Umicology

Artıq Umico-dan hər zaman istifadə edə bilərsiniz! Oflayn olsanız belə tətbiqdən istifadə edin!

Mobil balansın ən pis vaxtda bitdiyi hər kəsin başına gəlib. Misal üçün, Umico Market-də sifariş vermək, Umico tərəfdaşlarından keşbek almaq üçün QR kodu skan etmək və ya BirKart Umico kartınızın balansını yoxlamaq lazım olduqda. İndi mobil internetiniz bitsə belə super tətbiqimizdən istənilən vaxt istifadə edə bilərsiniz.

Umico sıfır balansla belə yanınızdadır

Hesabınızda neçə meqabaytın olması önəmli deyil – indi mobil internet balansı sıfıra bərabər olsa da belə Umico-dan istifadə edə bilərsiniz. Bunun üçün nə lazımdır? Bir Azercell abunəçisi olmaq – bu halda Umico-dan istifadə üçün heç bir internet trafiki tutulmayacaq.

Umico-nun bütün imkanlarından hətta oflayn olaraq da yararlana bilərsiniz

Umico tətbiqində oflayn olaraq nə etmək olar? Sözün əsl mənasında hər şey! Umico Market-də alış-veriş edin, Umico Bank-da gəlir və xərclərinizi idarə edin, Umico bonuslarını toplayın və Azercell-in təqdim etdiyi rəqəmsal xidmətlərdən istifadə edin. Bunları da oflayn olaraq edə bilərsiniz: 

  • Burada və indi alın. İnternet trafikiniz bitsə də belə Umico Market eyni şəkildə işləyəcək. On minlərlə məhsul arasından seçim edin və evinizə və ya ən yaxın təhvil məntəqəsinə çatdırılma ilə birbaşa tətbiqdə alış-veriş edin. Smartfonunuzdakı elektron mağaza artıq hər zaman xidmətinizdədir.
  • Umico Market-də günün təklifini izləyin. Tətbiqdə hər gün endirimli qiymətə ala biləcəyiniz 20 məhsul görürsünüz. Fürsəti qaçırmayın və özünüz üçün endirimli qiymətlə bir şey əldə edin.
  • Mega endirimləri qaçırmayın. 80%-ə qədər endirimlərin mümkün olduğuna inanmırsınızsa, Umico Market bölməsində aşağı skrol edin və sizə lazım olan məhsulları çox cəlbedici qiymətə əldə edin.
  • BirKart Umico kartını sifariş etmək və keşbek qazanmaq. Hələ də kartınız yoxdursa, onu birbaşa tətbiqdə sifariş edə bilərsiniz. Bunu 31 avqust tarixinədək etsəniz, Umico Market-də onlayn alış-verişə görə 5% keşbek qazanacaqsınız.
https://cdn.shortpixel.ai/client/q_glossy,ret_img,w_740,h_416/https:/umico.az/live/wp-content/uploads/2021/06/big-17.jpg
  • BirKart Umico ilə ödənişlər və köçürmələr etmək. Kartdan artıq istifadə edirsinizsə, mobil internetin olmaması planlarınızı pozmayacaq. Umico rəqəmsal bankından həmişə olduğu kimi istifadə edin və əlavə bonuslar əldə etmək üçün BirKart Umico kartı ilə ödəməyi unutmayın.
  • Keşbek almaq üçün QR kodu skan etmək. Umico tərəfdaşı olmayan mağazalarda belə alış-veriş edirsinizsə, yenə də brendlərdən keşbek ala bilərsiniz. Bunu etmək üçün smartfonunuzun ekranını QR koda yaxınlaşdırın. İndi bunu hətta oflayn olaraq da edə bilərsiniz.
Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
  • ƏDV-ni mobil tətbiqdə geri qaytarmaq. Bonus bölməsindəki kartı tıklayaraq “ƏDV geri al” hesabınızın balansını yoxlayın, həmçinin çekləri qeydiyyatdan keçirin və birbaşa Umico-da alışlara görə ödənilmiş ƏDV məbləğinin 15%-ə qədərini geri qaytarın.
https://cdn.shortpixel.ai/client/q_glossy,ret_img,w_720,h_405/https:/umico.az/live/wp-content/uploads/2021/05/5-7.jpg
  • Hədiyyələr etmək. Bu funksiyadan istifadə edirsinizmi? Əminik ki, dostlarınız, doğmalarınız və yaxınlarınız bunu yüksək qiymətləndirəcək! Birbaşa Umico-dan real hədiyyələr edə bilərsiniz. Gül buketləri, qəhvə və desert və ya ətir – tətbiqdə istədiyiniz hədiyyəni seçin və oflayn olsanız da başqalarını sevindirin. 
  • Azercell-in təklif etdiyi rəqəmsal xidmətlərdən istifadə etmək. Bu, ayrı bir musiqi, kino, kitab, film və seriallar dünyasıdır. SberZvuk ilə hər hansı bir musiqi və podkasta qulaq asın, BluTvivi onlayn televiziyası ilə hər gün yeni filmlərə baxın, Bookmate onlayn kitabxanasında istənilən janrda olan kitabları oxuyun və Busuu tətbiqi ilə kurs və repetitor olmadan xarici dil öyrənin. Azercell-dən xüsusi endirimli qiymətlə bütün bu xidmətlərdən tam olaraq istifadə edə biləcəksiniz.

Unutmayın ki, Azercell balansını bank kartı ilə artırdıqda, Umico bonusları ilə 0,7% keşbek qazanırsınız və eyni zamanda istirahət və əyləncə üçün trafik meqabaytlarına qənaət edirsiniz.

Umico və Azercell ilə daim əlaqədə olun!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %