Umico Relax

Bonuslu və hədiyyəli üç gün! İlk Umico Shopping Fest-in necə keçdiyi haqda danışırıq

Tizer: heç kim əliboş getmədi. Umico Shopping Fest haqqında qısaca – sərfəli alışlar, keşbek, hədiyyələr və əyləncələr, eləcə də super mükafatlar.

Bu həftə sonu Gənclik Mall ağıllı alış-veriş həvəskarlarının cazibə mərkəzinə çevrilmişdi. Noyabrın 4, 5 və 6-da burada Umico-dan ilk Shopping Fest keçirildi. Bu üç gün ərzində təkcə alış-veriş etmək və keşbek qazanmaq deyil, həm də alış-verişə görə hədiyyələr almaq mümkün idi. 11 bəxtəvər isə super hədiyyələr aldı – Flash Up-dan 10 PlayStation 4 Slim və Birbank və Visa-dan bir iPhone 14 Pro oynanıldı. Bu haqda ətraflı danışaq.

Hədiyyələri necə təqdim edirdik

Festival günlərində hədiyyələr qazanmaq fürsətini qazanmaq üçün hər kəsi Umico tərəfdaşlarında alış-veriş etməyə dəvət etdik. İlk iş bir qəbzdə 70 AZN və daha çox məbləğdə alış-veriş etmək idi. Yeri gəlmişkən, festivalın keçirildiyi günlərdə tərəfdaşların sayı daha da çox idi. Chicco, Ted Baker, Mavi, Flo, Maxi.az və bir çox başqaları Umico-ya qoşulmuşdular.

Tələb olunan alış qəbzləri olan hər kəs müsabiqədə iştirak edə bilərdi. Umico aktivlik zonasında oyun stendi quraşdırılmışdı, orada iştirakçılar hədiyyələr üçün yarışırdı.

Üç gün ərzində çoxlu hədiyyələr paylandı, o cümlədən Bravo və Prime sertifikatları, qulaqlıqlar, kosmetika dəstləri və s.

Bütün günlər ərzində Umico oyun stendində ən çox xal toplayan festivalın 11 iştirakçısı finala yüksəldi və super mükafatlar uğrunda mübarizə apara bildi: Birbank və Visa-dan iPhone 14 Pro və Flash Up-dan 10 PlayStation 4 Slim.

Samir Maniyevə iPhone 14 Pro qazanmaq nəsib olub: “Umico tərəfdaşları olan Bravo, Adore, Flo-dan xoşbəxt alışlar etdim. Umico mobil tətbiqindən uzun müddətdir istifadə edirəm. Festivalda iştirak etmək fürsətinə görə təşəkkür edirəm. Smartfonu isə həyat yoldaşıma hədiyyə edəcəm. Hər şeyin ən yaxşısı xanımlara!”

Umico Shopping Fest başqa nə ilə yadda qaldı

Festivalın sonuncu günü Go Sport, Aloe+, Yves Rocher, Baltika 0 & Flash Up-dan tərəfdaş saatları keçirildi. Umico tərəfdaşları əyləndirirdi və hədiyyələr verirdi.

Qonaqları Aloe+ və Bioderma brendindən müsabiqələr və hədiyyələr gözləyirdi. Həmçinin, festival iştirakçıları Yves Rocher-dən özünə qulluq haqqında bir çox faydalı məlumatlar və təbii ki, tərəfdaşdan qiymətli hədiyyələr aldılar.

Maxi.az-dan, Infinix brendindən, həmçinin Baltika 0 & Flash up-dan müsabiqələr və hədiyyələr var idi.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Və bu hələ hamısı deyil!

Shopping Fest-in gənc qonaqlarını fan-zona gözləyirdi, orada üzlərinə akvaqrim çəkilirdi, şarlar verilirdi. Festivalın son günündə məşhur dicey DJ AKG çıxış edirdi, aparıcı, tanınmış ssenarist Ağa Nadirov isə xoş əhval yaradırdı.

Umico Shopping Fest-in qaliblər siyahısı

Iphone 14 Pro 

Məmiyev Samir Rəhimağa  

Flash Up-dan PlayStation 4 Slim 

Hümbətov Əjdər  

Cabbarova Leyla Vaqif  

Mirzəyev Samir Nizami  

Əliyev Rizvan Salman  

Məmmədzadə Aydın Yaqub  

Əliyeva Nərminə  

Abbasova Nərmin  

Qurbanov Zaur  

İmanov Elgün Fəxrəddin  

İsmayılov Ramin Rafiq

Alış-veriş və əyləncə dünyasına birlikdə qərq olmaq üçün sizi növbəti Umico Shopping Fest-də gözləyirik!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %