Umico Relax

Fotoqraf lazım olmayanda. Smartfona çəkiləcək gözəl şəkillər ideyaları.

Smartfon istehsalçılarına təşəkkür edək, onlar hər birimizi fotoqraf ediblər. Kameranı işə qoşanda, rakursu axtaranda, işığı tutanda, mükəmməl şəkil çəkmək istəyi yaranır, düzdürmü? Şəkil sosial şəbəkələrdə çoxlu layk toplayanda da xoş olur. Hazırda istənilən brendin flaqman smartfonu peşəkar fotoaparat qədər yaxşı şəkillər çəkir. İşin texniki tərəfini qadjet həll edəcək, sizə qalan isə ilhamdır. Biz çəkə biləcəyiniz maraqlı şəkillərin ideyalarını bir yerə toplamışıq. Oxuyun, smartfonunuzu götürün və çəkməyə başlayın!

Sizə mütləq yaxşı kamerası olan smartfon lazım olacaq. Biz diqqətinizə layiq olan modelləri seçmişik, və onları Umico Market-də tapmaq olar. Modellərdən biri Huawei P30 Pro-dur.

1. Şəkili eynitonlu divarın yanında çəkin

Belə bir şəkil istənilən bloqqerin səhifəsində var. Kompozisiyanı evdə asanlıqla qurmaq olur. Divarın tonunda olan geyimi seçin və ya kontrastlığa yönlənin. Əlvan printli köynək, eynək və ya papaq vurğu qoyacaq. Kadrda xeyli ara saxlaya bilərsiniz, və ya əksinə, özünüzü yaxından çəkin. Statik duruşu seçim edə bilərsiniz, və ya hərəkət edin, sanki sizi təsadüfən çəkiblər. 

@cestmaria
@sincerelyjules
@nur_m_zadeh
@lilymaymac

2. Kölgələr ilə oynayın

Kölgəli şəkillər çox ifadəli olur, onları çəkəndə vacibi düzgün vaxtı seçməkdir. Kölgələr daha yaxşı günbatanda və şəfəqdən sonra bir saat ərzində görünür. Jalyuzidən və ya bitkidən düşən kölgələri çəkin, kölgə üzünüzə düşə və ya öz kölgəniz ola bilər.

@ chrispolupanova
@sincerelyjules
@melaniekroll
@cestmaria

Ən yaxşı şəkilləri iPhone 11 ilə çəkin. Onu elə indi Umico Market-də tapın

3. Pəncərənin yanında şəkil çəkin

Təbii işıqlanmada mükəmməl şəkillər alınır, təbii işıq üzə yumşaq şəkildə yatır və təbii kölgələr yaradır. 

@royaofficial

4. Daha bir trend – birinci şəxsdən şəkil

Gözünüzdə olan dünyanı göstərin. Belə effekti əldə etmək asandır, sadecə əllərinizi və ya ayaqlarınızı çəkin. Beləliklə, mövcudluq effekti yaranır.

@sincerelyjules
@brahmino

@sergeysuxov

Galaxy S20 ilə çəkilən şəkillərin keyfiyyətindən ilham alın. Modelin bütün xüsusiyyətlərini Umico Market-dən öyrənmək olar.

5. Şüşə arxası şəkillər

Kafe və restoranlar açıqdırsa, onları ziyarət etmək lazımdır! İnteryerdə atmosferli bir şəkil çəkin. Restoranın hündür pəncərələri varsa, onların yanındaki masanı seçin, dostunuzdan isə şəkli çöldən çəkməyini xahiş edin. 

@sincerelyjules
@polinabrz

6. Bir şəkildə əhvalat göstərin

Özünüzü yuxarıdan çəkin, maraqlı “ssenari” düşünüb, dekorasiyaları qurun. İmprovizasiya olunmuş çimərlikdə istirahət etməyinizi göstərin, uşaqlarla gəzməyə gedin, kitablara və ya səyahətlərə olan sevginizi göstərin, bir sözlə, xəyalınızdan istifadə edin. Nəticə mükəmməl olacaq! 

@happygreylucky
@happygreylucky
@brahmino
@brahmino

Ən yaxşı anları saxlamağa Samsung Galaxy S10 kamerası kömək edəcəkdir. Elə idi smartfonu Umico Market-də seçin. 

7. Əlinizin altında olanları götürüb improvizasiya edin

Banan dona çevrilə bilər, yerkökü isə şalvara. 

@happygreylucky
@happygreylucky
@happygreylucky
@happygreylucky

8. Ev atmosferini əks etdirin

Hamımız evdə çox vaxt keçirtmək məcburiyyətindəyik, və rahatlıq saçan şəkillər yaşadığımız məkana yeni gözlə baxmaq imkanını verə bilər. Ən azından, evdə hər zaman foto çəkiliş etmək mümkündür! 

@gusein.gasanov
@sincerelyjules
@happygreylucky
@oliviarink

Xiaomi Redmi Note 9 Pro ilə şəkil çəkməkdən zövq alın. Umico Market-də tapın.

9. Ev heyvanlarınız varsa, onları da çəkin!

Qeyri-adi duruşlarını və ya onlar hərəkət edərkən şəkil çəkin, pişiyin divanda uzanması kimi standart kadrlardan çəkinin. 

@thiswildidea
@thiswildidea
@polinabrz
@negin_mirsalehi

10. Qeyri-adi qapını, divarı və ya qraffitini tapın, maraqlı fon məsələsini həll etmiş olacaqsınız

Əlvan rəngə boyanmış qapının və ya köhnə divarın önündə çəkilən şəkillər hər zaman ifadəli alınır. Tərziniz haqqında öncədən düşünün, o da diqqət çəkməlidir. 

@cestmaria
@katiemitchellphotography

Honor 10i smartfonunun kamerası ilə özünüzü fotoqraf kimi hiss edin. Onu Umico Market-də tapa bilərsiniz.

11. Güzgüdə əksinizi çəkin

Bu, sadə ev güzgüsü olsa da, nəticə gözlənilməz dərəcədə əlvan ola bilər. 

@thiswildidea
@cestmaria
@ezgipolat
@ezgipolat

12. Fletley üsulunu yadınızda saxlayın və istifadə edin 

Fletley eyni mövzuda olan əşyaların yuxarıdan çəkilməsidir. Yeməkləri, içkiləri və ləvazimatları düzün, telefonunuzu, açarınızı və ya klatç çantanızı da əlavə edə bilərsiniz. Əsası odur ki, kadrda boş yer qalmasın. Mövzü seçiminizə qalır və iş yerinizdən xobbinizə qədər istənilən məzmunu əhatə edə bilər. 

@cestmaria
@npmalina
@npmalina
@npmalina

Həyatınızın ən yaxşı anlarını qaçırmayın, şəkil çəkin! Samsung Galaxy Note 10 Lite bu işdə ən yaxşı köməkçiniz olacaq. Onu Umico Market-də tapın. 

13. Və mütləq yemək şəkillərini çəkin!

Bir fincan qəhvə, əhvalınızı qaldıran sevimli səhər yeməyiniz, və ya ev bişirilmələri öz aktuallığını itirmirlər. Daha bir ideya – yeməyi tərkibində olan inqredientlərlə çəkin. Bu, hazır yeməyin yanında yaradıcı qaydasızlıqda ərzaqları düzən Simon Bramante adlı italyan fotoqrafın ideyası idi.

@katiemitchellphotography
@brahmino
@brahmino
@ezgipolat
@ezgipolat

14. Təbii olun!

Bütün bloqqerlər bilir, özünüz olan şəkillər hər zaman daha çox layk toplayır. Ən vacib trend – təbiilikdir. Tanınmış insanların və fotoqrafların əksəriyyəti nümunəvi cilalı şəkillərdən uzaqlaşaraq, qüsurlu olsa belə, real gözəlliyi göstərirlər. Qırışlarınızı, çilələrinizi, fiqurunuzu qizlətməyin, onlar sizi unikal və cəlbedici edir. 

@eminofficial
@summermckeen
@chingizmustafayev
@royaofficial

Ən yaxşı şəkillərinizi Umico ilə sosial şəbəkələr vasitəsilə paylaşın! 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %