Umico News

Yaz alış-verişinizi keşbeklə daha sərfəli edin!


Birbankın təşkil etdiyi “Yaz kampaniyası” çərçivəsində, Birbank Visa taksit kartı sahibləri üçün xüsusi keşbek fürsəti təqdim olunur. Sadəcə 15–29 aprel tarixləri arasında Umico.az-da onlayn alış-veriş edin və əlavə 5% keşbek qazanın!

Kampaniya nədən ibarətdir?
Əgər Birbank Visa taksit kartınız varsa, 50 AZN və daha artıq dəyərində edəcəyiniz hər bir onlayn alış-veriş üçün sizə əlavə 5% keşbek təqdim olunacaq. Bu keşbek Umico-nun mövcud keşbek sistemindən əlavə olaraq hesabınıza yüklənəcək. Yəni ikiqat qazanc sizi gözləyir!
Bu o deməkdir ki, siz həm endirimli məhsullardan faydalanır, həm də alış-veriş etdikcə qazancınızı artırırsınız.


Necə keşbek qazanmaq olar?
Umico.az saytına və ya “Umico” mobil tətbiqinə daxil olun, 500.000-dən çox məhsul arasından seçiminizi edin və istənilən Birbank Visa taksit kartı ilə minimum 50 AZN-lik onlayn ödəniş edin. Vəssalam – keşbek avtomatik hesabınıza yüklənəcək!

Kampaniyadan istifadə etməzdən əvvəl aşağıdakı şərtlərlə tanış olun:

– Kampaniya yalnız Birbank Visa taksit kartları ilə edilən ödənişlər üçün keçərlidir (sahibkarlara məxsus taksit kartları istisna olunur);
– Alış-veriş məbləği minimum 50 AZN olmalıdır;
– Qazanılan əlavə keşbek məbləği maksimum 30 AZN ilə məhdudlaşdırılıb;
– Keşbek məbləği kampaniya bitdikdən sonra avtomatik olaraq müştərinin balansına yüklənəcək;
Əgər ödəniş ləğv olunarsa və ya məhsul geri qaytarılarsa, uyğun olaraq qazandığınız keşbek məbləği balansınızdan çıxılacaq.

Qeyd: Birbank mobil tətbiqi vasitəsilə edilən ödənişlər bu kampaniyaya daxil deyil.

Umico.az –dan istədiyin məhsulu al, Keşbek Qazan!
Umico.az olaraq biz, alış-verişi təkcə rahat deyil, eyni zamanda sərfəli və gəlirli etmək üçün çalışırıq. Bu kampaniya ilə siz:

Ən son texnoloji məhsulları,
Keyfiyyətli məişət texnikasını,
Qida və qeyri-qida məhsulları,
Gözəllik və şəxsi qulluq məhsullarını,
Uşaq və oyuncaq çeşidlərini
sərfəli qiymətə əldə edə və əlavə qazancınızdan zövq ala bilərsiniz.

İstər ehtiyaclarınızı qarşılamaq, istər sevdikləriniz üçün hədiyyə almaq, istərsə də evinizə yaz təravəti gətirmək üçün – Umico.az-da doğru məhsulu tapmaq çox asandır.

İndi alış-veriş etməyin tam zamanıdır! Birbank Visa taksit kartınız varsa, bu fürsəti qaçırmayın.

👉 Alış-verişə başla – www.umico.az

Hələ Birbank Visa taksit kartın yoxdur?
Elə indi sifariş edin və kampaniyaya qoşulun!
https://cards.kapitalbank.az/az/BBUM/um/

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %