🚀 İstifadəçilərimiz üçün imkanları genişləndiririk, bunun sayəsində Birbank Umico kart sahibləri, m10 və Umico Market istifadəçiləri daha sərfəli alış-veriş edə biləcəklər!
💳 Birbank Umico kart sahibləri üçün yeni üstünlüklər.
İndi istifadəçilər geniş imkanlara çıxış əldə edirlər.
- Birbank-da kateqoriyalar seçimi: İndi bütün Birbank Umico kart sahibləri hər ay artırılmış Umico bonusları ilə 2 kateqoriya seçə bilərlər.
- Bonusları artırmaq üçün tapşırıqlar: İndi Birbank tətbiqində tapşırıqları yerinə yetirib seçilmiş kateqoriyalar üzrə bonusların faizini artırmaq olar. Məsələn:
- Umico Market-də 50 AZN-dən çox alış-veriş etmək;
- Kartda 1000 AZN-dən yuxarı balansın saxlanması;
- Bravo-da 20 AZN-dən yuxarı məbləğdə məhsul alışı
- QR-la ödəniş etmək;
- 19%-dək Umico bonusları qazanma imkanı: məsələn, Umico Market-də alış-verişə görə 19%-dək, Trendyol-da 14%-dək, Birbank tətbiqi vasitəsilə BakıKart ilə nəqliyyat haqqını ödəməyə görə 19%-dək qazanc əldə etmək olar. “Bütün alışlar” üzrə dərəcə 10,5%-ə qədərdir.
📱 Umico bonuslarının m10 tətbiqi ilə inteqrasiyası.
m10 istifadəçiləri indi daha çox üstünlük əldə edirlər:
m10 tətbiqində QR kodu vasitəsilə edilən bütün ödənişlər istifadəçilərə bonus şəklində minimum 2% keşbek qazandırır ki, bu da tətbiqdən istifadəni daha da sərfəli edir. İstifadəçilər həmçinin seçilmiş tərəfdaşlarında əlavə bonuslar qazana bilərlər.
- m10 vasitəsilə mobil rabitə, internet, kommunal və digər xidmətlərin ödənişi 2%-dək bonus qazandırır.
- Umico bonuslarını qazanmaq üçün m10 istifadəçilərinin kart və ya barkod təqdim etməsinə ehtiyac yoxdur – bonuslar avtomatik və dərhal Umico balansına köçürülür.
- m10 istifadəçiləri Umico bonuslarını toplayaraq onları 10.000-dən çox alış-veriş nöqtəsində xərcləyə, tətbiqdə xidmətlərin haqqını ödəyə, həmçinin əsas m10 balansına köçürmə edə bilərlər .
- Kampaniya çərçivəsində müştərilər şəxsi bonuslarını 1 bonus = 1 manat ekvivalentində Umico balansından m10 hesabına köçürə bilərlər.
🛒 Umico Market alıcıları üçün üstünlüklər
- Umico Market-də edilən alışlardan 19%-dək bonus qazanmaq imkanı, və həmin bonusları yeni alışlara xərcləmək imkanı.
- Universal loyallıq proqramı: Birbank və m10 vasitəsilə toplanan bonusları Umico Market-də də xərcləmək olar.
🔗 Bütün müştərilər üçün vahid bonus balansı
İndi Birbank, m10 və Umico müştəriləri tətbiqlərdə və tərəfdaşlarda alış-veriş və ödənişlərdən əldə edilən faydanı artırmağa imkan verən vahid bonus balansına malikdirlər.
📈 Yeni rahatlıq və fayda səviyyələriBu yeniləmələr istifadəçilər üçün daha qüsursuz və inteqrasiya olunmuş təcrübə yaratmaq yolunda mühüm addımdır. Umico Bonus loyallıq proqramı yığılmış bonusları gündəlik xərclər üçün geri qaytarmaqla onlardan maksimum yararlanmağa imkan verir.