Shopping Guide

Cehizi Umico Market ilə yığın və buna görə 500 bonusa qədər qazanın!

Gəlin üçün cehizi yığmağın nə dərəcədə vacib və məsuliyyətli bir iş olduğunu bilirik. Bəzi bölgələrdə qızın cehizini onun dünyaya gəldiyi gündən yığmağa başlayırlar, lakin bu işin daha sürətli yolu var. Umico Market-də malların böyük seçimi gənc ailə üçün ən yeni, ən keyfiyyətli və ən yaxşısını seçməyə imkan verir.

İndi siz Umico Market-də cehizi yığabuna görə bonuslar qazana bilərsiniz. Nə etmək lazımdır?

  1. Aşağıdakı kateqoriyalardan mallar seçin:

●      Məişət texnikası

●      Quraşdırılan texnika

●      Televizorlar və TV avadanlıqları

●      Mebel

●      Zərgərlik

●      Qab-qacaq və mətbəx əşyaları

●      Ev tekstili

●      Gözəllik və sağlamlıq

  1. 1000 AZN-dən başlayan məbləğdə alış-veriş edin. Alış-verişlərin məbləğindən asılı olaraq bonus alacaqsınız:

1000 AZN-lik alış-verişlər = 50 bonus

2000 AZN-lik alış-verişlər = 100 bonus

3000 AZN-lik alış-verişlər = 150 bonus

5000 AZN-lik alış-verişlər = 250 bonus

10.000 AZN-lik alış-verişlər = 500 bonus

  1. Bonusun hesablanması qaydaları: Aksiya müddətində qeyd olunan kateqoriyalar üzrə bütün məhsul alışları cəmlənilir və oktyabrın 24-dək ümumi məbləğə əsasən bonus veriləcək.
  2. Bonuslar aksiyanın başa çatdıqdan sonra Umico hesabınıza hesablanacaq.
  3. Aksiyada kreditlə və taksitlə alınan sifarişlər iştirak edir.
  4. Aksiya 20 sentyabr 2023-cü il tarixindən 19 oktyabr 2023-cü il tarixinədək davam edəcək.

Biz yeni evlənənlərin evini təchiz etmək üçün lazım olan hər şeyi topladıq – onları indi Umico Market-də sifariş etmək olar. Bonuslar artıq sizi gözləyir. Alış-verişə yollanın!

Mətbəx üçün böyük məişət texnikası

Bir çox insanlar müasir mənzilin ailə ocağı sayılan mətbəxdən başlayırlar. Həyatı onsuz təsəvvür edə bilmədiyimiz soyuducu və evdar qadının həyatını asanlaşdıran və ailədə fikir ayrılıqlarını minimuma endirən digər avadanlıqlar – qabların yuyulması həmişə qabyuyan maşına həvalə edilə bilər.

Kiçik məişət texnikası

Bu gün mətbəxi müxtəlif kiçik elektrik köməkçilərsiz təsəvvür etmək çətindir. Çoxfunksiyalı mətbəx kombaynı tez bir zamanda salatlar, smuzilər, şorba və digər yeməklər üçün hazırlıqlar etməyə kömək edəcək, ətçəkən maşın qısa zamanda qiymə hazırlayacaq, elektrikli çaydan isə ailənizi və qonaqlarınızı ətirli isti çaysız qoymayacaq.

Məişət texnikasının bizim nə qədər vaxtımıza qənaət etdiyini bilirsinizmi? Bu, inanılmazdır, lakin yalnız əl ilə paltar yuma gündə bir neçə saat çəkə bilər! Buna təmizlik, yemək bişirmək və 7-9 saatlıq sağlam yuxu normasını əlavə edin və görəcəksiniz ki, iş və şəxsi həyat üçün vaxt qalmır! Yaxşı ki, texnika əl işini əvəz edir: paltaryuyan maşın, tozsoran və ütü əşyaları və evi demək olar ki, steril edəcək!

Qab-qacaq

Ənənənin başqa bir zəruri hissəsi yeni evlənənlərin evini qab-qacaqla doldurmaqdır. Evin xanımına mütləq qonaqları qarşılamaq üçün qab-qacaq dəstləri lazım olacaq. Qaşıq-çəngəl dəstləri, qazanlar, tavalar. Ailənizin tox, sağlam və xoşbəxt olması üçün mətbəx üçün çox şey lazımdır.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Evi rahat edirik

Ənənəyə görə evdə altı dəst yataq dəsti olmalıdır. Bunda həqiqətən məna var: onu vaxtında dəyişmək, qonaqlar və ailənin yeni üzvləri üçün saxlamaq lazımdır. Yataq dəstlərindən əlavə, cehizdə ədyallar, yastıqlar, çarpayı üzlükləri və dəsmallar olmalıdır – rahatlıq və evi təmiz saxlamaq üçün hər şey.

Böyük ekranlı televizor

Müasir mənzilin başqa bir zəruri atributu. Axşamlar bütün ailə filmlərə, seriallara baxmaq və ya oyun oynamaq üçün televizorun ətrafına toplaşa bilər. Hədiyyəni yaxşı audio sistemi ilə tamamlayın və bu, gənc ailənin həyatına dəyərli sərmayə olacaq.

Baxım və gözəllik üçün hər şey

Cehiz təkcə ev üçün avadanlıq deyil. Bəs hədiyyələr və xonçalar? Umico Market-də siz üz, bədən, saç baxımı üçün, eləcə də ətirlərin geniş çeşidini tapa bilərsiniz.

Ənənəyə hörmətlə yanaşmaq təkcə mədəniyyətin qorunması deyil, həm də faydalı, funksional ritualdır. Cehiz gənc ailəni böyük xərclərdən xilas edir və ailə münasibətləri, məişəti qurmaq, yeni vərdişlər və həyat tərzini formalaşdırmaq üçün kifayət qədər vaxt və enerji verir.

Gənc ailə üçün cehizi Umico Market-də yığın və alışlara görə bonuslar qazanın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %