Shopping Guide

Həm əşyaları həm də avadanlığı xarab etməmək üçün ütüləməyin və buxarlamağın düzgün yolu

Hər gün və ya ən azı həftədə bir dəfə ütüləsəniz belə, bu qədər sadə görünən prosesin bütün incəliklərini bilmədiyinizə əminik. Üstəlik, rahat sviterlərin və düzgün qulluq tələb edən digər yun əşyaların mövsümü gəlir. Onları ütüləməyə öyrəşmisizmi? Sizcə, bunu etmək düzgündürmü?

Nəzəriyyə. İşarələr nə deyir

İşə başlamazdan əvvəl tənbəllik etməyin və paltarlarınızın etiketlərinə baxın. Onların hər birində müəyyən bir parçanın düzgün şəkildə necə ütülənəcəyinə dair təyinat olacaq. Ən çox qarşılaşdığımız təyinatlar belə işarələnir.

Как гладить быстро и качественно – WOW Journal
  • Ütü, içi boş – məhsul sənaye ütüləməsi də daxil olmaqla istənilən ütüləmə və buxarlama rejiminə mükəmməl dözür.
  • İçərisində bir nöqtə olan ütü – ütüləmə temperaturu 120°C-dən çox olmamalıdır. Bu işarə ən çox zərif və incə materiallardan hazırlanmış məhsulların etiketlərində görünür.
  • İçərisində iki nöqtə olan ütü – məhsulu 130°C-ə qədər olan temperaturda ütüləmək olar.
  • İçində 3 nöqtə olan ütü – icazə verilən ütüləmə temperaturu 200°C.
  • Dairə içərisində ütü – maddənin ütüləmə temperaturu 140°C-dən çox olmamalıdır.
  • Üzərinə xətt çəkilmiş ütü – məhsulu ütüləmək olmaz. Yalnız buxarla ütülənə bilər.
  • Buxarıın üstündə xətt – Ütüləmə zamanı buxar funksiyasından istifadə etməyin.

Umico Market-dən buxarın tənzimlənməsi olan ütüləri seçin:

Gəlin praktikaya keçək

  1. Şalvarları necə ütüləmək lazımdır

Daha aşağı temperatur tələb edən incə parçadan hazırlanan ciblərdən başlayın. Cibləri içəriyə çevirin və lövhəyə qoyun ki, şalvar sizə mane olmasın. Qırışlar yox olana qədər yumşaq bir şəkildə ütüləyin. Bu, sonradan parça üzərində yeni qırışların qarşısını almağa kömək edəcək.

Sonra kəmər olan hissəyə keçirik. Cibləri içəriyə salaraq, kəmər sizə baxacaq şəkildə şalvarın ayağını ütü masasının üzərinə çəkin. Sadəcə ütüyə basaraq (arxaya-qabağa hərəkət etdirməyin!), kəmər sahəsini hər tərəfdən ütüləyin, şalvarın ayaqlarını lövhədə tədricən sürüşdürün. Ütünü parça üzərində bir neçə saniyə saxlayın, çox saxlasanız parçanı yandıra bilərsiniz. İstənilməyən qırışlar  əmələ gəlsə, onları düzəldin və yenidən ütüləyin.

Oxları olmayan şalvarlar üçün bir ayağı tikişinə görə düzəldin və lövhə boyunca üzü yuxarı qoyun. Kiçik qırışları əllərinizlə düzəldin. Ütüləməyə şalvarınızın üst hissəsindən başlayın. Ütüyə basıb aşağı tərəfə sürüşdürün və bir tikişdən digərinə keçin. Qırışlar ütülənmirsə, buxar vermə funksiyasını qoşun (və ya ayrı spreydən istifadə edin) və ütünü problemli sahələrə gətirin.

Oxlu şalvardırsa, fərqli hərəkət etməlisiniz. Şalvarın bir ayağını götürün və onu bükün ki, xarici və daxili tikişlər uyğun olsun. Lövhəyə elə sərin ki, daxili tikiş aşağıda olsun. Sancaqlar və ya sıxaclar ilə bərkidin: heç bir qırış və ya qeyri-bərabərlik olmamalıdır. Sprey ilə su vurun və ya üzərinə nəm dəsmal qoyun və ütüləməyə başlayın. Ütünün üzərinə basın və qırışların yaranmaması üçün rəvan hərəkət etdirin. Qatlanan xətlərin üstündən yenidən keçin, onları ütü ilə bir neçə saniyə sıxın və həmin anda buxarı yandırın. Şalvarın modeli fərqli deyilsə, oxu kəmər olan hissəyə kimi gətirməyin, 7-10 sm boşluq buraxın.

Layfxak: oxları ütüləməzdən əvvəl sabunla ovuşdursanız, onlar daha uzun sürəcək. Ən əsası, təzə ütülənmiş şalvarları geyinməyin və şkafın asmayın. Bir neçə dəqiqə soyumalıdırlar.

Umico Market-də damlama əleyhinə sistemli ütüləri seçin:

  1. Cins şalvarları necə ütüləmək olar
C:\Users\Кристина\Downloads\pile-jeans.jpg

Aşağı temperaturda içəridən (yumadan sonra tərs çevirmədən) ütüləmək lazımdır – bu, parçanın quruluşunu və rəngini daha uzun saxlamağa kömək edəcəkdir. Ütüləməyə, cins şalvar bir az nəm olduqda başlamaq daha yaxşıdır. Ütüdə nəzərdə tutulmuşdursa, buxarlama rejimindən istifadə etmək olar.

Umico Market-də indi seçə biləcəyiniz istənilən müasir ütü cins parça ilə işləyə bilər.

  1. Köynəyi necə ütüləmək olar

Əvvəla, yuyulmamış köynəyi ütüləmək olmaz. İsti ütü ləkələr üçün güclü bir fiksator rolunu oynayır, buna görə də onları ütüləmək sevdiyiniz əşyanı həmişəlik məhv etmək deməkdir.

Nəm köynəyin tamamilə qurumasını gözləmədən ütüləmək daha yaxşıdır – bu, daha asan və daha sürətli olacaq. Köynəyiniz tamamilə qurudursa, üzərinə sprey ilə su vurun. Yaş halda ütülənə bilməyən yeganə material ipəkdir.

Ütü rejiminin seçimi birbaşa materialdan asılıdır. Beləliklə, təmiz pambıqdan hazırlanmış köynəklər 200°C temperaturda ütülənə bilər, zərif ipək köynəklər isə daha yumşaq temperatur rejimində, eləcə də buxar olmadan ütülənməlidir. Təbii ipəyə gəldikdə, icazə verilən maksimum temperatur 140-160°C-dir. Süni ipək daha zərifdir və 115°C-dən yuxarı temperaturda asanlıqla zədələnir.

Polyester əlavə edilmiş pambıqdan hazırlanmış köynəkləri ütüləmək çox asandır. Yuyulduqdan sonra onların gözəl görünməsi üçün 110°C temperatur və bir az buxar kifayətdir. Viskoz köynəkləri də ütüləmək asandır: 120°C temperaturda və ütüyə yüngül təzyiqlə ütüləyin. Digər tərəfdən, kətan və ya pambıq-kətan qarışığından hazırlanmış köynəklər çoxlu nəm buxar, güclü ütü təzyiqi və 180-200°C temperatur tələb edir.

C:\Users\Кристина\Downloads\unrecognisable-man-ironing-clothes (1).jpg

Köynəyin kiçik hissələrini ütüləməyə başlayın, sonra daha böyük hissələrə keçin. Beləliklə, prosesə yaxadan başlayırıq. Köynəyin bu hissəsini əks tərəfdən, sonra isə ön tərəfdən ütünün uzununa xətt boyunca apararaq və bütün qırışları düzəltməyə çalışarkən ütüləmək lazımdır.

Yaxalığı ütülədikdən sonra manjetlərə keçirik: yaxalıqla eyni şəkildə, yəni əvvəlcə tikişli tərəfdən, sonra isə ön tərəfdən ütüləyirik. Sonra qollara keçirik. Yaxalıqda olduğu kimi, bir çoxları qolları necə düzgün ütüləməyi bilmirlər və buna görə də adətən onların üzərində uzununa ox buraxırlar. Oxların əmələ gəlməsinin qarşısını almaq üçün qolu tikişlə yuxarı açın və ütüləməyə başlayın. Sonra tikişi aşağı çevirərək hərəkəti təkrarlayın. Köynəyin arxasına gəlincə, onları həm tikişli tərəfdən, həm də ön tərəfdən ütüləmək lazımdır. Düymələri olan sahəyə xüsusi diqqət yetirin: onların ətrafındakı ərazini ütüləməyi unutmayın.

Köynəkləri ütüləmək üçün yaxı ütü seçin: parça üzərində daha yaxşı sürüşməyi üçün keramik altlığı, buxar funksiyasını və ərp əleyhinə müdafiəsi olmalıdır. Belə modelləri Umico Market-də axtarın.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
  1. Yun paltarları necə ütüləmək olar

Ütü ilə olmaz! Yun əşyalar yalnız buxarla hamarlana bilər, lakin heç bir halda ütülənə bilməz – parçanı deformasiya etmək və heç vaxt düzgün oturmayacaq “çeynənmiş” sviter almaq riskiniz var.

Zərif parçalardakı qırışları aradan qaldırmağın bəlkə də ən təsirli, ən təhlükəsiz və ən sürətli yolu buxardan istifadə etməkdir. Demək olar ki, bütün müasir ütülər buxar generatorları ilə təchiz olunmuşdur, bir çox modellərdə şaquli buxarlama rejimi də var. Onlar, bluz, jaket və ya digər zərif əşyaları asılqandan çıxarmadan səliqəli şəkildə ütüləməyinizə kömək edəcək. Ütünün altlığını paltara yaxınlaşdırmaq və buxar axınını ona yönəltmək kifayətdir.

Məsələn, ipək və ya yun sviterləri ütüləmək lazımdırsa, buxarladıcıdan istifadə edə bilərsiniz. İsti buxar parçanın liflərinə dərindən nüfuz edir, onu nəmlə doyurur və yumşaldır. Buxarla ütüləmə zərif əşyaların səthindəki ən güclü qırışları belə ütü ilə toxunmadan hamarlamağa kömək edəcək.

Umico Market-də buxarladıcı seçin: 

5. Yataq dəstlərini necə ütüləmək olar

​​​Bu proses həqiqətən zəhmətlidir, buna görə çoxu yataq dəstlərini ümumiyyətlə ütüləmir. Amma nahaq yerə. Əgər onu 60 dərəcədən aşağı temperaturda yusanız, parçada bakteriya və toz gənələri qala bilər, onları məhv edən isə buxardır. Sizin və ya ailə üzvlərinizin dəri, allergik və ya yoluxucu xəstəlikləri varsa, bu xüsusilə vacibdir. Ütüdən sonra isə bir çox növ parçalar daha yumşaq olur.

C:\Users\Кристина\Downloads\front-view-pile-towels-with-iron.jpg

Mələfəni ütüləməyin ən asan yolu nədir? Şaquli olaraq yarıya qatlayın ki, əks künclər üst üstə düşsün. Mələfənin üst hissəsindəki iki küncü diqqətlə ütüləyin, sonra əsas hissəsinə doğru hərəkət edin.

Mələfənin yuxarı hissəsini tamamladıqdan sonra onu yenidən qatlayın, lakin indi üfüqi olaraq alt küncləri yuxarıya uyğunlaşdırın. Qatlanmış mələfəni əvvəlki qaydada ütüləyin.

Temperatur rejimi parça növündən asılıdır. Prosesi asanlaşdıracaq bəzi layfxakları diqqətinizə çatdırırıq. Kətan mələfəni ütüləməzdən əvvəl onu bir az nəm saxlamaq lazımdır ki, qırışlar daha yaxşı hamarlansın. Ütüləmənin rahat olması üçün pambıqdan, ipəkdən və qaba pambıqdan hazırlanmış mələfələrin də bir az nəm olmaları məsləhətdir.

İpək kimi zərif parçaların parlaq tərəfə deyil, mat tərəfi ütülənməlidir. Qaba kətanlarını ütüləyərkən də eyni yanaşma aparılmalıdır. Satin məhsulları isə üst tərəfdən ütüləmək lazımdır. Bununla belə, satin ütüləməzdən əvvəl qurudulmalıdır, əks halda bu materialdan hazırlanan məhsullar uzanır və parlaqlığını itirə bilər.

Yataq dəstlərini daha asan, daha sürətli və daha yaxşı ütüləmək üçün buxar generatoru olan ütüləri seçin. Onları Umico Market-də tapa bilərsiniz.

Umico Market-dən layfxaklar

C:\Users\Кристина\Downloads\young-girl-standing-ironing-board-with-clothes-living-room.jpg
  • Yüksək temperaturda ütülənə bilməyən paltarı isti suyun üzərində saxlayın. Sonra qurutmaq üçün çiyinlərindən asın və isti ütü ilə ütüləyin.
  • İpək parça üzərindəki ütü ləkəsini soda və su ilə silin. Quruduqdan sonra sodanı fırça ilə təmizləyin və məhsulu soyuq suda yuyun.
  • Ləkəli paltarları ütüləməyin, əks halda ləkəni çıxarmaq çox çətin olacaq.
  • Paltarın ciblərini və kənarlarını daha yığılmış və sıx etmək üçün onları pres ilə ütüləyin: kənarlarını düzəldin, üzərinə nəm parça sərin və ütünü 2-3 saniyəyə ərzində üstündə saxlayın. Sonra quru parça ilə örtün və quruyana qədər ütünü basıb saxlayın.
  • Tikişi dartmaq üçün onu nəm parça ilə örtün. Sol əlinizlə yumşaq bir şəkildə dartın və düzəldin, sağ əlinizlə tikişi ütüləyin. Uzadılmış tikişi qısaltmaq lazımdırsa, buxarın bütün materialdan keçməsinə icazə verərək, onu nəm parça vasitəsilə yüksək temperaturda ütüləyin. Parça tamamilə quruyana qədər proseduru davam edin.
  • Ütülənmiş əşyaları daha uzun müddət formada saxlamaq üçün onları bir az soyudun və yalnız sonra şkafa asın.

Hər şeydən həzz almağa çalışın, hətta ütüləmə və buxarlama kimi adi işlərlə belə. Bunun üçün Umico Market-də yüksək keyfiyyətli və etibarlı avadanlıq seçin.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %