Bayram günləri bütün ailə ilə asudə vaxtını keçirmək üçün əla fürsətdir. Bu günləri maraqlı və faydalı etmək üçün ailənizlə nə edə biləcəyiniz barədə fikirləri topladıq.
1. 1. Birlikdə kinoya baxmaq
Kino əlçatan incəsənət növüdür, onun vasitəsilə insan özünü inkişaf etdirə, yeni biliklər əldə edə və mədəniyyəti öyrənə bilər. Ailəvi kinoya baxmaq üçün vaxt ayırın. Bu, son “Oskar” qalibləri və ya hər kəsin anlayacağı sevimli filmlər ola bilər.
Ailə ilə baxmaq üçün əla filmlər:
- “CODA: Kar valideynlərin övladı” – kar və lal ailədə böyümüş istedadlı qız haqqında film. Bu, valideyn və uşaqlar arasındakı münasibətdən, arzuların həyata keçməsindən və özünə inamsızlıq ilə mübarizədən bəhs edən bir əsərdir.
- “Stutz”Coan Hillin öz psixoterapevti haqqında çəkdiyi sənədli filmdir. Bu film hər bir insanın başına gələn şeylərdən və özünə daha inamlı olmaq, qorxuları aradan qaldırmaq və ətrafınızdakı dünyaya bir az da yaxınlaşmaq imkanlarındanbəhs edir.
- “Vəhşilərin ovu” – kobud zahid və müvəqqəti nəzarətə götürülən uşaq arasında dostluğun başlanğıcı haqqında hekayə.
2. PowerPoint əyləncə gecəsi
Təqdimat gecəsi bu gün şən istirahət üçün dəbli formatdır. Birincisi, belə bir tədbir üçün hazırlaşmaq lazımdır. Burada yaradıcılıq mövzu seçimində və təqdimatın özü üzərində işləməkdə özünü göstərir. İkincisi, bu, ictimai çıxış qorxusunu aradan qaldırmağın bir yoludur. Üçüncüsü, bu, hər kəsə nəyi bəyəndiyinizihaqda bəhs etmək, onları maraqlarınıza bağlamaq imkanıdır. Ümumiyyətlə bu, çox əyləncəlidir. Təqdimatın mövzusu yumoristik ola bilər, hekayənin özü isə mütləq maarifləndiriciolmamalıdır. Fantaziyanızıişə salın və yaxınlarınızı təəccübləndirməyə çalışın!
3. Kulinariya master-klassı
Çox güman ki, şah yeməyiniz var! Onun hazırlama sirrini yaxınlarınızla bölüşün və ya hər kəsin özünü göstərə biləcəyi və başqalarına nəyisə öyrədə biləcəyi master-klass təşkil edin. Nəticə birlikdə hazırladığınız dəbdəbəli şam yeməyi və hazırlama prosesində ailənizlə yaxınlığınız olacaq.
4. Yaradıcılıq gecəsi
Sonuncu dəfə nə vaxt şəkil çəkmisiniz? Yaradıcılıq enerjini üzə çıxarır, içinizdəki sıxaclardan azad edir, özünüzü daha yaxşı anlamağa və ətrafınızdakı dünyanı dərk etməyə kömək edir. Bütün ailə ilə istənilən mövzuda şəkil çəkmək üçün bir neçə saat vaxt ayırın. Fikirlərinizi, özünüzü indi necə hiss etdiyinizi və dünyaya tam olaraq nə demək istədiyinizi paylaşın.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
5. Masaüstü oyunlar
Beynin açılışması, improvizasiya, soyuq hesablama və analitik bacarıqlardan istifadə – bütün bunları masaüstü oyunlar məşq etdirir. “Monopoliya”dan tutmuş “Cenqa”ya qədər – hər birində qarşıdakı addımları düşünmək, beyni işlətmək, hətta ola bilsin ki, koalisiyalar təşkil etmək lazımdır. Masaüstü oyunlarla ailənizlə əyləncəli və maraqlı vaxt keçirin!
6. Ümumi təmizləmə
Böyük istirahət günləri bütün evdə səliqə-sahman yaratmaq üçün əla vaxtdır! Paltarlarınızı yenidən gözdən keçirin və köhnə və lazımsız olanlardan qurtulun, ən əlçatmaz küncləri təmizləyin, oyuncaqları səliqə ilə yığın, maşınınızı təmizləyin və nəhayət qış paltarlarını yay paltarları ilə əvəzləyin! Bayram günləri öhdəlikləri bölüşdürmək, bütün ailə ilə bir iş görmək və təmizlik işinin öhdəsindən asanlıqla gəlmək üçün əla fürsətdir.
7. Pazl
Pazl yığmaq doğma insanlarla birlikdə daha maraqlıdır. Detalları çeşidləməkdən başlaya, sonra çərçivəyə keçə və bundan sonra lazımi hissələri axtarmağa başlaya bilərsiniz. Adi pazllara əlavə olaraq, konstruktor, 3D pazl və ya bütöv bir şəhəri yığa bilərsiniz. Əsas odur ki, prosesdən zövq alın!