Azərbaycanda telefonu kimlər qeydiyyatdan keçirməlidir, bunu necə etməli və nə qədər pul ödəmək lazımdır – bu suallara məqaləmizdə cavab verəcəyik.
Azərbaycanda telefonu qeydiyyatdan keçirmək lazımdırmı?
Şəxsi istifadə üçün başqa ölkələrdən Azərbaycana gətirilən bütün telefonlar qeydiyyatdan keçməlidir. Bu qaydalar hələ 2013-cü ildə qeyri-rəsmi telefon idxalı, qadcet oğurluğu və müxtəlif fırıldaqçılıq növləri ilə mübarizə aparmaq üçün tətbiq edilib.
Azərbaycanda telefon bəyannaməsini kimlər etməlidir?
- Şəxsi istifadəsi üçün xaricdə alınmış telefonu ölkəyə gətirən bütün vətəndaşlar
- Xarici ölkənin onlayn mağazasından telefon alan hər kəs.
Xarici ölkənin vətəndaşları Azərbaycanda telefonu qeydiyyatdan keçirməlidirmi?
- Əgər ölkəyə gəlmisinizsə və burada 30 gündən az müddət qalırsınızsa, xeyr. Siz yerli operatorların şəbəkələrindən, Wi-Fi şəbəkələrindən və s. istifadə edə bilərsiniz. Lakin Azərbaycanda bir aydan sonra qadcetinizi qeydiyyatdan keçirməli olacaqsınız.
- Əgər bütün qaldığınız müddət ərzində (30 günü keçsə belə) başqa ölkənin operatorunun rouminq və rabitəsindən istifadə edirsinizsə, telefonu qeydiyyatdan keçirməyə ehtiyac yoxdur.
Azərbaycanda telefonu necə qeydiyyatdan keçirmək olar?
Telefonlar IMEI kodu ilə qeydiyyatdan keçirilir. Bu, cihazın təkrarlanmayan unikal nömrəsidir. Buna görə də telefon orijinaldırsa, belə bir cihazın yalnız sizdə olduğuna əmin ola bilərsiniz.
IMEI kodunuzu, smartfonun qutusunda və ya telefon parametrlərində “Ətraflı məlumat” bölməsində görə bilərsiniz. Həmçinin, ən asan yol *#06# yığmaqdır, siz dərhal lazımi məlumatları alacaqsınız. Bütün bunlar markadan və modeldən asılı olmayaraq istənilən telefonda mümkündür.
Telefonunuzu Azərbaycanda qeydiyyatdan keçirməzdən əvvəl cihazınızın ölkədə istifadə oluna biləcəyinə əmin olmalısınız. Bunu yerli operatorun SİM kartını smartfonunuza daxil etməklə və şəbəkənin dəstəkləndiyinə əmin olmaqla edə bilərsiniz.
Hər şey qaydasındadırsa, telefonunuzun IMEI-ni bir neçə yolla qeydiyyatdan keçirə bilərsiniz.
- Onlayn. Bəli, Azərbaycanda onlayn telefon qeydiyyatı olduqca asandır. Bunun üçün smartpay.az və ya portal.rinn.az portallarından birinə daxil olmaq – MCQS (IMEI) və ya IMEI Qeydiyyat xidmətini seçmək və təlimatlara əməl etmək lazımdır.
Diqqət. Əvvəllər bir çox mənbələr imei.az saytında qeydiyyatdan keçməyi tövsiyə edirdi. Lakin portal hazırda işləmir. O, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Vahid Elektron Xidmətlər Portalına inteqrasiya olunub. Buna görə də yuxarıda qeyd etdiyimiz linklərdən istifadə edin.
- “Şəbəkə” şöbələrində. Bu, birbaşa yerindəcə gəlib qeydiyyat üçün ərizə yaza biləcəyiniz müştəri xidməti məntəqələridir. Özünüzlə şəxsiyyəti təsdiq edən sənədlər olmalıdır.
- Poçt şöbələrində. Burada siz eyni qaydada pasportla gəlib yerindəcə IMEI-i qeydiyyatdan keçirə bilərsiniz.
Qeydiyyat proseduru az çəkir, ertəsi gün smartfonunuz vahid məlumat bazasında olacaq. Əgər ölkədən gedib sonra geri qayıtsanız, proseduru təkrar keçməyinizə ehtiyac yoxdur.
Vaxtının dəyərini bilən hər kəs üçün kataloqumuza baxmağı tövsiyə edirik. Cəmi bir neçə kliklə istədiyiniz qadceti ala bilərsiniz.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
2023-cü ildə Azərbaycanda telefonu qeydiyyatdan keçirmək neçəyə başa gəlir?
Ötən ilin may ayına kimi Azərbaycanda telefonu qeydiyyatdan keçirmək üçün rüsum ödənilməli idi. Hər bir telefon üçün rüsum fərdi olaraq hesablanırdı və cihazın bazar qiymətindən asılı idi. Rüsumun məbləği 20-150 manat arasında dəyişirdi.
Ötən il Nazirlər Kabineti bu dövlət rüsumlarının aradan qaldırılması barədə qərar qəbul edib. İndi Azərbaycanda telefonu necə pulsuz qeydiyyatdan keçirəcəyiniz barədə narahat olmağa dəyməz – IMEI-i bazaya daxil etmək üçün heç nə ödəmək lazım deyil.
Lakin ölkəyə gətirilən bütün mobil telefonlar gömrük orqanında bəyan edilir. İdxal edilən cihazın dəyəri 800 dollardan çox olarsa (onlayn sifarişin sizə çatdırılmasına gəldikdə limit 300 dollar təşkil edir), bu limitləri aşan məbləğə görə 36% rüsum ödəməli olacaqsınız.
İzah edək. Məsələn, siz 1000 dollar dəyərində telefonu idxal edirsiniz. 800 dollar vergidən azad məbləğdir. Həddi aşan 200 dollara görə 36% (72 dollar) ödəməli olacaqsınız.
Mobil telefonların bəyan edilməsi qaydaları haqqında məlumatı Dövlət Gömrük Komitəsinin customs.gov.az saytından əldə edə bilərsiniz. Siz həmçinin mobil cihazı bəyan etmək üçün aşağıdakı linkdən istifadə edə bilərsiniz.
Bu ilin fevral ayından etibarən gömrükdə bəyan olunmayan telefonlar IMEI bazasında qeydiyyatdan keçə bilmir. Beləliklə, onlardan faktiki olaraq Azərbaycan ərazisində istifadə etmək mümkün olmayacaq.
Azərbaycanda telefonu qeydiyyatdan keçirməsən nə olacaq?
Telefonunuzu Azərbaycanda qeydiyyatdan keçirməsəniz, bu ölkənin qanunlarını pozmuş olarsınız. Nəticələri nə olacaq?
- Telefonunuz qeydiyyatdan keçməyibsə, siz yerli operatorların rabitəsindən istifadə etməyə çalışdığınız zaman, yanı Azərbaycan SİM kartını daxil etdiyiniz, Wi-Fi şəbəkəsinə qoşulduğunuz zaman cihaz bloklanacaq. Bloklamanı təkbaşına aça bilməyəcəksiniz. Ölkəni tərk edib geriyə başqa SİM kart ilə qayıtsanız belə, telefon işləməyəcək.
- IMEI-nin dəyişdirilməsi cəhdləri də qanunsuzdur və 12.000 AZN-ə qədər cərimə ilə nəticələnir.
- Qeydiyyatdan keçdiyiniz telefonun artıq bazada olduğu üzə çıxarsa, o, dərhal qara siyahıya düşəcək və istifadə edilə bilməz. Həmçinin, sahibini yuxarıda qeyd etdiyimiz cərimə gözləyir.
- Əgər siz telefonunuzu gömrük orqanlarına bəyan etməmisinizsə, onu qeydiyyatdan keçirə bilməyəcəksiniz və buna görə də ondan istifadə edə bilməyəcəksiniz. Həmçinin bu halda inzibati məsuliyyətlə üzləşəcəksiniz.
Umico Market-də hər zövqə uyğun smartfonların geniş çeşidi var. Üstəlik, istənilən qadceti taksitlə əldə edə bilərsiniz.