Umico News

Umico-nun təkmilləşdirilmiş qəbz skaneri! Bir dəfə skan edin və bir anda bütün bonusları alın!

Biz Umico Bonus-un qəbz skanerini təkmilləşdirdik. İndi Umico tətbiqində qəbzi cəmibir dəfə skan etməklə bir anda bütün bonusları almış olursunuz:

● brendlərdən 15%-ə qədər keşbek,
● Umico tərəfdaşlarından 10%-ə qədər keşbek
● ƏDV Geri al.

3-ü 1-də! Əladır, deyilmi?

Telefonunuzun şarjı bitib, onu evdə unutmusunuz, bəlkə tələsirsiniz və bonus kartından istifadə etmək imkanınız yoxdur? Bu problem deyil, çünki siz qəbzinizi alışdan sonra 72 saat ərzində skan edə bilərsiniz və bütün bonuslar hesaba köçürüləcəkdir. Qəbz skaneriniyenilənmiş Umico tətbiqində əsas səhifədə tapa bilərsiniz.

Hansı bonusları almaq olar?

Umico tərəfdaşlarından 10%-ə qədər keşbek. Umico-nun seçilmiş tərəfdaş mağazalarında alış-verişə görə qazandığınız bonuslar. Tərəfdaş mağazaların sayı isə artıq 800 keçib! Nəzərə alın ki, qəbzin skanı ilə bonusların alınması mümkün olan tərəfdaşların siyahısı tətbiqdəxüsusi qeyd ilə göstərilib.

Brendlərdən 15%-ə qədər keşbek. Bu o deməkdir ki, siz Umico-nun tərəfdaşı olmayan ərzaq mağazalarında alış-veriş etməyinizə baxmayaraq brendlərdən keşbek ala bilərsiniz. Əsas odur ki, qəbzi skan edin.

ƏDV Geri al. Ticarət obyektlərində, restoran və kafelərdə məhsul və xidmətlərə görə ödəniş etdikdə pulunuzun bir hissəsi geri qaytarılır: nağdsız ödənişlərdən 15%, nağd ödənişlərdənisə 10%.

Hər alışdan sonra qəbzi skan edin və bütün bonusları birdən alın!

Bəzi tərəfdaşlarımızda bonusları qəbz skaneri vasitəsilə ala bilərsiniz:

JYSK
Yves Rocher 
Papa Johns
Gunaydin Restaurant
Prime Accessories
Santral

Elə tərəfdaşlar var ki, onlarda bonusları qəbz skaneri vasitəsilə geri qaytarmaq mümkün deyil:

Go Sport
Skechers
Courir
Nike
Nine West
Adore
Sabina 

Tərəfdaşların tam siyahısını və qəbz skaneri vasitəsilə keşbekin qaytarılması şərtlərini tətbiqdə tapa bilərsiniz.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %