Umico Relax

Umico Market ilə kitab oxuyuruq. Əsasında film çəkilən 10 kitab

Heç bir bədii ədəbiyyat əsəri kinoya təsirsiz ötüşmür. Bəzi filmlər isə o qədər populyar olur ki, tamaşaçılar süjetin haradan gəldiyini artıq unudur. Əsasında əfsanəvi filmlər çəkilmiş 10 möhtəşəm kitabı xatırlayaq. Hələ oxumadığınız kitabları isə Umico Market-də sifariş edin!

1. “Da Vinçi şifrəsi”, Den Braun

Əslində, “Da Vinçi şifrəsi” semiotika alimi Dr.Robert Lenqdon haqqında silsilənin ikinci kitabı kimi oxunmalıdır. Birinci kitab “Mələklər və Cinlər”dir. Məhz 2000-ci ildə nəşr olunan bu əsərdən baş qəhrəmanla birlikdə oxucuların dövrlər və dünyanın ən böyük paytaxtları arasında böyük səyahəti başladı.

Robert Lenqdon haqqında silsilə kitablar ona görə maraqlıdır ki, burada elmi faktlar fantastika ilə məharətlə qarışıb. “Da Vinçi şifrəsi”ni oxuduqdan sonra həqiqətən də Parisin əsas görməli yerlərini inamla gəzə və təkcə Leonardo da Vinçi haqqında deyil, həm də Tampliyerlər haqqında çoxlu maraqlı şeylər öyrənə bilərsiniz.

Yeni kitab – yeni şəhər. Və Lenqdonun yeni maraqlı sərgüzəştləri. Kəskin süjetli macəralı tarixi bestselleri əvvəlcə oxumaq və yalnız sonra baş rolda Tom Henksin oynadığı filmə baxmaq tövsiyə olunur.

“Da Vinçi şifrəsi” kitabı, müəllif Den Braun

2. Üzüklərin hökmdarı. Üzük Qardaşlığı, C.R.R. Tolkin

Corc Ronald Ruel Tolkin “Üzüklərin hökmdarı” trilogiyasını 20-ci əsrin ortalarında yazıb. Kitab ötən əsrin ən məşhur əsərlərindən biri kimi tanınıb və 38 dilə tərcümə olunub. Müəllif vurğulamışdır ki, yaradıcılığının əsasını dillərin ixtirası təşkil edir. Yəni hekayələr yeni bir dildən istifadə üçün dünya yaratmaq məqsədi ilə yazılıb. Beləliklə, Oksford Universitetinin alim-filoloqunun fantastik dünyası yarandı.

İlhamın əsasını Qərbi Avropanın mifləri, əfsanələri və nağılları – “Beovulf əfsanəsi”, “Roland nəğməsi”, “Kalevala” Fin eposu, Skandinaviya mifləri və İntibah dövrü ədəbiyyatı təşkil edirdi. Milyonlarla Avropa əfsanələrindən toxunan hekayə orijinal, təkrarolunmaz və bənzərsiz oldu.

Eposdakı mövzuların miqyası da önəmlidir. “Üzüklərin Hökmdarı” gücün sahibliyi və onun idarə olunmasından, dostluqdan, xeyir və şərin əbədi mövzularından və onların mahiyyətlərinin mənşəyindən bəhs edir.

Özünüzü Tolkinin dünyasına tam olaraq qərq etmək üçün “Üzüklərin hökmdarı”nın hər 3 hissəsini oxumalı və yalnız bundan sonra filmin zaman çərçivəsinə çox sıxılmış film adaptasiyasını izləməlisiniz.

“Üzüklərin hökmdarı. Üzük qardaşlığı” (1 hissə) kitabı, müəllif C.R.R.Tolkin

3. “Harri Potter və Fəlsəfə Daşı”, Coan Roulinq

Ədəbiyyat və ümumən müasir populyar mədəniyyət anlayışını dəyişdirən daha bir əsər. Coan Roulinq öz dilini yaratmadı, yalnız parçalar yaratdı, lakin o, milyonlarla uşaq və onların valideynləri üçün sehrli bir dünya yaratmağı bacardı.

Bu gün Harri Potter seriyası bütün dünyada istinad kitabına çevrilib. Əsərlər 80 dilə tərcümə edilmişdir (müqayisə üçün planetin ⅔ hissəsi 40 ən çox yayılmış dildə danışır). 2018-ci ildə 500 milyon nüsxədən çox kitab satılıb, son 4 kitab isə tarixin ən tez satılan ədəbi əsəri oldu.

Siz mütləq ya Harri, Ron və Hermiona ilə bərabər böyümüsünüz, ya da onların böyüməsini diqqətlə izləmisiniz. Əgər kitab rəfinizdə sehrli seriyanın bütün kolleksiyası yoxdursa, indi sehrli dünyanı əldə etməyin əsl vaxtıdır.

“Harri Potter və Fəlsəfə Daşı” kitabı, müəllif C.K. Roulinq

4. “Üç muşketyor”, Aleksandr Düma

“Üç muşketyor” gənc zadəgan d’Artanyan və onun dostları Atos, Portos və Aramis haqqında tarixi macəra trilogiyasının ilk əsəridir.

Bilirsinizmi ki, əvvəlcə muşketyorlar haqqında macəra hekayələri “Le Siècle” qəzetində fəsil-fəsil dərc olunurdu. Və müəllifə hər sətir üçün pul ödənilirdi. Məhz buna görə əsərdə birhecalı danışan Atosun xidmətçisi – Qrimo peyda oldu. Və yalnız ödənişin sözlərin sayına keçməsindən sonra həmin qəhrəmanın danışığı dəyişdi.

Əsər bütün dünyada o qədər tez-tez lentə alınır ki, dəqiq sayını hesablamaq çətindir. Hazırda 150-yə yaxın müxtəlif vizual variasiya var və hansı versiyanın orijinala daha yaxın olduğunu dəqiq bilmirsinizsə, o zaman Aleksandr Dümanın macəra hekayəsi haqqında yaddaşınızı yeniləməyin vaxtıdır!

“Üç muşketyor” kitabı, müəllif Aleksandr Düma

5. “Dəmir taxt. Buzla alovun nəğməsi”, R. R. Martin

Corc R. R. Martinin Dəmir Taxt uğrunda döyüşlərdən bəhs edən bir sıra fantastik romanları HBO kanalında yayımlanan “Game of Thrones” serialının yayımlanması ilə populyarlıq qazandı. Seriala və “Əjdaha evi” prikvelinə baxmısınızsa belə, fantaziya dünyasına maraqlı səyahət, şübhəsiz ki, bütün süjet bükülmələrini asanlaşdıracaq və yeni təəssüratlar verəcəkdir.

Ən maraqlısı odur ki, müəllif hekayəni və əlaqəli hissələri yazmağa davam edir, bu isə o deməkdir ki, pərəstişkarlarını qarşıda çoxlu yeni səhifələr gözləyir!

“Taxt oyunları. Buzla alovun nəğməsi”, müəllif Corc R.R.Martin

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

6. “Anna Karenina”, L.N.Tolstoy

“Anna Karenina” klassik rus ədəbiyyatının dəfələrlə təkrar oxuna bilən əsəridir və hər dəfə yeni nüanslar, ideyalar, əsərin xüsusiyyətləri və personajların davranışı kəşf olunur.

Lev Nikolayeviç “Anna Karenina”nı “müasir həyatdan bir roman” kimi təsəvvür edirdi. Həqiqətən də əsər 19-cu əsrin ortalarında rus cəmiyyətində baş verənlərin güzgüsü oldu. Tolstoy tarixi hadisələrə toxunmadan hər bir insana yaxın olan mühüm mövzuları qaldırdı: sevgi və nifrət, seçim, hisslər, pisliklər, cəmiyyətin fərdi və sosial bərabərsizliyə təsiri.

Rus zadəganları haqqında hekayənin o qədər lentə alınmış variantları var ki, saymaq mümkün deyil. Amma onların heç biri orijinal qədər əhatəli, parlaq və canlı olmayacaq.

