Shopping Guide

Uşaq üçün velosipedi necə seçməli?

Velosiped, uşağınız üçün birmənalı olaraq gözəl və faydalı bir hədiyyədir. Düzgün seçim və tənzimləmə ilə körpənin, məktəblinin və ya yeniyetmənin adekvat fiziki aktivlik almasına və sağlam qalmasına imkan verəcəkdir.

İstənilən yaşda bir uşaq üçün velosipedi necə seçməli – təlimatımızı oxuyun.

Uşaq velosipedlərinin növləri

Uşaq velosipedləri üçtəkərli, dördtəkərli və ikitəkərli olur.

Üçtəkərli velosipedlər ən balacalar üçün nəzərdə tutulub. Adətən, uşağın həyatında ilk velosiped 2 yaşdan sonra olur – üçtəkərli.


Üçtəkərli velosipeddə uşaqlar pedalları fırlatmağı, dönmə, sürətlənmə və əyləc bacarıqlarını mükəmməlləşdirirlər. Bu velosipedlər diqqəti, koordinasiyanı və motor bacarıqlarını mükəmməl şəkildə inkişaf etdirirlər. Eyni zamanda, üçtəkərli velosiped dayanıqlıdır, ondan yıxılmaq və xəsarət almaq çətindir.

Umico Market-də ən balacalar üçün müxtəlif variantlar təqdim olunub:

Uşaqlar böyüyür və yüksək sürət istəməyə başlayırlar. Həm də özlərini böyüklərə bənzətmək istəyirlər, çünki ana və atanın tamamilə fərqli velosipedləri var.

Buna görə də, təxminən 4 yaşında uşaqlar dördtəkərli velosipedlərə keçirlər – onların iki adi və arxada çərçivəyə quraşdırılmış iki balaca təkərləri var. Bu əlavə təkərlər velosipedə yeni başlayan sürücü üçün lazımi miqdarda sabitlik verir.

Uşaq sürmə bacarıqlarını inkişaf etdirdikcə, kiçik təkərlər bir az yuxarıya qaldırılır ki, yalnız dönərkən dayaq olsun. Sonra isə tamamilə çıxardılır.

Uşaqlar artıq məktəb yaşında inamla ikitəkərli modellərə keçirlər. Yeniyetmələr isə böyüklər üçün velosipedlərdən istifadə edirlər.

Uşaq velosipedini necə seçməli?

Düzgün velosiped seçmək üçün ilk növbədə üç parametrə diqqət yetirmək lazımdır: uşağın yaşı, boyu və velosiped təkərlərinin diametri.

  • 2 yaşlı uşaq üçün velosipedi necə seçməli → Boy 75-95 sm → Velosiped təkərlərinin diametri 12 düymədək.
  • 3-4 yaşlı uşaq üçün velosipedi necə seçməli → Boy 95-101 sm → Velosiped təkərlərinin diametri 12 düym.
  • 4-6 yaşlı uşaq üçün velosipedi necə seçməli → Boy 101-115 sm → Velosiped təkərlərinin diametri 16 düym.
  • 6-9 yaşlı uşaq üçün velosipedi necə seçməli → Boy 115-128 sm → Velosiped təkərlərinin diametri 20 düym.
  • 9-13 yaşlı uşaq üçün velosipedi necə seçməli → Boy 126-150 sm → Velosiped təkərlərinin diametri 24 düym.

Daha təsviri cədvəli sizə təqdim edirik, “screenshot” edin və saxlayın.

Digər vacib ölçü xüsusiyyəti, uşağın çəkisindən asılı olan çərçivənin ölçüsüdür.

Əsas xüsusiyyətləri müzakirə etdik. Davam edək!

Texniki xırdalıqlar

Velosiped çərçivəsi aşağıdakı materiallardan hazırlanır:

  • Polad ən möhkəm seçimdir, həm də ucuzdur, lakin ən ağırdır.
  • Alüminium yüngüllük və qiymət baxımından yaxşı seçimdir, lakin daha az davamlıdır.
  • Kompozit ərintilər ən güclü və yüngül variantlardır, lakin çox vaxt ən bahalıdır.
  • Plastik – bu material uzun illər istifadə ediləcəyi gözlənilməyən ən kiçik velosipedlər üçün istifadə olunur.
Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Təkərlər də müxtəlif materiallardan hazırlana bilər:

  • Plastik. Bu, ən balacalar üçün seçimdir. Bu velosipedlər çox səs-küylü və sürətsizdir.
  • Köpük kauçuk. Bu təkərlərin içərisində şişmə kamerası yoxdur. Buna görə də, onları deşəcək bir şey olarsa, zədələnməyəcəklər. Lakin belə təkərlərin amortizasiyası olduqca zəifdir, buna görə də uşaq asfaltın qeyri-bərabərliyini və sürərkən titrəməni hiss edəcək.
  • Rezin şişmə. Bu, böyüklər üçün velosipedlər üçün standart seçimdir və uşaqlar üçün yaxşı seçimdir. Mənfi cəhəti – uşaqlar velosipedi ehtiyatsız sürürlər, buna görə kamera partlaya bilər və onu dəyişdirməli olacaqsınız.

Əyləc, bəlkə də uşaq velosipedlərinin ən vacib elementidir, gedişin təhlükəsizliyinə birbaşa cavabdehdir.

  • Ayaq əyləci qolları hələ kifayət qədər güclü olmayan kiçik uşaqlar üçün daha uyğundur.
  • Məktəblilər və yeniyetmələr əl əyləci ilə velosiped ala bilərlər.
  • Uşağınız üçün hansı variantın uyğun olduğuna əmin deyilsinizsə, həm ayaq, həm də əl əyləci olan velosiped alın.

Sükan və oturacağın hündürlüyü tənzimlənməlidir. Sükanın tutacaq hissəsində rezin ucların olması arzu edilir. Onlar əlin sürüşməsinə imkan vermir və yıxılan zaman ovucu qoruyur.

Uşaq velosipedinin tutacaqları belə olmalıdır:

İndi demək olar ki, bütün pedallar xüsusi sürüşməyən örtük və ya oyma ilə plastikdən hazırlanır. Əgər metal pedallarla rastlaşsanız, onlar yaxşı silinməz sürüşməyə qarşı örtüyə malik olmalıdırlar.

Ayağa bərkidilməsini təmin edən pedalları seçmək məsləhət edilmir. Yıxılan zaman, uşağa daha ciddi xəsarət yetirə bilər.

Velosiped sürmə təhlükəsizliyi

Uşaq velosipedi nə qədər gözəl və müasir olsa da, onu sürərkən əsas şey təhlükəsizlikdir.

Böyük ölçülü velosiped almayın. İstənilən velosipedi bir ildən çox istifadə etmək olar. Buna görə də 6 yaşlı uşağa yeniyetmə velosipedi almaq məsləhət deyil.

Velosipedin düzgün seçildiyini yoxlamaq olduqca asandır. Uşağı yəhərə otuzdurun, aşağı vəziyyətdə pedalda olan ayaq demək olar ki, düz olmalıdır. Eyni zamanda, yuxarı pedalda olan ayaq dizlə sükana çatmamalıdır. Bu zaman sükanın tənzimlənməsi elə olmalıdır ki, uşaq əyilməməsin. Onun bədən mövqeyi düzgündürsə, sürməyə başlamaq olar.

Velosipedin özündə heç bir iti hissə olmamalıdır, bütün potensial təhlükəli hissələr plastik və ya rezinlə örtülməlidir. Məsələn, zəncir xüsusi bir qapaqla bağlanmalıdır.

Yuxarıda qeyd etdiyimiz kimi, tutacaqlar yanlarında tıxacları olan xüsusi rezin və ya silikon yastıqlarla olmalıdır. Pedallar – sürüşməyən örtüklə.

Reflektorlar almağınızdan əmin olun. Uşağınız velosipedi sizin nəzarətiniz altında sürsə və yolun hərəkət hissəsinə girməsə belə, axşam saatlarında o, hətta piyadalara da görünməlidir.

Əlavə sursat ehtiyatını toplayın. Ən azı velosiped sürən hər kəs dəbilqə taxmalıdır. Dirsək və diz yastıqları da artıq olmayacaq. Belə bir “xırdalıq” yıxılan zaman böyük problemlərdən qaçmağa kömək edəcəkdir. Onları xüsusilə Umico-da almaq çox asandır.

Yol hərəkət qaydalarına əməl edin. Bütün gənc velosipedçilərə bu həyati vacib qaydaları öyrətmək lazımdır. Ən balacalar üçün xüsusi cizgi filmləri və kitablar var. Məktəblilərlə oyun şəklində yaradılmış kursları keçə bilərsiniz.

Umico sizə xoş alış-veriş və şən ailə gəzintiləri arzulayır!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %