Gəlin üçün cehiz yığmaq ən qədim Azərbaycan ənənələrindən biridir. Bu adət o qədər dəyərlidir ki, bu günə qədər bəzi bölgələrdə cehiz qız uşağının anadan olması gündən hazırlanır. Əlbəttə ki, zaman çoxəsrlik ənənəni müəyyən dərəcədə dəyişdirdi: Gəncə xalçalarını və qab-qacaq servizlərini paltaryuyan maşınlar, qabyuyan maşınlar, robot tozsoranlar və multibişiricilər, yanı bu gün rahatlıq yaradan və həyatı asanlaşdıran əşyalar əvəz etdi. Yüz il əvvəl olduğu kimi əsas məsələ – xanım evə gələndə evdə hər şeyin olmasıdır. Buna görə Umico Market-in cehiz siyahısını qeydə alın!
Mebel
Ənənələrimizə görə, bəy tərəfi yeni bir ailəyə mənzil verməlidir. Gəlin isə öz növbəsində mənzili təchiz edir. Gənclər ayrı yaşayırsa, gəlinin valideynləri bütün mebelləri alır. Umico Market-də bunları seçə bilərsiniz.
Məişət texnikası
Cehizin növbəti vacib hissəsi məişət avadanlığıdır. Bu siyahı çox uzun ola bilər: TV, soyuducu, tozsoran, paltaryuyan maşın, ütü, müxtəlif kiçik məişət texnikası. Xanımlara kömək edən məişət avadanlıqların sayı ildən-ilə artır.
Servizlər və qab-qacaq
Başqa bir ənənə – servantı qab-qacaq, serviz, büllur vaza və hər cür heykəlciklərlə doldurmaqdır. Qeyri-müasir görünə bilər, amma inanın ki, gözəl servizləri və qab-qacağı asanlıqla tapa bilərsiniz. Üstəlik, hər evdə qonaqlara çay vermək üçün mütləq büllur stəkanlar olmalıdır. Gənc bir ailə üçün bu mütləqdir.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Mətbəxdə lazımlı olan hər şey
Mətbəxdə keçirdiyiniz vaxtdan zövq almaq üçün gənc xanımı ilham verən ağıllı köməkçilər ilə əhatə edin! Tosterlər, multibişiricilər, mətbəx kombaynları, çörək bişirənlər və yüksək keyfiyyətli qablar – gənc bir ailənin bütün bunlara sahib olması çox yaxşıdır.
Ev tekstili
Deyilənə görə, cehizdə altı ədəd yataq dəsti olmalıdır. Bundan əlavə yastıqlar, yorğanlar, yataq örtükləri, dəsmallar, süfrələr, pərdələr də olmalıdır. Kiçik və əhəmiyyətsiz şeylər kimi görünür, lakin onlar hər hansı bir evdə rahatlıq sehrini artırırlar.
Təmizlik və rahatlıq üçün
Təmizlik, səliqə və rahatlıq gündəlik iş və qayğı tələb edən şeylərdir. Bu, cehiz siyahımızdakı son maddə olsa da, əhəmiyyətinə görə sonuncudan çox uzaqdır. Etiraf etməlisiniz ki, səliqə, təmizlik və xoşbəxt xanım mükəmməl təmizlikdən və yorğun xanımdan qat-qat üstündür. Yaxşı ki, bu gün bir çox şey təmizliyi asanlaşdırır və daha sürətli edir. Təmizlik olan yerdə rahatlıq yaratmaq çox asandır.