Əgər hələ də gözəl xanımlarınıza hədiyyə almamısınızsa, toplumuz sizin üçündür. Bu bahar bayramına nə hədiyyə etmək olar – Umico Market-dən 10 variant təklif edirik.
Zinət əşyaları
Əgər qadınların 8 Marta hədiyyə olaraq nə istədikləri ilə bağlı sorğu keçirsək, şübhəsiz ki, cavablar arasında zinət əşyaları öndə olacaq. Sevdiyiniz xanım və ya ananız üçün belə bir hədiyyəni Umico Market-də tapmaq olar. Bloqumuzda seçim üçün məsləhətlər olan məqalələri də oxuya bilərsiniz. Məsələn, üzük ölçüsünü necə seçməli.
Əlbəttə ki, 8 Mart üçün ən gözəl hədiyyələri Umico kataloqunda tapa bilərsiniz!
Smartfon
Yeni smartfon həmişə ən populyar və arzuolunan hədiyyələrdəndir. Bu, sadəcə qiymətli deyil, həm də simvolik bir hədiyyədir. Çünki smartfon istədiyin an sevdiyin insanla əlaqə saxlamağa, xoş anların foto və videolarını paylaşmağa imkan verir.
Hazırda Umico Market-də bir çox smartfon böyük endirimlərlə təklif olunur.
Fen, stayler və ya saç düzləndiricisi
Sürətli, gözəl və asan saç düzümü hər xanımın arzusudur. Buna görə saç üçün cihazlar hər gün yeni görünüşlər yaratmağa imkan verəcək gözəl hədiyyə olacaq.
Ətir dəstləri
Bir çox kişi ətri düzgün seçə bilməyəcəklərindən qorxurlar və bu səbəbdən ətir hədiyyə etməkdən çəkinirlər. İdeal hədiyyə bir ətir dəsti ola bilər. Belə bir hədiyyənin sahibi özü üçün uyğun bir seçim tapa biləcək.
Robot tozsoran
İstənilən yaşda olan xanımlar üçün hədiyyə ideyalarına bu qadcet daxildir. Robot tozsoran qadının evdə işini asanlaşdıran əla köməkçidir. O, döşəmənin həm tozunu yığır, həm də yuyur. Bu, həqiqətən qiymətləndirdiyiniz xanımlar üçün bir hədiyyədir.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Özünə qulluq üçün gözəllik hədiyyələri
Relaksedici bədən baxımı dəsti istənilən bir xanım üçün gözəl hədiyyə olacaqdır. Bu dəstdə bir neçə element var ki, onların köməyi ilə evdə SPA prosedurları təşkil etmək olar.
Qazan-tava dəstləri
İstənilən qadın yeni qazan və tavalarda yemək bişirməyi daha xoş hesab edir. Əsasən də, onlar ona sevgi ilə hədiyyə edilibsə. Kulinariya ilhamı üçün hədiyyələri Umico Market-də tapa bilərsiniz!
Kosmetika
Bu, kişilərin nadir hallarda hədiyyə etdiyi digər hədiyyə variantıdır. Nahaq yerə! Umico Market-də dekorativ kosmetikanın universal variantlarını, həmçinin onları tətbiq etmək üçün fırçalar və süngərləri seçə bilərsiniz.
Simsiz qulaqlıq
Bu, həm sevgiliniz, həm iş yoldaşınız, həm də ananızın mütləq bəyənəcəyi bir hədiyyə seçimidir. Qadcetdən həm istirahət, o cümlədən aktiv istirahət, həm də iş üçün istifadə etmək olar.
Mətbəx texnikası
Qadınlar yemək bişirməyi asanlaşdıran hər şeyi sevirlər. Blender, vafli bişirən, toster… Umico-da rahatlığa önəm verən xanımlar üçün çoxlu hədiyyələr tapa bilərsiniz.
Ümid edirik ki, topladığımız hədiyyə ideyaları həqiqətən də bayram öncəsi işlərinizi asanlaşdıracaq.