Umicology

Hədiyyələri birbaşa Umico-dan edin – bizim ağıllı tətbiqimiz bunu da bacarır!

Artıq bonuslarla əsl hədiyyə ala bilərsiniz. Sevdiyiniz insanı sevindirmək üçün sadəcə Umico mobil tətbiqini açın və ona hədiyyə etmək istədiyinizi seçin. Bircə saniyə və hədiyyə öz alıcısını tapacaq! 

Bonusları yığın ki, onları hədiyyələr ilə dəyişdirəsiniz. 

Siz də hədiyyə verməyi hədiyyə almaqdan üstün tutursunuz? O zaman Umico-nun yeni imkanını bəyənəcəksiniz. Yığılmış bonusları doğmalarınıza, əzizlərinizə, dostlarınıza və ya özünüzə edə biləcəyiniz hədiyyələrə xərcləyə bilərsiniz. Sizə lazım olan sadəcə Umico mobil tətbiqi, hesabda bonuslar və kimisə sevindirmək istəyidir. 

Niyə Umico ilə hədiyyə verməyi bəyənəcəksiniz 

  • Rahatdır. Tətbiqdə hədiyyəni seçə, onu ödəyə və alıcıya göndərə bilərsiniz. Hədiyyələr kataloqu göz önündədir, linklərə keçid etməyə, kiməsə zəng vurmağa və çatdırılma haqda razılaşmağa ehtiyac yoxdur. Bizdə hər şey çox rahatdır!
  • Sürətlidir. Hədiyyəni bir kliklə göndərə bilərsiniz. Hədiyyəni göndərmək istədiyiniz insanla danışdığınız messenceri seçin. Həmin insanı tapın, tətbiqimiz isə ona hədiyyə olan ismarıcı göndərəcək. Bu, cəmi bir neçə səniyə çəkəcək.
  • Sərfəlidir. Hədiyyələri bonuslarla ödəyirsiniz. Kimisə desert ilə qonaq etməyi və ya gözlənilməz hədiyyə etmək istədiyiniz halda sizə yardımçı olacaq. Hədiyyə alınıb, lakin hesabınızdakı məbləğ eyni olaraq qalıb – çox xoş bir haldır, deyilmi?
  • Gözlənilməzdir. Hədiyyə istənilən messencerin çatına stikerli link şəklində gəlir. Hədiyyənin alıcısı çətin ki, ismarıc əvəzinə hədiyyə gözləyir.

Nə hədiyyə etmək olar: gül, suşi çatdırılması, parfüm və hətta camaşırxana xidmətlərini

Umico kataloqunda hər münasibət üçün klassik hədiyyələr tapa bilərsiniz: gül çatdırılması, şirniyyat, parfüm və müxtəlif sertifikatlar. Dostlarınızı və doğmalarınızı sevindirəcək bir çox variantlarımız var: JBL qulaqlıqları, Xiaomi power bank-ı, saat və gün eynəkləri, PlayStation üçün oyunlar, audio kitablar və hətta camaşırxana xidmətləri. Və özünüz üçün həmişə aktual olan variant – suşi və ya pulsuz çatdırılma ilə Domino-dan pizza. 

Hədiyyə almaq üçün nə qədər bonus lazımdır? 

Hesabınızda heç olmasa 4 bonusunuz varsa, artıq kimisə bir fincan qəhvə ilə qonaq edə bilərsiniz. Bonusların sayı nə qədər çox olsa, seçim də o qədər çox olacaq. Bəlkə kimisə 101 qızıl gül dəstəsi sevindirər? 

Umico ilə necə hədiyyə etməli?

  1. “Bonuslara görə hədiyyələr” düyməsini tıklayın və kataloqda nəyi hədiyyə etmək istədiyinizi seçin. Alış etməkdən öncə balansınızda kifayət qədər bonusların olmasında əmin olun.
  1. “Bonuslarla ödəmək” düyməsini tıklayın. Hədiyyə bir neçə saniyəyə alınacaq.
  2. Ödəniş keçdikdən sonra “Hədiyyə etmək” düyməsi ortaya çıxacaq. Onu tıklayın və hədiyyəni göndərmək istədiyiniz messencer və ya sosial şəbəkəni seçin. Messenceri seçən kimi, dostlarınızın siyahısını görəcəksiniz. Hədiyyənin alıcısını seçmək qaldı.
  3. Hədiyyə link olan stiker şəklində göndəriləcək. Həmin linkdə hədiyyənin unikal kodu, təhvil məntəqələri olan xəritə və təhvil haqda təlimat olacaq. Hədiyyədən alış vaxtından 30 gün ərzində istifadə etmək olar.  

Elə indi hədiyyələri Bakı, Xırdalan və Sumqayıt şəhərlərində almaq olar. Digər şəhərlər üçün isə onlayn hədiyyələr mövcuddur – kitablar və abunələr. Kataloq və təhvil məntəqələrinin sayı getdikcə genişləndiriləcək. Buna görə tətbiqinizdə bu səhifəni tez-tez ziyarət edin.

Bəs Umico-dan bonus? 

Tətbiqimizdə birinci hədiyyə sifarişində Umico-dan hədiyyə alacaqsınız – bir fincan qəhvə.

Hədiyyə etmək hədiyyə almaqdan daha xoşdur. Umico ilə bu həm də çox rahatdır. 

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %