Çoxdan televizor almamısınızsa, yenisinin seçimi sadə görünə bilər, axı böyük diaqonalı və yüksək qətnaməsi olan tanınmış brend məhsulunu almaq lazımdır. Lakin, yeni nəsil televizorların texnoloji yeniliklərin siyahısı həm mağazada, həm onlayn alış-veriş edərkən sizi çaşdıra bilər. Çətinlik ondan ibarətdir ki, televizorların bütün imkanlarından istifadə etməsək, onlar üçün əlavə pul da ödəmək arzuolunmazdır.
Televizoru müxtəlif göstəricilərinə görə seçə biləcəyiniz üçün müasir televizorlar haqqında olan 10 sualın cavabını tapmışıq.
- Niyə ən böyük diaqonal hərkəsə lazım deyil?
- Hansı qətnamə 2-3 il ərzində aktual qalacaq?
- Fimləri və serialları yüksək keyfiyyətdə izləmək istəyirsinizsə, hansı matrisanı seçməlisiniz?
- Maksimal yenilənmə tezliyi hamı üçün lazımdırmı?
- Bluetooth hansı işə yarayacaq?
- Hansı xüsusiyyətlər lazımsızdır?
1. Ən böyük diaqonalı seçmək lazımdır?
Televizoru geniş otağa alırsınızsa, məlum məsələdir ki, daha böyük diaqonalı götürməlisiniz. Bir neçə il əvvəl 50-65 düymlük televizorlar böyük sayılırdı və digərlərinə nisbətən daha baha idilər, lakin indi həmin ölçülər daha çox rast gəlinir, qiymət isə daha münasib olub. Amma daha böyük hər zaman daha yaxşı demək deyil. Əlbəttə ki, otağın ölçüsünə əsaslanın, televizora baxmaq da rahat olsun, interyerinizə də uyğun olsun. Yaxşı, bəs televizorun diaqonalını neçə seçək?
Deyilənə görə, optimal diaqonallar aşağıdakilardır:
- mətbəx üçün – 32 düym;
- qonaq otağı üçün – 42 düym;
- yataq otağı üçün – 55 düym.
İdeal diaqonalı hesablamaq üçün 2 formula var. Birincisi daha sadədir, gözünüzdən televizora kimi olan məsafə televizorun diaqonalının 1,2-2,5-i ölçüdə olmalıdır. 65 düymlük televizor 4 metr aralığında yerləşdirilməlidir. İkinci formula tamamilə əksinə hesablanır, özünüzdən televizora kimi düymlərdə olan məsafəni 2,5-ə bölün, nəticəni isə bütövləyin. Bu, tövsiyyə olunan diaqonal ölçüsü olacaqdır. Gəlin, hesablayaq. Otağınızda divandan divara kimi olan məsafə 3,5 metr, və ya 137,79 düymdür. Bu rəqəmi 2,5-ə bölüb, 55 düym əldə edirik. Nəzərinizdə saxlayın ki, televizor diaqonalın ölçüsü 10 düym belə böyük olsa, qiyməti xeyli dəyişə bilər, azından ona görə ki, böyük ölçülü matrisaların qiyməti daha baha olur.
Umico-dan məsləhət. Böyük diaqonalı seçirsinizsə, rəqəmsal televiziyanın keyfiyyətli olmasını təmin edin. Balaca ölçülü otaqda şəklin keyfiyyətini yaxşılaşdırmaq üçün isə daha kiçik diaqonalı seçib, siqnalın keyfiyyətini artırın. O, qənaətbəxş deyilsə, kiçik televizor seçin və aralıdan izləyin.
Sony-dən populyar 32 düymlük KDL-32WD603 modeli. Keyfiyyətli matrisalı və Full HD qətnaməli bu televizoru Umico Market-də tapa bilərsiniz. Mətbəxinizə televizor axtarırsınızsa, bu, əla bir seçim olacaqdır.
43 düym – ən populyar ölçülərdən biridir. LG 43UM7300PLB modeli əla bir variantdır. Umico Market məsləhət görür!
55 düym ölçü və diaqonalın balansıdır. Bu kateqoriyada ən yaxşılardan biri olan Samsung QE55LS03TAUXRU modelini Umico Market-də tapa bilərsiniz.
2. Ekran qətnamısi: HD, Full HD, 4K UHD və 8K-nın fərqi nədir?
Qətnamənin növündən şəklin keyfiyyəti asılıdır, o yüksəldikcə, şəklin keyfiyyəti də yüksəlir. Sözsüz ki, siqnal da keyfiyyətli olduğu halda. Bü gün sadə HD-li televizorlarını az adam əldə edir, innovativ 8K isə hərkəs üçün əlçatan deyil. Buna görə Full HD və 4K arasında seçim etməlisiniz.
HD (1280 х 720) köhnəlmiş formatdır, lakin televiziya efirlərini 32 düymlük ekranda bu qətnamə ilə də izləyə bilərsiniz. Mətbəx və ya bağ üçün ən sadə və əlverişli televizoru seçirsinizsə, bu modelləri seçə bilərsiniz.
Full HD (1 920 × 1 080) ideal minimumdur. Bu populyar bir qətnamədir, çünki multimedia faylların əksəriyyəti məhz 1080p standartına uyğun buraxılır. Full HD tək kiçik ekranda yox, 50 düymlük ekranlarda da əla keyfiyyət verir. Lakin, bu qətnamə ilə 40 düymədək olan ölçünü seçmək məsləhət görürük. Bu qətnamənin yerini getdikcə daha proqressiv 4K tutur.
4K və UHD (3840 х 2160) bazar payını tədricən ələ alan optimal variantdır. Bu qətnamə YouTube-da videoları, filmləri və serialları izləyənlər üçün uyğun olar. Misal üçün, Netflix seriallarını məhz bu formatda çəkir. Amma qeyd edək ki, TV kanallar Full HD-yə nisbətən daha zəyif translyasiya olunacaqlar. Yaxın 2-3 il ərzində 4K qətnaməsi öz aktuallığını itirməyəcək. Bu qətnamə üçün ölçüsü 50 düymdən çox olan televizorları almaq daha məsləhətlidir, çünki texnologiyanın verdiyi əlvan və parlaq şəkli yalnız böyük ekranda dəyərləndirmək olar.
8К (7 680 × 4 320) 4K formatından iki, Full HD formatından isə dörd qat üstün olan tamamilə yeni qətnamədir. Hələ ki, bu qətnamə möcüzəli hesab olunur, o cümlədən, qiyməti də yüksəkdir. Hazırda belə televizoru əldə etmək mənasızdır, çünki 8K qətnaməsinə uyğun olan məzmun sayı çox azdır.
Sərfəli və keyfiyyətli Vestel 43U7500T televizoruna 43 düymlük ölçü və Full HD qətnaməsi məxsusdur. Umico Market məsləhət görür!
Xiaomi MI TV 4S ultra yüksək 4K qətnaməsinə malikdir. Umico Market-də seçin.
3. LED, QLED, OLED və Nano Cell necə fərqlənir?
Bu, 3 fərqli matrisa tipləridir, onların vəzifəsi rəng əks etdirilməsinin və ekran əlvanlığın keyfiyyətini təmin etməkdir. Əlbəttə ki, bütün matrisalar fərqlənir, hərəsinin öz üstünlükləri və nöqsanları var. Alış-veriş edərkən bunları nəzərinizə almalısınız:
LED, – adi mayə kristallı displeydir, o, uzunömürlüdür və rəngləri təbii şəkildə əks etdirir. Çox vaxt, bu matrisalar əlçatan televizorlara quraşdırılır, və LED panellər tez-tez rast gəlinir. Bu matrisanın iki fərqli növü var, onlar texnoloji baxımdan fərqlənir və fərqli şəkillər əks etdirirlər.
- IPS – bu tip matrisalı ekranların yaxşı görünüş sahələri və rəng əks olunmaları olur, lakin kontrastlıqları nisbətən zəyifdir. Zəyif işıqlandırmada qara rəng daha çox tünd-boz rəngə bənzəyir. LED‑IPS istənilən videoların təbii işıqlandırmada ailəvi baxış üçün və video oyunlar üçün uyğundur.
- VA – bu matrisa tipi dərin qara rəngi yaxşı əks etdirir, lakin eyni zamanda baxış bucağı dəyişərkən, şəklin keyfiyyətini pozur. Siz ekranın sağında və ya solunda otursanız, şəkil təhrif olunacaq. LED-VA televizoru tək baxmağı sevənlər və kino və seriallardan ikilikdə həzz alanlar üçün uyğundur.
QLED – LED panelin təkmilləşdirilmiş növüdür. Bu texnologiyada kvant nöqtələrin əlavə qatı vardır. Bu matrisalar daha dərin və dolğun rəngləri verir və HDR imkanlarını daha yaxşı açır. QLED paneldəki şəkil daha yaxşıdır, lakin keyfiyyət fərqi cuzi olacaq. Bunun üçün artıq ödəmək dəyərmi?
OLED – bu matrisadaki texnologiya tamamilə fərqlidir, LED və QLED ilə ortaq cəhətləri yoxdur. Onun əsasında elektrik cərəyini gəldikdə işıq saçan orqanik işıq diodları vardır. OLED matrisası tam işıq qavramanı təmin edir və qara rəngin dərin əks olunmasını təmin edir. HDR, LED, QLED və OLED displeylərini müqayisə etsəniz, OLED sözsüz ki qalib gələcək. Lakin bu texnologiyanın iki nöqsanı var: bu, yüksək qiyməti və statik şəklin uzun müddətli əks olunması nəticəsində piksellərin yanmasıdır. Sözün düzü, bu nadir hallarda baş verir. OLED matrisaları büdcələri çox da məhdud olmayanlar və ekranın yanında çox vaxt keçirtməyi planlaşdıranlar üçün uyğundur.
Nano Cell – OLED matrisasının əsas rəqibidir. Hər iki texnologiyanın əsas məqsədi maksimal rəng əks olunmasını təmin etməkdir. Sözün düzü, hansı texnologiya daha üstündür, demək olduqca çətindir. Sıravi istifadəçi keyfiyyətdə olan fərqi tutmayacaq, amma Nano Cell texnologiyalı televizorların qiyməti OLED texnologiyalı televizorlarından daha münasibdir.
LED işıqlı Philips 40PUT6400 modelini Umico Market-də seçin.
QLED matrisalı Samsung QE55Q60TAUXRU Ultra HD 4K-nı Umico Market-də tapın.
4. Yenilənmə tezliyinin indeksi nədir?
Bu, saniyə ərzində ekranın yenilənmə tezliyidir, Hs-lərdə ölçülür. Yenilənmə tezliyi həmçinin şəklin keyfiyyətinə təsir edir, xüsusən də ekranda sürətlə hərəkət edən obyektlər varsa. İndeks nə qədər yüksək olsa, hərəkət edən obyektlər o qədər tez deyişir. Odur ki, yüksək yenilənmə tezliyi olanda, idman yayımları daha hamar və realistik olur. Minimal standart 60 Hs-dır, bu o deməkdir ki, bir saniyə ərzində şəkil 60 dəfə dəyişir. Bu tezlik filmləri və serialları izləmək üçün kifayət olacaqdır. Qeyd edək ki, filmlərin çoxu saniyədə 24 kadr tezliyi ilə olur. İdman yarışlarının həvəskarısınızsa və ya televizora oyun konsolu qoşmaq istəyirsinizsə, 120 Hs tezliyi seçin. Daha yüksək tezliyi axtarmağın mənası yoxdur, çünki gözünüz fərqi tutmayacaq. 120 Hs gözlərimizin sərhəddidir.
Sony-dən olan 55 düymlük ağıllı televizor bazarda olan ən top modellərdən biridin. Sony KD-55AF8-i Umico da tapın.
5. Smart və yaxud sadə?
Siz televizorunuzda tək TV kanallarını izləyə yox, müxtəlif verilişləri izləmək və brauzerdən istifadə etmək üçün internətə girməyi planlaşdırırsızsa, sizə Smart TV lazım olacaq. Həm YouTube, IVI və Netflix kimi müxtəlif tətbiqlərə və video xostinqlərə çıxışınız olacaq. Smart TV-nin istifadəsi üçün lazım olacaq yeganə vasitə internet əlaqəsinin mövcud olmasıdır. Ümümülikdə, bir neçə növ smart platfromaları (və ya əməliyyat sistemləri) mövcuddur, bu platformaların çox məqamları oxşardır, yalnız dizaynları fərqlidir və tətbiq siyahısı da fərqlənə bilər. Digər tətbiqlərin quraşdırılması baxımından Android TV ən uyğunu sayılır. Bu əməliyyat sistemi Sony, TCL, Philips televizorularında quraşdırılıb. İnterfeys baxımından və iş sürəti baxımından o, digərlərinə nisbətən zəyifdir, lakin Google Play-dən bir sıra oyunlara və tətbiqlərə çıxışı təmin edir. Böyük istehsalçılar özəl platformaları istifadə etməyə üstünlük verirlər, misal üçün LG televizorlarının webOS Smart TV adlıplatforması vardır. Adətən, hər tətbiq müəyyən televizor üçün uyğunlaşır. Bu əməliyyat sisteminin əsas üstünlükləri intuitiv interfeysi və yaxşı optimalaşdırmasıdır, nöqsanı isə tətbiq sayının az olmasıdır. Tizen – Samsung brendinin ağıllı platformasıdır. O, WebOS sisteminə oxşayır, lakin görünüşü ilə fərqlənir və əlavə Samsung Smart-Things ağıllı ev sistemini dəstəklənmə funksiyası vardır. Ümümiyyətlə, sizə televizorda internet lazımdırsa, smart televizor əldə edin. Ehtiyyac yoxdursa, Smart funksiyasına görə əlavə pul ödəmək gərəksizdir.
LG 75SM8610PLA modeli smart TV-lərin arasında ən funksional olanlardan biridir. Umico Market məsləhət görür!
Android TV – sizin özəl əyləncə mərkəzinizdir, LED Sony KD-65XG8096 modelini Umico Market-də axtarın.
6. HDR texnologiyası lazımdırmı?
Televizorların çoxusu HDR (genişlənmiş dinamik diapazon) texnologiyasını dəstəkləyir. O, əlvanlıq və kontrastlığın səhnəyə görə dəyişdiyi sayəsində şəkli daha təravətli və realistik edir. Həmçinin, şəkil gözlər üçün daha rahat olur. Fərq daha çox əlvan və ya qaranlıq səhnələrdə bilinir. Çox güman ki, bu texnologiyaya olan tələbat daha da artacaqdır.
7. Televizora Wi-Fi və Bluetooth lazımdırmı?
Tələbkar istifadəçisinizsə, sözsüz ki, lazım olacaq. Yuxarıda qeyd etdiyimiz kimi, televizorun internetə çıxışı striminq xidmətlərinə, onlayn kinoteatrlarına, iri həcmdə video və musiqiyə yol açacaqdır. Müasir televizorlar Wi-Fi vasitəsilə məlumatları ötürmək imkanını da verirlər, bü üsulla siz video, foto və musiqini paylaşa biləcəksiniz. Çox tələbkar istifadəçisinizsə, Wi-Fi sistemini ağıllı ev sisteminə quraşdıra və onu smartfonda olan tətbiq vasitəsilə və ya səsinizlə idarə edə bilərsiniz.
Bluetooth televizora simsiz qulaqlıq qoşmaq üçün lazım ola bilər. Otaqda tək deyilsinizsə, və heç kəsə mane olmadan filmə baxmaq və yaxud oyun oynamaq istəyirsinizsə, bu funksiya işə yarayacaq. Həmçinin, televizor pultlarının çoxu Bluetooth vasitəsilə işləyir.
Budur Bluetooth-la olan televizorlardan biri, Sharp 4T-C50BK1X. Onu Umico Market-də tapacaqsınız.
8. Neçə edəd HDMI çıxışı olmalıdır?
Əlbəttə ki, bu, neçə edəd cihaz qoşmaq istədiyinizdən asılıdır. Müasir modellərdə çıxışların sayı minimuma salınıb. Video və səs HDMI vasitəsilə yönləndirilir, buna görə azından bir çıxış bütün televizorlarda vardır. Çıxışların sayı azından 2, yaxud da 3 və daha çox olmalıdır. HDMI vasitəsilə media pleyeri, oyun konsolunu, səs konsolunu və digər cihazları da qoşa bilərsiniz.
Əlavə nələr lazım ola bilər? Fleş kartı, qeympad və klaviaturanın qoşulması üçün bir neçə USB çıxışların olması vacibdir. Digital Optical Out akustik sistemləri üçün optik çıxışın olması da lazım ola bilər.
9. Səsi hansı xüsusiyyətlərə əsaslanaraq yoxlamaq olar?
Ən yaxşısı canlı dinləməkdir, çünki səs keyfiyyəti çox fərdi bir göstəricidir. Birincisi, dinamiklər müxtəlif yerlərdə yerləşə bilər, misal üçün, ekranın altında, və ya ekranın özünə quraşdırılan. İkincisi, səs keyfiyyəti müxtəlif tətbiqlər vasitəsilə yaxşılaşdırıla bilər. Misal üçün, Dolby Atmos səslənməni daha dolğun və canlı edir. Acoustic Multi-Audio isə səsin ekranın ortasından çıxması effektini verir və şəklə tamamilə uyğun olur. Acoustic Surface Audio ekranı ehtizaza gətirir və səsi şəkil ilə sinxronlaşdırır. Bunların hamısı qavranmamıza təsir göstərir.
Qiyməti münasib olan modellərdə adətən bir və ya iki dinamik olur. Daha peşəkar modellərin 2-dən 8 dinamikə qədər olan quraşdırılmış stereo sistemləri var. Əlbətdə ki, daha çox sayda dinamikləri və stereo sistemi daha güclü olan modellərdə səs daha yaxşı olur. Lakin, siz orta sinfə aid olan televizoru almısınızsa, və səsindən razı deyilsinizsə, problemi həll etmək asandır, sadecə, əlavə olaraq saunbar əldə edin.
Tərazlaşdırılmış səsi Sony KDL-40WD653 40‘ modeli təmin edir. Umico Market-də seçim edin.
TCL P715 4K UHD 75‘, Umico Market-də tapa biləcəyiniz yaxşı səs sisteminə malik olan televizordur.
10.Televizorların hansı lazımsız funksiyaları var?
3D – vaxtı ilə dəbli olan bu texnologiya artıq televizorlarda istifadə olunmur. O, yalnız anbarda qalan modellərdə rast gələ bilər.
Əyməli televizor – bu icad praktik yox, uğursuzdur. Belə ekranlara yalnız yaxından və müəyyən bucaqdan baxmaq olur, əks halda şəkil körlanır. İstehsalçıların çoxusu bu modellərin istehsalını dayandırıb.
Televizoru necə seçmək olar? Əsas parametrlərinə və öz imkanlarınıza baxın. Diaqonalı otağınıza rahatlıqla yerləşməlidir. Daha çox TV kanallarına baxırsınızsa, Full HD qətnaməsi ilə kifayətlənib, daha bahalı olan 4K-ya pul xərcləməmək olar. Əgər şəklin keyfiyyəti sizin üçün vacibdirsə, daha yaxşı qətnaməni və yüksək xüsüsiyyətlərə malik olan matrisanl seçin, misal üçün, OLED-i. Televizorda HDR texnologiyası olsa, yaxşıdır, o da şəklin keyfiyyətini yaxşılaşdırır. Yalnız TV kanalları yox, internetdə də videoları izləmək planlaşdırırsınızsa, smart sistemini seçin. Smart televizoru neçə seçmək olar? Yaxşısı, müxtəlif sistemlərin interfeyslərinə canlı baxın və bəyəndiyinizi seçin. Müasir televizor üçün keyfiyyətli səs və lazımi miqdarda HDMI çıxışların mövcud olması da vacibdir.