Shopping Guide

Uşaqlar Gününə az qaldığını unutmamısınız ki? Umico Market əla hədiyyə fikirlərini topladı

Unutmusunuzsa, 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününün olmsını xatırladırıq. Bu ən qədim beynəlxalq bayramlardan biridir və 1950-ci ildən bəri dünyada qeyd olunur. Bu gün uşaq hüquqlarına riayət edilməsini xatırlatmaq, eyni zamanda oğlan və qızlar üçün bayram təşkil etmək artıq bir adətdir. Bu cüe etdiyinizə əminik, amma gəlin yayın ilk günü uşaqlarımızı (hətta 18 yaşlı gəncləri də) qucaqlayaq, onları necə sevdiyimizi söyləyək və gözlənilməz bir hədiyyə ilə onları sevindirək. 

Aktiv istirahət üçün hədiyyələr 

C:\Users\Кристина\Downloads\children-playing-grass.jpg

Yayda ən yaxşı istirahət aktiv istirahətdir. Uşağı yeni skuter, velosiped, skeyt və ya konki sevindirəcək. Belə bir sürpriz xüsusilə yayda aktualdır. Bütün ailənizlə velosiped gəzintisinə çıxsanız, inanın, uşaq xoşbəxt olacaq və bu anları uzun müddət xatırlayacaq. 

Müəllimlər, pediatrlar və uşaq psixoloqları velosipedin oyuncaqlarla bərabər uşaqlığın ən vacib atributunun olduğunu söyləyirlər. Bu, zehni və fiziki sağlamlıq üçün vacibdir. Bir uşaq velosiped sürdükdə, beyni hər saniyədə çox sayda parametrləri qiymətləndirməyə məcbur olur: öz sürəti, başqalarının sürəti, özünün və başqalarının trayektoriyası, relyef xüsusiyyətləri nəzərə alınmaqla cisimlərə olan məsafə, və eyni zamanda iki əl və ayaq ilə idarə olunan velosipedin vəziyyəti. Velosiped sürmə, uşağın məkan təsəvvürünü və koordinasiyasını hazırlayan mürəkkəb problemlərin davamlı həllidir. Bu bacarıqlar ömür boyu uşaqda qalır. 2-4 yaşlarında uşağın ilk velosipedini almaq olar, 5 yaşında isə onu pedallı, zəncirli və əyləcli bir velosipedə keçirmək mümkündür.

Uşaqlarda kas-iskelet, əzələ və vestibulyar aparatlar tam inkişaf etmiş olduqda 4-5 yaşından başlayaraq konki sürməyə başlamaq olar. Balans yarada, sürəti idarə edə, qruplaşa və qəsdən manevr edə bilərlər. Uşağa ilk konkisini alırsınızsa, seçilmiş model mümkün qədər rahat olmalıdır, anatomik olaraq körpənin ayağına uyğun olmalıdır, dabanı düzgün fiksasiya etməlidir, və zədələnmədən qorunmalıdır. Övladınıza sürpriz etmək istəsəniz belə, mağazaya onunla birlikdə getməyiniz məsləhətdir. Ayaq formasının parametrlərinin hər uşaq üçün fərdi olduğundan, eyni sinifdən üç və ya dörd model arasından seçim etməlisiniz. Hər model uşağın ayağında ən az 3-5 dəqiqə qalmalıdır. Konkini nazik, sıx bir corabla qeyinmək üçün lazımdır.

Skuter, düzgün bir şəkildə sürüldüyü halda uşaq üçün yaxşı seçimdir. Uşağa duruşunu dəyişdirməyi öyrətmək vacibdir: bir müddət sağ ayağı ilə itələyir, bundan sonra təxminən eyni vaxtda solu ilə itələyir. Bu, uşağın həmişə yalnız bir ayağı ilə (qaçış) dəf edildiyi, digəri isə hər zaman platformada dayandığı üçün inkişaf edə bilən çanaq əyilməsinin qarşısını almağa kömək edəcəkdir. Düzgün sürüldükdə, skuter hərəkətlərin koordinasiyasını, tarazlığı saxlama qabiliyyətini inkişaf etdirir və yıxılma və sürət qorxusunu aradan qaldırmağa kömək edir. 

Skeytbordun da böyük faydaları var: bədən balansını, tarazlığı və hərəkətlərin koordinasiyasını inkişaf etdirir. Xizək sürmə prosesində stabilləşdirici əzələlər aktiv şəkildə güclənir – bu, bir hərəkət həyata keçirmə anında (məsələn, yıxılma) bunun üçün lazımi duruşu saxlayan bütün əzələlər qrupudur. Bədən güclü, çevik və elastik olur və bu, bir uşağın bədəninin formalaşması mərhələsində son dərəcə vacibdir. Təxminən 8 yaşından etibarən uşaqlar skeytbord sürə bilərlər. 

Skeytbordda inamla dayanan bir gəncə veynbord təqdim etmək olar. Klassik konki, sörf və snoubord xüsusiyyətlərini özündə birləşdirən skeytbord dünyasında bir yenilikdir. Veynbord manevr qabiliyyəti ilə seçilir. Veynbord sürərkən hərəkətlərin axıcılığı və yumşaqlığı fəndlər yerinə yetirmək üçün yeni imkanlar yaradır. 

Yaradıcılıq üçün hədiyyələr

Yaradıcı məşğuliyyət faydalı, təhlükəsiz və bəzən səssizdir. Uşağın uzun müddət ərzində başını qatırlar və onun intellektual, emosional və fiziki inkişafına böyük töhfə verirlər. Yaradıcılıq tamamilə hər bir uşağa xasdır və misilsiz qabiliyyətlərini üzə çıxarmaq üçün özünü müxtəlif janrlarda və texnikalarda sınamaq imkanı vermək vacibdir. 

Kiçik yaşdan yaradıcılığa başlamaq olar. İlk təcrübələr üçün barmaq boyaları, plastilin uyğun gəlir. Və 3 yaşından etibarən məşğuliyyəti yeni materiallar ilə, məsələn, kinetik plastilinlə şaxələndirə bilərsiniz. 5 yaşından etibarən rəsm dərslərini çətinləşdirə bilərsiniz. Bir seçim olaraq – uşağa məzəli bir hekayə xətti ilə nömrələrə görə sadə bir rəngləmə təklif edin. Uşaq boyalı kompozisiyaya rəng paylamağı, bədii baxışlarını formalaşdırmağı, dəqiqliyi və əzmkarlığı inkişaf etdirməyi öyrənəcəkdir. Və ya onu dəzgahda özünü əsl sənətkar kimi hiss etməyə dəvət edin!

Ümumiyyətlə, 5-6 yaşdan sonra konstruktor oyuncaqlar arasında uşaqlar üçün xüsusi bir yer tutmağa başlayır. Bəlkə də bu, faydalılığı hər kəsə açıq olan bu fəaliyyətlərdən biridir: uşaq məntiqi düşünməyə, planlamağa və təcrübə aparmağa, təlimatlara uyğun bir model yığmağa başlayır. Konstruktor ona müstəqilliyi və bir problemə fərqli həll yolu tapmaq bacarığını öyrədir.

Əlbəttə, təcrübələr! Hər yaşdan olan bütün uşaqlar tərəfindən sevilirlər. Uşaq şərh etməyi, nəyin çıxmalı olduğunu görməyi öyrənir, “sonradan” görməyi öyrənir. Bu başqa bir vacib bacarıqdır. Təcrübə dəstlərinin seçimi böyükdür!

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Qızlar üçün hədiyyələr

Körpəniz 3-5 yaş arasındadırsa, yaxşı bilirsiniz ki, bu yaşda qızlar analarını və böyüklərin bütün hərəkətlərini təqlid etməyə başlayırlar. Uyrudma dükana ilk gəzintilərindən həqiqi mənada zövq alırlar, kuklaları üçün çay süfrəsi qurmaq, hətta pullarını hesablayırlar. Bütün bunlar onları həqiqi yetkin həyat üçün hazırlayır, oyun dəstləri isə onlara kömək edir. 

Zinət əşyaları, kosmetika, əl çantaları – heç bir gənc xanıma lazım olan şeylərdir. Bu səbəbdən bəzən ananın dodaq boyasından və ya digər kosmetikasından istifadə edirlər, ana üçün lazımsız hala gələn pul qabları və klatçları daşıyırlar, ayaqqabılarını sınayırlar. Özünə məxsus kosmetika və ya zərgərlik dəsti, şübhəsiz ki, kiçik gözəlçəni xoşbəxt edəcəkdir.  

Hər hansı bir qız üçün klassik hədiyyə bir kukladır. Onların seçimi indi çox böyükdür: ənənəvi Barbie və Bratz, populyar televiziya şoularından və cizgi filmlərindən yaradılan kuklalar, ən məşhur şahzadələrin qızları. Oyuncaqların öz üz cizgiləri, üslubu, xarakteri və hətta öz tarixi var.

Oğlanlar üçün

C:\Users\Кристина\Downloads\little-boy-playing-superhero-playground.jpg

Hər yaşda olan oğlanlar özləri ata olsalar belə bu hədiyyələrdən məmnun olacaqlar! Pult ilə idarə olunan avtomobillərlə yarışlar, blasterlərlə və ya su tapançaları ilə döyüşlər təşkil edin – yay aylarında əsl əyləncə budur!

Uşaqlar dünyanı oynayaraq öyrənirlər. Çox erkən yaşlarında ətrafdakı gerçəkliyi bir oyun, oyuncaqları isə həyatın həqiqi iştirakçıları kimi qəbul edirlər. Buna görə plastik traktorun mühərriki işə salınır, hündür kran sevimli dovşan üçün əsl bir ev tikir, oyuncaq fermada isə həqiqi iş sürətlə davam edir. Uşaqlarınıza müxtəlif oyuncaqları hədiyyə edin ki, onlar onlarən vasitəsilə dünyanı öyrənsinlər.

Övladınızı dinləyin və hobbiləri ilə maraqlanın. Əgər oğlanınız beş yaşdan böyükdürsə, o, istədiyini rahat izah edə biləcək. Kosmosa maraq göstərənlərə ulduzlu səmanın qlobusunu, raket formasında lampa və ya teleskop hədiyyə edə bilərsiniz. Gənc mühəndis həmişə konstruktordan məmnun olacaq.  

Stolüstü oyun yaxşı bir hədiyyə ola bilər. Uşaqlar stolüstü oyunları oynayanda problem həll etmə kimi əsas idrak bacarıqlarını inkişaf etdirirlər. Ümumiyyətlə, stolüstü oyunların bir çox faydası var: onlar yaddaşı gücləndirirlər (oyun zamanı bir çox yeni məlumat yadda saxlamalısan), hərəkətlərini planlaşdırmağı, danışıqlar aparmağı öyrədirlər. Eyni dərəcədə vacib olan səhv etmək və məğlub olmaqdır. Uşaqlar da göz yaşlarına üzməməyi və ilk məğlubiyyətdən sonra oyundan vaz keçməməyi öyrənməlidirlər. Stolüstü oyunlar yalnız özünüzün deyil, həm də başqalarının uğurlarından zövq almağın nə qədər vacib olduğunu anlamağa kömək edir və bir dəfə şanslı olmadıqda, növbəti dəfə mütləq daha şanslı olacağını öyrədirlər.

Uşaqlara sevgi və sevinc bəxş edin, Umico Market isə bu işdə sizə kömək edəcəkdir!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %