Hər il istehsalçılar yenilənmiş, təkmilləşdirilmiş və daha güclü smartfonlar buraxırlar. Biz müxtəlif brendlər, texnologiyalar və funksiyalar arasından 2023-cü ildə Azərbaycan üçün aktual olan ən vacib modelləri seçməyə çalışdıq.
Ən yaxşı kameralar, güclü prosessorlar, uzun batareya ömrü – bizim üçün bu, sadəcə sözlər deyil, özünüz üçün və ya hədiyyə olaraq ən yaxşı smartfonu seçməyə kömək edəcək göstəricilərdir. Gəlin birlikdə aydınlaşdıraq və Umico Market-də əldə edək!
2023-cü ildə almaq üçün ən yaxşı telefon hansıdır?
İstehsalçılar ən yaxşı smartfonları flaqman adlandırırlar. Bir qayda olaraq, onlar optimal xüsusiyyətlər dəstinə, ən yaxşı performans xüsusiyyətlərinə malikdirlər və davamlı, yüksək keyfiyyətli materiallardan hazırlanırlar.
Smartfon seçərkən aşağıdakı flaqman modellərə diqqət yetirin: iPhone 14 Pro Max, Samsung Galaxy S23 Ultra. Bunlar bütün reytinqlərin və TOPların qalibləridir. 2023 populyar telefonlar həmçinin Xiaomi Redmi Note 12, iPhone 14 Pro-dur.
Bununla belə, il hələ bitməyib. 2023-cü ilin yenilikləri çoxdan gözlənilən iPhone 15, Samsung Galaxy S23 FE, Xiaomi Redmi 11A-dır.
Telefon seçərkən hansı parametrlər vacibdir?
Smartfon seçərkən ən vacib parametrlər bunlardır:
- Qiymət
- Prosessor gücü (performans)
- Yaddaş
- Kamera
- Batareya həcmi
- Dizayn və rahatlıq
Eyni zamanda, bütün digər cihazlarınız Apple brendinə məxsusdursa, o zaman seçiminiz çox güman iPhone olacaq. Cihazlarınız Android ilə işləyirsə, o zaman ekosistemi gücləndirmək və istifadə rahatlığı üçün eyni əməliyyat sisteminə malik telefona üstünlük vermək daha yaxşıdır.
Telefon seçərkən hansı parametrlərin sizin üçün daha vacib olduğunu müəyyənləşdirin, bəyəndiyiniz modellər arasında parametrləri müqayisə edin. Bunun üçün Umico-da siz məhsulları müqayisəyə əlavə edə və ən yaxşı variantı seçə bilərsiniz.
Yaxşı kamerası olan telefonu necə seçmək olar?
Bu gün smartfonlar əksər hallarda kameraları əvəz edir. Həm də təkcə həvəskarlar üçün deyil, peşəkarlar üçün də həmçinin. İndi telefonla filmlər çəkilir, nüfuzlu mükafatlar qazanan şəkillər çəkirlər.
Ən yaxşı kameralara malik 2023 modelləri Apple iPhone 14 Pro Max, Samsung Galaxy S23 Ultra, Huawei P60 Pro hesab olunur. Həmçinin yaxşı kamerası olan telefon Samsung Galaxy A54-dür. Onun üstünlüyü həm də mürəkkəb flaqman modelləri ilə müqayisədə nisbətən aşağı qiymətidir.
Hətta bu modellərin funksionallığı kifayət deyilsə, o zaman peşəkar foto və video avadanlıqları almaq barədə düşünməlisiniz.
Yaxşı batareyası olan telefonu necə seçmək olar?
Smartfonunuzun tez-tez şarjı bitir? Zəng gözlədiyiniz, kiminləsə mesajlaşdığınız və ya sadəcə naviqasiyadan istifadə etdiyiniz zaman ən vacib anda telefonunuzun şarjının bitəcəyindən qorxursunuz? Bu zaman smartfon seçərkən akkumulyatorun həcminə və onun işləmə müddətinə diqqət yetirin.
Yüksək texnologiyaya baxmayaraq, smartfon nə qədər güclü olsa, bir o qədər çox enerji tələb edir. Digər tərəfdən, batareyanın həcmi nə qədər böyük olsa o, daha ağır və həcmli olur, bu isə istifadəni narahat edir. Modelin zərifliyi ilə batareyanın davamlılığı arasında kompromis axtarmaq lazımdır.
Qeyd etmək lazımdır ki, hətta ən böyük batareya həcmi cihazın uzunmüddətli işləməsinə zəmanət vermir. Batareyanın ömrü həcm da daxil olmaqla amillərin məcmusudur.
2023-cü ildə yaxşı batareyası olan telefon Samsung Galaxy A24, Xiaomi Redmi Note 11s və Samsung Galaxy A34-dür. Bu modellərə nəzər salın, lakin onlar sizə uyğun gəlmirsə, istədiyiniz zaman özünüzlə portativ Powerbank götürə bilərsiniz.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Oyun oynamaq üçün hansı smartfon daha yaxşıdır?
Oyun smartfonu həm istehsalçılar, həm də istifadəçilər üçün ayrıca seqmentdir. Bu gün hər ağıllı telefon müasir oyunlar üçün istifadə edilə bilməz. Əgər beləsini axtarırsınızsa, bunlara diqqət yetirin:
- Ekran. Smartfon yüksək rəng ötürmə qabiliyyətinə, sürətə və yüksək qrafik performansına malik olmalıdır;
- Soyutma sistemi – həddindən artıq istiləşmənin və yüksək performansın öhdəsindən gəlmək üçün;
- Erqonomika – smartfon həm ekranın şaquli, həm də üfüqi vəziyyətində tutmaq, idarə etmək və şarh etmək üçün rahat olmalıdır.
- Güclü batareya;
- Prosessorun performansı.
2023-cü ildə yaxşı oyun smartfonu Xiaomi 12 Lite, Xiaomi Redmi Note 12, Honor 90, Xiaomi 13 Ultra, Samsung Galaxy S22, həmçinin Apple iPhone 14 Pro Max-dır.
Hansı brend telefon almaq məsləhətdir?
Smartfonun brendi fərdi üstünlüklərdən və büdcədən asılıdır. Hər bir istehsalçının öz güclü və zəif tərəfləri var. Məsələn:
Apple, Apple ekosistemindən və eyni brendlərin digər cihazlarından istifadə edənlər üçün uyğundur. Dəbli dizayn, yaxşı kamera və Android-dən sonra alışmalı olacaqsınız fərqli interfeys. Qiymət orta səviyyədən yuxarıdır.
Samsung geniş çeşiddə smartfonlar təklif edir – flaqmanlardan tutmuş büdcəli modellərə qədər. İstehsalçı parlaq ekranları və çoxfunksiyalı kameraları ilə tanınır.
Xiaomi yaxşı gücə və geniş funksionallığa malik münasib qiymətə smartfonlar istehsal edir. Üstəlik – istənilən istəyə və zövqə uyğun bir çox model var.
Yaxşı və ucuz hansı telefondur?
Büdcəli modellərin TOPunda siz Infinix Note 30 Pro, Xiaomi Redmi Note 12 və Samsung Galaxy M xəttini tapa bilərsiniz. Umico-da qiymətə görə filtr və seçimlərinizi təyin edərək yaxşı və ucuz telefon seçə bilərsiniz.
Bir çox modeli olan istehsalçılardan həm flaqman, həm də büdcəli modelləri tapa bilərsiniz. Funksionallıq və qiymət baxımından sizə uyğun olanı seçin.
Ən uzunömürlü telefonlar hansılardır?
Telefonun davamlılığı bir neçə parametrdən asılıdır: ən azı yaxın bir neçə ildə aktual olacaq innovativ funksiyalar, cihazın hazırlandığı materialların davamlılığı, yığılmanın keyfiyyəti və istehsalçı tərəfindən xətaların və problemlərin olmaması. Biz bu parametrlərə cavab verən TOP 3 modeli seçmişik. Uzunömürlü telefonlara Xiaomi 13 Lite, iPhone 14 Pro Max və Samsung Galaxy S23 Ultra 5G daxildir.
Hansı telefonlar populyardır?
Populyarlıq marketoloqlarının işi, həmçinin istifadəçilərin avadanlığın istifadəsinə reaksiyasıdır. Populyar telefonlar hər il yenilənir. Biz isə populyarlıq dalınca qaçmamağı, ehtiyaclarınıza və həyat tərzinizə uyğun olanı seçməyi tövsiyə edirik.
2023-cü ildə ən populyar smartfonlar hələ də Apple, Samsung və Xiaomi cihazlarıdır. Apple smartfonları hətta bu il satışlarına görə Samsung-u geridə qoyub.