Umico Relax

Yeni ili necə qeyd etmək olar: yaxşı əhval-ruhiyyə üçün 10 fikir

Yeni il ərəfəsində möcüzəyə güvənməməyi, hər kəsin öz əhvalını yaratdığını xatırlamağı təklif edirik. Bayramı kiminlə qeyd etməyiniz vacib deyil: ailənizlə, dostlarınızla, sevdiyiniz insanla və ya hətta təklikdə. Bayramı unudulmaz etmək üçün 10 əyləncə ideyasını topladıq. “Yeni ili necə qarşılayırsansa, ili də elə keçirəcəksən” fikrinə inanırsınız? Hazır olmağa hələ bir neçə gün var.

1. Zoom-da görüşürük

Bu “partinin” formatı ilə heç kəsi təəccübləndirməyəcəksiniz, lakin tendensiyalara məhəl qoymamısınızsa və heç vaxt dostlarınız və ya qohumlarınızla birgə onlayn toplantılar təşkil etməmisinizsə, bu düzəltmək vaxtıdır. Əlinizdə olan hər hansı bir qadcet ilə çox sayda insanla bir yığıncaq təşkil edə bilərsiniz. Gecə 12-dən əvvəl dostlarınız və ailənizlə əlaqə saxlayın. Bu, demək olar ki, adi öyrəşdiyimiz yığıncaq olacaq – zarafatlar, tostlar, aktual məsələlərin müzakirəsi, sadəcə olaraq belə bir yığıncaqdan sonra təmizlik işləri daha az olacaq. Mövcudluq hissini pozmamaq üçün düzgün quraşdırılmış kamera və yüksək keyfiyyətli dinamikləri olan bir qadcet götürün (təksinizsə, simsiz qulaqlıqlar yarayar). Və ya əvvəlcədən keyfiyyətli bir veb-kamera ala bilərsiniz.

2. Fotosessiya təşkil edin

Çox güman ki, Yeni il ərəfəsində hər kəsin foto zonası olacaq – bu sizin Yeni il ağacınız olacaq. Bayram paltarı geyinəcəksiniz, bu gün əhval-ruhiyyə də xüsusidir – bu, artıq fotosessiya üçün əla səbəbdir. Bütün ailə ilə bir-bir, cüt-cüt şəkil çəkdirin, Yeni il aksesuarlarını əvvəlcədən hazırlayın. Ən vacib məsələ işıqdır. Studiya avadanlıqlarını ştativli LED halqa lampası ilə əvəz edin. Nəticələri burada və indi görmək üçün ani çap funksiyası olan kamera və ya portativ foto printer hazırlayın.

3. Xatirələr axşamını təşkil edin

Dekabrın 31-də biz həmişə keçən ili – onun sevincli və çətin anlarını xatırlayırıq. İki həftəlik qaçaqaçdan sonra hamı bir ara verib il ərzində yaşananları düşünmək istəyir. Xatirələrinizi vizuallaşdırın. Yeni il ərəfəsində sizinlə olacaq hər kəsdən 2021-ci ilin ən parlaq fotolarını seçməyi xahiş edin. Qoy il ərzində hər birinizin başına gələn hər şey olsun – emosional selfilər, yeni mənzərələr, dostlarla görüş, alış-veriş və s. Bu fotoşəkillərin slayd şousunu hazırlamaq, ona musiqi əlavə etmək və Yeni il ərəfəsində göstərmək üçün video redaktordan istifadə edin. “Vay” effekti üçün nümayişi proyektor vasitəsilə böyük ekranda təşkil etmək olar. Televizorda da göstərmək olar, sadəcə olaraq, texniki məsələni əvvəlcədən hazırlayın.

4. Bir-birinizi daha yaxşı tanıyın

Suallar olar kartlar alın və ya özünüz hazırlayın. İndi bir-birinizi daha yaxşı tanımağınıza kömək edəcək müxtəlif mövzularda bir çox dəst tapa bilərsiniz. Oyunun məqsədi ondan ibarətdir ki, hər bir iştirakçı sualı olan bir kart çəkir və ona tam səmimi cavab verir. Qohumlar dairəsində ailə dəyərlərindən danışın, bu söhbətdə hər bir iştirakçısının şəxsi hissləri haqda daha çox məlumat əldə edin, oxşarlıqlarınıza gülümsəyin və fərqliliklərə təəccüblənin.

Suallar çox sadə ola bilər:

  • Yaddaşınızda ən parlaq və xoş ailə xatirəsi hansıdır? Ailənizin kollektiv portretini təsəvvür edin: o hansı istedadlardan, xarakter xüsusiyyətlərindən və unikal insan xüsusiyyətlərindən ibarətdir?
  • İfadənin davamını gətirin: “Biz birlikdə olanda …”
  • Hansı yeni təcrübəni birlikdə yaşamaq istərdiniz?

Hazırlamaq üçün lazım olan tək şey kağız vərəqləri və qələmdir.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

5. PlayStation-da yarışlar

Bir oyun konsolu demək olar ki, hər hansı bir kollektivi bir araya gətirə bilər, əsas odur ki, düzgün oyunları seçin. Sony Playstation üçün ən məşhurları Battlefield, DOOM Eternal, God of War, Uncharted oyunlarıdır. Bir çox oyunçu Nathan Drake-in macəralarına qoşulmağı xəyal edir. Əgər Xbox varsa, onun hitlərini seçin – Need for Speed, FIFA 20, The Witcher. Səhərə qədər həyəcan sizə zəmanətlidir!

6. Bütün gecə boyu stolüstü oyunlar

Şən stolüstü oyunlar ilə evdə keçirilən Yeni il gecəsi gözədəyməz uçacaq. Umico Market-də hər zövqə və yaşa uyğun əyləncələrin böyük seçimi var. Klassik olanlar mafiya, timsah, Jenga-dır. Və ya yeni bir şey, məsələn, “Mən haradayam?” “Burda nə baş verir?” – bu sual bütün oyun boyu beyninizdə fırlanacaq. Təsəvvür edin: siz bir yerdəsiniz, amma harada olduğunu bildiyinizi iddia etmək istəmirsiniz. Amma bunu başqaları biləcək, çünki cavab alnınızda yazılıb!

7. Ürəkdən oxuyun

Ürəyinizdən oxumaq keçirsə, bunu qizlətməyin. Yeri gəlmişkən, karaokeyə getmək lazım deyil – bütün bunları portativ dinamik və mikrofondan istifadə edərək evdə təşkil etmək olar. İnternetdə sevimli mahnı və sözlərin musiqisini tapmaq asandır. Baş verən hər şeyə atmosfer toxunuşu əlavə etmək üçün diskoteka topu və ya proyektor lampası alın.

8. Popkorn ilə sevimli film

Əgər Yeni ilə qədər sevdiyiniz filmlərə baxmağa vaxtınız yox idisə və ya bütün il ərzində izləmək istədiklərinizin siyahısını toplasanız da, sonraya saxlamısınızsa, onlara Yeni il gecəsi baxın! Yeni ildə də bunun üçün vaxt olmamağın ehtimalı var. Heç bir şey etmədən, yalnız filmdən həzz almaq üçün popkorn və ya daha yaxşısı, popkorn maşını alın. Bu, təkcə bu gün deyil, adi gündə də sizə lazım olacaq!

9. Zaman kapsulunu basdırın

Keçən ildə nələrə nail olduğunuz və gələcək üçün hansı planlar qurduğunuz barədə kiçik bir məktub yazın. Bunu bir neçə kiçik əşya ilə birlikdə qutuya qoyub uzaq bir yerdə gizlədin və növbəti Yeni ilə qədər açmayın. Sonradan gözləntilərinizlə reallığı müqayisə etmək maraqlı olacaq. Sizinlə Yeni ili qeyd edəcək hər kəsi bunu etməyə dəvət edin. Məktublarınız üçün gözəl bir qutu və ya sandıqça hazırlayın.

10. Gələn ilin falına baxın

Bir çox yol var: kartlarla, qəhvə çöküntülərilə, mumda. Taleyin əlamətlərini həm ciddi, həm də qeyri-ciddi qəbul edə bilərsiniz. Əsas odur ki, onları müsbət mənada şərh etmək və ən yaxşısına ümid etməkdir. Çin fal peçenyelərini özünüz də bişirə bilərsiniz. İnternetdə resept tapmaq asandır, əsas odur ki, ruhlandırıcı proqnozlar irəli sürün və peçenyenin içərisinə onlarla bir kağız parçasını diqqətlə gizlədin. Hazırlamaq üçün ən sadə maddələr lazım olacaq.

Yeni ili şən, maraqlı və Umico Market ilə birlikdə qeyd edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %