Yeni il endirimləri və aksiyaları, doğmalara, dostlara və iş yoldaşlarına hədiyyələr hazırlamaq üçün əla fürsətdir. Biz Umico tərəfdaşlarından bütün sərfəli təklifləri topladıq ki, siz düzgün hədiyyələri seçə və keşbek ala biləsiniz.
Hədiyyə 1. FOCUS optika ilə Yeni il fürsətləri
Azərbaycanın ən böyük optika mağazalar şəbəkəsi olan FOCUS optika genişmiqyaslı Yeni il endirimlərini elan edir! 10 dekabr 2022-ci il tarixindən 10 yanvar 2023-cü il tarixinədək şəbəkənin bütün mağazalarında optika, gün eynəkləri, çərçivələr, kontakt linzalar, həmçinin Seiko-dan optik məhsullara 40%-dək endirimlər mövcuddur.
Hədiyyə 2. Razza Parfumery ilə ətirlərdən həzz almaq
100% orijinal parfüm brendi olan Razza Parfumery bayram üçün iki aksiya hazırlayıb:
- Hər ikinci alışda 50% endirim
- İki parfüm aldıqda üçüncüsü hədiyyə!
Aksiyalar 2022-ci ilin sonuna qədər etibarlıdır.
Hədiyyə 3. Loccitane ilə təmtəraqlı baxım
Fransanın ən ətirli və dəbdəbəli dəriyə qulluq məhsulları artıq gözəl və dəbli hədiyyə dəstlərində qablaşdırılıb. Sizə sadəcə onları 20%-dək endirimlə almaq və sevdiklərinizə hədiyyə etmək (və ya Yeni il ağacının altına qoymaq) qalır. Nəzərə alın ki, dəstlərin sayı məhduddur, ona görə də 31 dekabr 2022-ci il tarixinədək bu möhtəşəm təklifdən mütləq yararlanın.
L’Occitane bağlama kağızının Venesiya kanallarından çıxan yosunlardan, kağız paketlərin isə almanın iç hissəsindən hazırlandığını bilirdinizmi? Bunu yoxlamaq üçün paketin dibinə baxmaq kifayətdir.
4. Gallery 4 kids ilə oynamaq və inkişaf etmək
Uşaqlarınız, qardaş və bacılarınız, nəvələriniz üçün ən aktual və arzu olunan oyuncaqları Gallery 4 kids-də tapa bilərsiniz. İndi siz müasir uşaqların nəyi xəyal etdiyini dəqiq öyrənəcəksiniz və onların istəklərini yerinə yetirərək Yeni ili sehrli möcüzəyə çevirə biləcəksiniz! Hər alış üçün 25% endirim və 7% keşbek alacaqsınız. Və unutmayın ki, təklif yalnız 31 dekabr 2022-ci il tarixinədək etibarlıdır!
5. Gallery Gifts and Flowers ilə bayram ab-havasını yaratmaq
Yeni ilin istənilən atributlarını, heykəlcikləri, suvenirləri, interyer əşyalarını, zərif Yeni il ağacı oyuncaqlarını və ideal hədiyyələri Gallery Gifts & Flowers-da tapa bilərsiniz. Yalnız 31 dekabr 2022-ci il tarixinədək Avropanın tanınmış brendlərindən ev dekorlarını və Yeni il aksesuarlarını 25% endirim və 10% keşbeklə əldə etmək olar!
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Hədiyyə 6. Gumania ilə əylənmək və əzizləmək
22 dekabr 2022-ci il – 4 yanvar 2023-cü il tarixlərində Gurmania premium ərzaq və spirt mağazası köpüklü şərab və şampan alarkən 20% keşbek qaytarır.
Burada həm qonaq getdiyiniz zaman, həm də iş yoldaşları, tərəfdaşlar və dostlar üçün əla hədiyyə olacaq mükəmməl fud-bokslar və hədiyyə səbətlərini tapa bilərsiniz.
Hədiyyə 7. Yves Rocher ilə bədənə qulluq
Fransanın təbii kosmetika və parfümeriya brendi də Azərbaycan üçün hədiyyələr hazırlayıb.
13 yanvar 2023-cü il tarixinədək Yves Rocher mono-brend kosmetika mağazalarında hədiyyə dəstləri üçün xüsusi təkliflər sizi gözləyir. Sevimli ətirləri və sizə uyğun məhsulları seçib doğmalarınızı sevindirin, cəlbedici qiymətlərdən yararlanın və 1,5% keşbek qazanın!
Hədiyyə 8. Sev Beauty Zone & Shop ilə ən valehedici və cazibədar olmaq
Yeni il ərəfəsində özümüzü qaydaya salmaq üçün vaxt ayırmaq lazımdır. Gözəllik prosedurları üçün ən sərfəli variant 2% keşbek ilə Sev Beauty Zone & Shop tərəfindən təklif olunur.
19 dekabr – 31 dekabr 2022-ci il tarixlərində xüsusi təklifdən yararlanın:
- Bədənin lazer epilyasiyası – 70 azn
- Makiyaj + saç düzümü – 100 azn
- Keraplastika, nanoplastika, botoks – 20% endirim
- Dodaq böyütmə – 180 azn
- Biorevitalizasiya – 20%
- PRX pilinq – 80 azn
- Kirpiklərin və qaşların laminasiyası – 80 azn
- Arxitektura + qaş boyama – 20 azn
- Şellak manikür – 20 azn
- Şellak pedikür – 30 azn
- Gel ilə bərkitmə – 30 azn
- Bədən masajına aksiyalar
İlin sonununa kimi özünüzə qayğı göstərin və Yeni il ərəfəsində özünüzü möhtəşəm hiss edin!
Hədiyyə 9. Adore ilə seyr edin
Multibrend kosmetika və parfümeriya mağazası 20 dekabr 2022-ci il tarixindən 5 yanvar 2023-cü il tarixinədək 50%-ə qədər endirimləri təqdim edir. Dəbdəbəli dəriyə qulluq və dekorativ kosmetika, dünyaca məşhur moda evlərinin ən çox arzulanan ətirləri – bütün sevdiyimiz məhsullar təkcə Adore-dan sərfəli qiymətlərlə deyil, həm də 1,5% keşbeklə!
Hədiyyə 10. Sabina ilə gözəlliyi hiss edin
Tanınmış və sevilən parfümeriya və kosmetika məhsulları Sabina mağazasında sizi gözləyir. Gözəllik qutusunu yığmaq və ya sevimli ətri seçmək problem deyil, xüsusən də 50%-ə qədər endirimlə. İki dəfə çox hədiyyə ala bilərsiniz, 1,5% daimi keşbek isə gözəl bonus kimi kartda qalacaq və onu özünüzə hədiyyə etmək üçün istifadə edə bilərsiniz.
Xüsusi təklif dekabrın 20-dən yanvarın 5-dək keçərlidir, Yeni il hədiyyələrini isə elə indi seçmək, almaq və qablaşdırmaq daha yaxşıdır!