Karantin məhdudiyyətlərinə tab gətirmək bizim üçün asan deyil. Ümumiyyətlə, bir virusun həyatımıza bu qədər kobud şəkildə müdaxilə edə biləcəyini qəbul etmək çətindir. Ancaq biz, Umico Live-ın redaktorları, qərara gəldik ki, “Sərfəli olmayandan belə fayda əldə edin!” qaydasına əməl edək və yeni bir layihəyə start verək.
Gündəlik həyatımızda adətən nəyə vaxtımız çatmır? Ən çox özümüzə. Çox çalışırıq və özümüzü sevimli işimizə fokuslayırıq. Yaxınları sevindirməyə və dostlarla vaxt keçirməyə, şəhəri tərk edib sahildə dincəlməyə çalışırıq. Ancaq bütün bu vacib məsələlər, bir qayda olaraq, dayanmağa, özümüzü dinləməyə, öz sağlamlığımızın qayğısına qalmağa və gələcək üçün planlar qurmağa imkan vermir. Buna görə məcburi kanatin şəraitində “50+ faydalı vərdiş” layihəsini həyata keçiririk.
Gəlin bu vəziyyətdən maksimal olaraq yararlanaq. Hər həftə, sizə, həyat keyfiyyətini ciddi şəkildə yaxşılaşdıra biləcək bir yaxşı vərdiş haqqında danışacağıq. Sizə bunun nə üçün vacib olduğunu, bu faydalı vərdişi necə formalaşdıracağımızı və bunun yalnız bizim üçün məcburi qayda deyil, necə xoş bir vərdişə çevrilməsini izah edəcəyik. Axı, biz beləyik, sevdiyimiz şeyləri məmnuniyyətlə etdiyimiz halda, sevmədiyimiz şeyləri etmək tam bir məcburiyyətə çevrilir. Beləliklə, bu gün yaxşı bir vərdiş haqqında danışacağıq … su içmək.
Nə etmək lazımdır?
Bədəndə düzgün su balansını qorumaq üçün hər gün kifayət qədər su için.
Niyə vacibdir?
- İnsanın bədən çəkisinin 60–70% -i sudur, buna görə hər gün bədəndəki ehtiyatlarını artırmaq bizim üçün çox vacibdir.
- Su qida maddələrini hüceyrələrə ötürməyə kömək edir və həzm prosesində mühüm rol oynayır.
- Su qulaq, burun və boğaz toxumaları üçün nəmli mühit yaradır, oynaqlarımız üçün yağlayıcı rolunu oynayır, həyati orqan və toxumaları yumşaldır.
- Su bədəndən toksinləri çıxarır, bədəni təmiz qan və elastik dəri ilə təmin edir, həddindən artıq isti zamanı, xüsusən fiziki aktivlik zamanı sərinləşdirir.
Su koronavirusdan xərçəngə qədər bir çox xəstəliklərin qarşısını almaqda faydalı ola bilər. Bunu Türk nəşri — Sözcü-ya daxili tibb və nefrologiya mütəxəssisi, doktor Arzu Akgül söyləyib. Nəşr, xüsusən suyun bədəndə baş verən metabolik proseslərdə mühüm rol oynadığını bildirir. Mütəxəssis qeyd edir ki, böyrəklərin düzgün işləməsi üçün kifayət qədər su qəbul etmək lazımdır. Bir şəxs lazımi miqdarda maye almırsa, onun qanında toksinlər toplana, böyrəyində daşlar yarana bilər. Həmçinin lazımi qədər su içməyən insanlarda böyrək çatışmazlığı riski var.
Güclü bir immunitet sistemi üçün balanslı və adekvat bir qidalanma lazımdır. Bol su qəbul etmək, toksinləri bədəndən təmizlənməsi və maddələr mübadiləsini stimullaşdırmaq üçün də vacibdir. Gündəlik kifayət qədər su qəbul etmək, toksinləri bədəndən çıxarmağa, həmçinin bakteriya və virusları zərərsizləşdirməyə kömək edir
— deyə Arzu Akgül əlavə edib
Necə düzgün su içməli?
Gündə nə qədər su içmək lazımdır?
Mütəxəssislər, 1 kq bədən çəkisinə 30 ml su içməyi məsləhət görürlər. Məsələn, 56 kq ağırlığında olsanız, gündə ən az 1,7 litr su içməyə çalışmalısınız. Bu ümumi sxemdir, lakin bəzi hallarda istehlak olunan suyun miqdarını artırmaq lazımdır.
Həmişəkindən daha çox su içməli olduğunuz hallar:
- Fiziki fəaliyyət: Hər 20 dəqiqəlik məşq üçün əlavə 200 ml su içmək.
- Alkoqol: qəbul edilən hər alkoqolun miqdarı qədər əlavə su içmək.
- Hava səyahət: uçuşun hər saatı üçün əlavə 200 ml su içmək.
- İqlim: Quru iqlimi olan bir bölgədəsinizsə, hər gün əlavə 400 ml su için.
- Hamiləlik: gündə əlavə 200 ml su içmək.
- Ana südü: hər qidalanmadan əvvəl 200 ml su içmək.
Nə vaxt su içmək lazımdır?
Gündəlik tələb olunan miqdarda suyun içməyin ən yaxşı yolu zamanla gündəlik su miqdarını bərabər paylamaqdır. Oyandığınız andan etibarən hər saat bir stəkan su için. Hər bir yeməkdən əvvəl, hətta kiçik bir atışdırmalıq da olsa, bir stəkan su içsəniz, bu həm, gündəlik su qəbulunu təmin etməyə kömək edəcək, həm də həddindən artıq yeməyin qarşısını alacaqdər.
Hansı suyu seçmək lazımdır?
Yüksək keyfiyyətli su seçin və hətta keşbek əldə edin. Umico tərəfdaşları arasında, Azərbaycanda yüksək keyfiyyətli təbii suyun aparıcı tədarükçüləri Seylab və Özgababaydır.
İçməli su Seylab
Xammal kimi istifadə olunan su mənbəyi, Xaçmaz rayonun qaynaqlanan olan Şollar suyudur.
3% KEŞBEK
ÖzGədəbəy içməli su
Azərbaycanın qərbindəki dağ bulaqlarından gələn su ən yüksək keyfiyyətə və standartlara cavab verən ən müasir texnologiyalara malikdir.
3% KEŞBEK
Əlavə məsləhətlər
Su butulkası
Təhlükəsiz materiallardan hazırlanmış su butulkası istifadə edin- yüksək keyfiyyətli plastik, paslanmayan polad və ya şüşə butulka ola bilər. Butulkanı bütün günü yanınızda daşıyın və lazım olduqda doldurun. Bu, su içməyi və suyun daim əlçatan olmasını xatırladacaqdır. Go Sport mağazasında keyfiyyətli su butulkasını 4% keşbeklə sifariş edə bilərsiniz.
Reebok Water Bottle
Həcmi 500 ml.
100% poladdan hazırlanmışdır
Asan doldurma üçün geniş boyun.
Vida qapağı sızmanın qarşısını alır
Qapağın bərkidilməsini və asanlıqla keçirilməsini təmin etmək üçün yuxarıda bir döngə var.
50 AZN + 4% KEŞBEK
Speedo Water Bottle
Həcmi 800 ml.
Asan doldurma üçün geniş boyun.
Məşq zamanı istifadə rahatlığı üçün kauçuklu yan əlavələri var.
25 AZN + 4% KEŞBEK
Nike Sport Water Bottle
Həcmi 800 ml.
Asan doldurma üçün geniş boyun.
Məşq zamanı istifadə rahatlığı üçün kauçuklu yan əlavələri var.
30 AZN + 4% KEŞBEK
Mobil telefon xatırlatmaları
Su içməyin yeni rejimini unutmamaq üçün cib telefonunuzda xatırlatmalar quraşdırın – hər saata uyğun qeyd yazın. Adi zəngli saat və ya xatırlatma ola bilər. Gündəlik içilən suyun miqdarını izləmək üçün xüsusi mobil tətbiqlərdən də istifadə edə bilərsiniz. Məsələn, Samsung telefonlarındakı “Samsung health” və iPhone telefonlarındakı “Health” tətbiqləri və ya yükləyə biləcəyiniz hər hansı bir tətbiq də ola bilər.
Dadlı su və digər sağlam içkilər
Bədəndə normal bir su balansını qorumaq üçün ən sadə və faydalı həll yolu adi təmiz sudur. Ancaq biz həmişə müxtəliflik istəyirik, buna görə bir neçə maraqlı və xoş seçim var.
Bitki mənşəli çaylar için – bu təbii içkilərin tərkibində şəkər, dadlandırıcı və kofein yoxdur, buna görə qismən təmiz suya alternativ ola bilər və gündə bir miqdar suyu əvəz edə bilər.
Suya bir az limon və ya laym suyu əlavə edin, ancaq bunu boş mədəyə qəbul etməyin.
Suya meyvə və ya tərəvəz əlavə edin. Moruq, portağal, yemiş, limon, laym və tərəvəz dadlandırması üçün – xiyar ən yaxşı seçimdir. Meyvə və ya tərəvəzləri doğrayıb böyük su butulkasına əlavə edin və dadlandırmaq üçün bir neçə saat gözləyin.