Shopping Guide

8‌ ‌Mart-a‌ ‌nə‌ ‌hədiyyə‌ ‌etmək‌ ‌olar?‌ ‌Hər‌ ‌büdcəyə‌ ‌uyğun‌ ‌20‌ ‌maraqlı‌ ‌ideya.‌ ‌ ‌

Martın əvvəlindən kişiləri nigaran qoyan suala cavab tapmışıq və hər zövqə və büdcəyə uyğun 20 hədiyyədən ibarət olan siyahını hazırlamışıq. İstər 30 AZN-lik, istər 100, 200 və ya 500 AZN-lik hədiyyələri seçin və sevdiklərinizi sevindirin. Bu hədiyyələrin hər birini Umico Market-də əldə etmək olar. 

Sevdiklərinizə hədiyyələri indi sərfəli almaq olar. İstənilən məhsulu taksitli ödənişlə və 10 və yaxud 15% keşbek ilə əldə etmək olar. Taksitli ödəniş imkanından istifadə etmək üçün Umico Market-də 30 AZN-dən başlayan məbləğə sifariş edin və ödənişi BirKart bank kartların biri ilə edin. Keşbeki qazanmaq üçün Umico Market-də 30 AZN-dən başlayan məbləğə sifariş edin və ödənişi istənilən Visa kartı ilə və ya BirKart Umico Visa kartı ilə edin. Daha ətraflı məlumatı burada tapa bilərsiniz. 

30 AZN-ə qədər olan hədiyyələr Umico Market-də

1. Çəhrayı qantel Miniso 

8.99 AZN

İdman sevənlər üçün əla hədiyyə. Hətta evdə bir neçə qantel artıq varsa, Miniso-dan çəhrayı qantel mütləq onların arasında seçiləcək. Xüsusən də indi, ev məşqləri iki qat aktual olduğu vaxtda. 

2. Üz üçün masaj fırçası 

17.99 AZN

Kiçik elektrik fırça dəri təmizlənməsi və masajı üçün uyğundur. O, üz, boyun və dekolte nahiyyəsi üçün uyğundur. Belə xoş prosedurdan heç bir xanım imtina etməz.

3. Fəsəli tavası 

19.99 AZN

Fəsəliləri hər kəs sevir, xanımlar isə onları bişirərkən, dadlı və mükəmməl alınmaqlarına sevinirlər. İkili tava bunun üçün əvəzolunmazdır. Fəsəlilər nazik alınır və hər iki tərəfdən yaxşı bişir. Siz də belə bir hədiyyədən qazanmış olacaqsınız. 

4. Ətirli diffuzor 

22.99 AZN

Ev xoş ətirlə doludursa, bu hər xanıma xoş olar. Bu ətirli diffuzor isə ikisi birində olan hədiyyədir. Birincisi o, otağı xoş ətirlə dolduracaq, ikincisi, hər interyerə uyğun olacaq. 

5. Astra Pure Beauty göz kölgələri dəsti

29.80 AZN 

Nyud çalarlı dəst kosmetikadan istifadə edən xanımlar üçün uğurlu variantdır. Pure Beauty Eyes Palette palitrası 9 mat və parıltılı kölgədən ibarətdir, krem teksturası toxunuşa xoşdur və asanlıqla çəkilir. Kölgələrin tərkibinin 94%-i təbii inqredientlərdən, o cümlədən, tapioka nişastasından ibarətdir. 

100 AZN-ə qədər olan hədiyyələr Umico Market-də

6. Bonera tezbişirən

53.49 AZN

Görünüşcə tezbişirən adi qazana oxşasa da, o, yeməkləri daha tez bişirir. Tezbişirənin qapağı germetik şəkildə bağlanır, buna görə buxar çölə çıxmır, daha qaynar suda isə ərzaqlar tez bişir. 

7. FootSpa ayaq massaj vannası

58.05 AZN

Günün sonunda rahatlamaq üçün gözəl üsul. Televizorun qarşısında yumşaq divanda oturaraq belə massajdan həzz ala bilərsiniz! Bu modelin iki rejimi var, o, akupunktur və vibro massaj edir. Hər iki üsul ayaq yorğunluğunu aradan qaldırır.

8. Arya PERA süfrəsi  

79.99 AZN

Bu hədiyyə qonaqları sevən analar və nənələr üçün xoş olacaq. Süfrə bu görüşləri daha təntənəli və gözəl edir. 

9. Qara çay ekstraktlı Tony Moly kremi

96.40 AZN

Bu krem cavanlığı uzadacaq və üzə təravət və baxımlılıq bəxş edəcək. The Black Tea London Classic Cream kremin əsas komponenti qara çay ekstraktıdır. O, hüceyrələri güc ilə doldurur, yetkin qidalanmanı və nəmləndirməni təmin edir. Bu kremin yalnız təbii inqrediyentləri var, hər xanım onun tərkibini və kremin təsirini dəyərləndirəcək. 

10. Tefal buxarlayıcısı

99 AZN

Praktik və rahat bu əşya əlinizin altında olsa yaxşıdır. Bu kompakt əl buxarlayıcısı ilə geyimlərin qayğısına qalmaq asandır, onu səfərə götürmək də olur, çünki o, çox yer tutmur. Buxarlayıcı cəmi 15 saniyəyə qızır və geyimdə olan xırda qırışları belə açır. Buxar bütün parça növləri üçün uyğundur. 

200 AZN-ə qədər olan hədiyyələr Umico Market-də

11. Schafer Glaze çaydanlar dəsti

112.99 AZN

Mətbəx qab-qacağının iki xüsusiyyəti varsa, o, yaxşı hədiyyə olacaq. Bu xüsusiyyətlər keyfiyyət və gözəllikdir. Etibarlı türk brendindən olan bu çaydan dəsti hər iki xüsusiyyətə malikdir.

12. Chabaud Maison de Parfum Etoile de Lune ətir suyu

123 AZN

Ayın altında gecə gəzintilərdən ilhamlanan ətriyyatçı Sofi Şabo ulduzlu gecə ay işığında meydana gələn mənzərələri ətirdə əks etdirmək arzusunda idi. Bu ətir əsl zəriflikdir. Çiçəkli şərq qoxusu ilk notlardan heyran edir. Siz cazibədar türk qızılgülünü, zərif yasəməni, hissi ənbəri və muskusu hiss edəcəksiniz.

13. İkinəfərlik yataq dəsti

125 AZN

Bu, Clasy brendinin incə satindən olan yataq dəstidir. 100% pambıqdan olan parçası kip, davamlı və gözəldir. Onun yumşaqlığı və parlaqlığı ipəyə bənzəyir. Parçası tək gözəl yox, həmçinin, praktikidir, o, yuyulma nəticəsində formasını və əlvanlığını itirmir və qıcıqlanmaya səbəb olmur. Satin fəslə “uyğunlaşır”, yayda o, sərinliyi, qışda isə istiliyi saxlayır. 

14. Body Sculpture step platfoması

155 AZN

Müntəzəm şəkildə idmanla məşğul olanlar üçün əla fikirdir. Bu trenajor ilə evdə bütün bədənə dolğun, qarın, bud və ya digər bədən hissələrinə vurğulanan məşqləri etmək olar. Body Sculpture Gym Worker step trenajoru çoxfunksionallıdır Bu həm step, həm balans lövhəsidir, onunla həm jim etmək, həm də dartılmaq olur. Dəstə daxil olan təlimat videolu DVD xoş bir əlavə olacaq.

15. Braun feni  

199 AZN

Fendən necə xüsusi hədiyyə etmək olar? Sirr yaxşı müasir modeli seçməkdədir. Braun HD710 feni Satin Protect texnologiyası ilə təchiz olunub, o, saçları artıq qurumadan qoruyur. Keramik modulu sayəsində istilik bərabər yayılır, isti hava isə saçları zədələmir. İonizasiya funksiyası da saçları qoruyur, qurutma vaxtı ionla havada olan su damcılarını çəkir və saçları onlarla qidalandırır. 

500 AZN-ə qədər olan hədiyyələr Umico Market-də

16. Schafer səhər yeməyi dəsti

205.90 AZN

Ətrafımızda olan gözəl əşyalar bütün günü bizimlə qalan xoş əhvalı yaradır. Belə bir dəst ilə səhəri açmaq xoş olacaq. 32 parçadan ibarət olan bu dəst 6 nəfərlik ailə üçün uyğundur. 

17. Babyliss avtomatik saç buran 

379 AZN

Bu qadjet gözəl və yüngül buruqları sevənləri sevindirəcək. Avtomatik stayler onları tez və asan şəkildə burur, keramik örtük sayəsində isə saç hamar və parlaq qalır. Özünü hər gün daha da gözəl etmək imkanına hər xanım sevinəcək. 

18. Delonghi qəhvədəmləyən

425 AZN

Bu qəhvədəmləyən ilə səhərləriniz köpüklü espressonun dolğun dadı ilə açılacaq. Sevdiyiniz qəhvə brendini seçin və evinizi qəhvə məkanına çevirin.

19. Scrapper Crossroad velosipedi 

441 AZN 

Sakit şəhər velo gəzintiləri və ya aktiv şəhərkənarı – velosiped xoş emosiyalar bəxş edir və sağlamlığın keşiyində durur. Hər halda bu, yaxşı hədiyyədir! 

20. Samsung Galaxy A31 smartfonu

469 AZN  

Rəngarəng və tərzli smartfon 8 Mart-da sevindirəcək. Çöldən incə və nazik, içəridən isə çox funksionaldır. Böyük ekranı keyfiyyətli şəkli əks etdirir, dörd kamerası çəkiliş üçün mükəmməldir, “selfi-fokus” rejimi ilə isə gözəl şəkillər alınır. Avtonom işin uzun müddəti dinamik həyat tərzi üçün uyğundur. 

Sevdiklərinizə ən yaxşı hədiyyələri Umico Market ilə edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %