Sevdiyimiz insana hədiyyə vermək üçün bir çox səbəb ola bilər, lakin hissləri göstərmək üçün ən əsas fürsət Sevgililər Günüdür. Hədiyyələrinizin həm xoş, həm də sərfəli olması üçün biz tərəfdaşlardan 14 fevrala özəl ən sərfəli və faydalı aksiyaları topladıq!
Dəyərli diqqəti hədiyyə edin
Sevdiklərinizə həqiqətən layiq olduqlarını hədiyyə edin – parlaq daşlara vurğu ilə orijinal zinət əşyaları!
Silver Style mağazalar şəbəkəsi qiymətli daşlı gümüş əşyalara 15%-ə qədər endirim və +3%-ə qədər Umico bonusları təqdim edir. Təklif yalnız 10-15 fevral 2023-cü il tarixləri arasında etibarlıdır.
Sevdiklərinizə vaxt ayırın
Xoşbəxt insanlar vaxtı izləmir, amma bu o demək deyil ki, vaxtı izləməyə dəyməz. Birlikdə keçirdiyiniz vaxt qiymətsizdir. Əvəzinizə vaxtı Prime-dən dəbli və etibarlı saat izləyəcək. Fevral ayı ərzində saat və aksesuarlara xüsusi təkliflərdən yararlanın! 1 fevraldan 28 fevrala kimi tərəfdaşımızın təklif etdiyi çeşidə xoş endirimlərdən və pulsuz çatdırılmadan mütləq yararlanın.
Hədiyyəni zövqlə edin
Xoş ətirli baxım məhsulları sizin və sevdiyiniz insanın dərisinə qulluq edəcək. Əslən Fransadan olan kişilər və qadınlar üçün baxım kosmetikası sevdiklərinizə onların qiymətli olduğunu və sevildiyini bildirəcəkdir.
Loccitane-dan 12-14 fevral tarixləri arasında sizin üçün faydalı təkliflər var! Özünüz və sevdiyiniz insan üçün hədiyyə dəstini almağa tələsin!
Diqqət cəlb edin
Dekorativ və baxım kosmetikası, sevimli brendlərin ətirləri – bütün bunlar özünə inam hissini artırır. Bu cür hədiyyələr aldıqda, insan özünə qarşı qayğı və maraq hiss edir. Siz, həmçinin sevdiyiniz insanın özünü necə hiss etməsinin sizin üçün vacib olduğunu göstərmiş olursunuz.
Adore Sevgililər Günü üçün imtina edə bilməyəcəyiniz bir təklif hazırlayıb. Fevralın 10-dan 15-dək sevdiyiniz insana hədiyyəni 50%-ə qədər endirimlə alın. Gözəllik dünyanı xilas edəcəksə, gəlin Adore ilə onu daha da gözəlləşdirməyə kömək edək.
Bir-birinizə baxıb həzz alın
Özünüzə qayğı təkcə görünüşünüzü deyil, həm də daxili vəziyyətinizi də yaxşılaşdırır. Özünüzü bəyənirsinizsə, o zaman başqaları da mütləq sizi bəyənəcək. Düzgün baxım isə narahatlığı azaldır, özünüzü yaxşı hiss etməyə kömək edir.
Kosmetika və ətir həm özünüz üçün (çünki özümüzü sevməyə bilmərik), həm də yarınız üçün əla hədiyyədir. Sevdiyiniz insana, sözün əsl mənasında dərisinə taxacağı bir şey hədiyyə edirsiniz. Buna görə də ətir və dəriyə qulluq məhsulları çox şəxsi və demək olar ki, intim hədiyyə hesab olunur.Sabina, sevdiyiniz insana lazım olan hər şeyi, ətirli və gözəl hədiyyə verə bilməyiniz üçün fürsət yaratdı. Fevralın 8-dən 15-dək olan 50%-ə qədər endirimlər iki dəfə çox hədiyyə etməyə imkan verir!
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Gözəlliyi və estetikanı paylaşın
Güllər hisslərinizi ifadə etmək üçün mükəmməl bir yoldur. Bu gün güllər həm xanımlar, həm də kişilər üçün hədiyyə üçün aktualdır. Hər bir bitki növü, hədiyyə edənin bəyəndiyi ayrı bir xarakter xüsusiyyətini göstərə bilər. Çiçəklərin özləri isə rəng və ətir ifadəsi sayəsində müxtəlif duyğular oyadır.
Hədiyyəniz təkcə gözəl deyil, həm də əlamətdar olsun. Hisslərinizi uyğun bir kompozisiya ilə ifadə edin və sevdiyiniz insana hədiyyənizin mənası haqda danışın. Heykəlciklər, interyer üçün dizayner əşyaları və ev bəzəkləri uzun müddət sizinlə qalacaq daha çox gözəlliyi çatdırmağa kömək edəcəkdir.
Gallery Gifts and Flowers də sizi sevir və 15 mart tarixinədək sizə 70%-ə qədər endirim təqdim edir! Sevgi vaxtını uzadın!
Şirin həyatdan həzz alın
Sevgililər Günü şirin bir bayramdır. İngiltərədə 14 fevral üçün ən məşhur hədiyyə şirin ürəklərdir. Fransada açıqcalarla yanaşı şokoladlı musslar və hətta ürək formasında kəsilmiş kolbasa da hədiyyə edirlər. Yaponiyada isə Sevgililər Günündə qızın sevgilisinə şokolad hədiyyə etməsi adətdir.
Şirniyyat əhval-ruhiyyəni, beyin fəaliyyətini yaxşılaşdırır və hətta libidoya təsir göstərir. Şirniyyat qadınlarda hormonal fonu normallaşdırır və hər kəsə çox enerji verir.
Hanoglu 10% endirim və Umico-dan 3% bonusla həyatı paxlava və şərq şirniyyatlarının köməyi ilə şirinləşdirməyə təklif edir.
Birlikdə keçirdiyiniz vaxtın dəyərini bilin
Hari Çapmana görə birlikdə vaxt keçirmək sevgi dillərindən biridir. Müəllif hesab edir ki, bu, münasibətlərə ən mühüm beş töhfədən biridir. Birlikdə keçirdiyiniz vaxt ərzində bir-birinizi öyrənirsiniz, birgə təcrübə qazanırsınız, təəssürat və hissləri birlikdə yaşayırsınız, sevdiyiniz insanın reaksiyalarını müşahidə edirsiniz.
Digər sevgi dili hədiyyələrdir. Onlar yaşanan hisslərin metaforasına çevrilirlər. Bahalı hədiyyələr hisslərin gücündən, orijinal, fərdi və zərif olanlar isə həssaslıqdan və diqqətdən danışır.
Saat store sevdiklərinizə məhz bu cür hədiyyələri verməyi təklif edir. Fevralın 4-dən 14-dək mağazada xüsusi təklif var: saatlara 50%-ə qədər endirim və qolbaq hədiyyə.