“Anna Karenina” kitabı, müəllif Lev Tolstoy

7. “Yaşamaq yanğısı”, İrvinq Stoun

Siyahımızdakı real insanın həyatına və hekayələrinə əsaslanan ilk kitab. “Yaşamaq yanğısı” Vinsent van Qoq haqqında bioqrafik romandır. Kitab, onun mənbəyinin məşhur holland rəssamının qardaşı Teo van Qoqla yazışmaları ilə olması ilə maraqlıdır. Qardaşlar həqiqətən də yaxın idilər, təcrübələrini, baş verənlər haqqında, o cümlədən “Kartof yeyənlər”, “Günəbaxanlar”, “Gecə kafesi” və rəssamın digər əsas əsərlərinə fikirlərini və münasibətini bölüşürdülər.

Müəllif, Van Qoqun yaşadığı, gəzdiyi yerləri şəxsən ziyarət edib, lakin kitabdakı bütün dialoqlar real hadisələrə və faktlara əsaslansa da, uydurmadır.

Filmin ekranlaşdırması da diqqət çəkir – 1956-cı ildə çəkilmiş adaşı Vincent Minnellinin filmi Amerika Kino Akademiyasının qızıl heykəlciyinə dörd dəfə namizəd olub və bir dəfə arzu edilən Oskar mükafatını alıb.

“Yaşamaq yanğısı” kitabı, müəllif İrvinq Stoun

8. “Şerlok Xolms”, A.K.Doyl

İndi isə uydurulmuş, lakin eyni dərəcədə maraqlı olan bir qəhrəmanın bioqrafiyası haqqında. Dünyanın bəlkə də ən məşhur detektivi – Şerlok Holmsun sərgüzəştləri. Siz ən azı bir dəfə Artur Konan Doylun yazdığı “işlər”dən hər hansı birini görmüsünüz, oxumusunuz və ya eşitmisiniz.

Görkəmli detektiv bir neçə nəsil insanlara deduksiya və zehinlilik metodunu öyrətdi. Ginnesin Rekordlar Kitabı isə Holmsu “ən çox lentə alınan ədəbi qəhrəman” adlandırır. Baş rolda Robert Dauni Jr., Benedikt Kemberbetç və ya Vasili Livanova üstünlük verirsiniz?

“Şerlok Holms haqqında povest və hekayələrinin tam toplusu” kitabı, müəllif Artur Konan Doyl

9. “Ququ yuvası üzərindən uçuş”, Ken Kizi

Film və ya kitab – hansının daha populyar olduğunu söyləmək çətindir. Amma əminliklə deyə bilərik ki, hər iki sənət əsəri öz sahələrində müstəqil və möhtəşəm oldu.

“Ququ yuvası üzərindən uçuş”, “Çovdarlıqda uçurumdan qoruyan”, “Uliss” və “Möhtəşəm Qetsbi” ilə birlikdə ABŞ-da bir neçə dəfə qadağan edildi. Orijinal süjet və hətta əsas qəhrəman – özünü kar və lal kimi göstərən bir hindli başçı. Bu əsərdə hər şey yeni və son dərəcə qeyri-adidir.

Hadisələr xəstələrdən birinin rejimin devrilməsi ilə iğtişaş təşkil etdiyi psixi xəstəxanada baş verir. Miloş Formanın filmində üsyançı rolunu Cek Nikolson canlandırır və filmin özü bir dəfəyə 5 Oskar qazanıb.

“Ququ yuvası üzərindən uçuş” kitabı – Ken Kizi

10. “Benjamin Battonun sirli hekayəsi”, F.S. Fitzjerald

Devid Finçerin Bred Pitt və Keyt Blanşett ilə çəkdiyi filmin F.Skott Fitzjeraldın qısa hekayəsi əsasında çəkildiyini çox az adam bilir.

Əksinə həyat haqqında orijinal hekayə, insanın dünyada qaldığı dövrlərin hər birinin dəyəri və əhəmiyyəti haqqında düşünməyə vadar edir. “Möhtəşəm Getsbi” və “Nəvazişli gecə” romanlarının müəllifindən həftə sonu üçün möhtəşəm kitab.

“Benjamin Battonun sirli hekayəsi” kitabı, Frensis Skott Fitzjerald

Umico Market ilə oxuyun və ilhamlanın!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %