Havier Bardem oynayıb. Filmin baş qəhrəmanı, bir gün istədiyindən tamamilə fərqli bir həyat yaşadığını dərk edir. Ağrılı boşanmadan sonra səyahətə çıxır. Əvvəlcə qəhrəman İtaliyada yaşayır, burada həyatdan zövq almağı öyrənir, sonra Bali’də özünü kəşf edir, meditasiya edir və sevgini tapır.
Çılğın bir an (Un an d’égarement)
2015-ci ilin Fransız komediya melodramı, rejissor Klod Berrinin 1977-ci ildə çəkilmiş eyni adlı filminin remeykidir. Vinsent Kassel və Fransuaz Kluz, qızları ilə tətilə getməyə qərar verən iki dost rolunu oynayırlar. Korsikanın günəşli çimərliklərində onlardan biri atasının dostuna aşiq olur və onun diqqətini çəkmək üçün hər yoldan istifadə edir.
— Ən uyğun anı tapmaq lazımdır.
— An — bu andır.
Sarah Marshall-ı unutmaq (Forgetting Sarah Marshall)
Seçimlərimiz arasında, Havayda lentə alınan başqa bir film. Ssenarist Ceyson Sigel baş rollardan birini özü oynayıb. Kristen Bell, Mila Kunis, Russell Brand və Bill Hader onunla birlikdə filmdə rol alıblar.
Filmdə, beş ildir sevgilisi, teleaparıcı Sarah Marshalla dəlicəsinə aşiq olan bəstəkar Peterdən bəhs edilir. Sevgilisi qəfildən Peter-ə onu tərk etdiyini və İngilis rok musiqiçisinə getdiyini söyləyəndə Peterin dünyası dağılır. Hər şeyi atıb, dincəlmək qərarına gəlir və Havay adalarına uçur. Dəhşət isə, Sarah-nın yeni sevgilisi ilə eyni istirahət mərkəzində, hətta yan otaqda olduğunu öyrənəndə başlayır.
İstedadlı cənab Ripley (The Talented Mr. Ripley)
Patrisia Haysmitin eyni adlı romanı əsasında hazırlanan trillerdə hadisələr, günəşli İtaliya sahillərində cərəyan edir. Baş rollarda Cud Lou, Mett Deymon, Qvinet Peltrou və Keyt Blanşet olan film, saxtakar Tom Riplinin macəraları haqqında danışır. O həmişə bilirdi ki, gec-tez həyatda uğur qazanacaq. Amerikanın ən varlı adamlarından biri ilə təsadüfən tanışlıqdan sonra Tom, yeni tanışının oğlunu ölkəyə qayıtmağa inandırmaq üçün İtaliyaya gedir. Tezliklə Tom, Diki Qrinlif, Marj və onların lüks həyatı ilə tanış olur. Vəziyyətlər belə olur ki, Ripley varlı adam Diki-nin yerini tutmağa qərar verir.
Balaca Nikolasın tətili (Les vacances du petit Nicolas)
Loran Tirardın fransız komediyası Rene Gosinni və Jan-Jak Sempe-nin eyni adlı kitabına əsaslanır. Hadisələr Fransada 60-cı illərin ortalarında baş verir. XX əsr, yəni 1974-cü il islahatından əvvəl, oğlanların qızlardan ayrı təhsil aldıqları və cümə axşamının məktəblilər üçün istirahət günü olduğu zaman idi. On yaşlı Nikolas valideynləri və nənəsi ilə dənizə tətilə gedir. Hər kəs ailə bağlarının gücünü sınamalı olacaq. Nikolas yeni dostlar tapmalı və bir çox maraqlı sərgüzəştlərə girməlidir.
— Görünür nənən üçün bir otaq götürməyi unutmuşam.
— Ata, mən də bir şey etmək istəməyəndə, o haqda unuduram!
Mister Bin tətildə (Mr. Bean’s Holiday)
Mister Bin-in pərəstişkarları bu filmi ən yaxşılardan hesab edirlər. Rouen Atkinson, eksantrik bir İngilis rolunda, özünü yeni sərgüzəştlərdə tapır – bu dəfə hadisələr Fransanın cənubunda baş verir. Lotereyada bir videokamera və Kann-a bilet qazanan Mister Bin, səyahətə çıxır. O, sərgüzəştlərini, dilini bilmədiyi bir kamera ilə çəkir. Lakin, Kann Film Festivalında nümayiş etdirmək üçün gülməli, həvəskar bir film hazırlamağı bacarır. Mister Bin-in özünü çimərliyə vurduğu səhnəni mütləq izləyin, orda sabah dənizə gedən sizi tapacaqsınız!
Umico sizə xoş izləmələr və Xəzərin sahilində möhtəşəm tətil arzulayır.