Shopping Guide

Həmişə xoş qarşılanacaq qeyri-adi texnika. Umico Market-dən 15 ideya.

Növbəti bayram yaxınlaşanda, misal üçün qohumlardan və ya dostlardan birinin doğum günü, “nə hədiyyə edm?” sualı yaranır. Faydalı, keyfiyyətli və qeyri-adi bir şey axtarırıq. Umico Market məsləhəti – texnika hədiyyə edin. Həmişə funksionaldır, əlavə olaraq, əsas şeylər siyahısına daxil olmadığı üçün özünüz üçün ala bilməyəcəyiniz şeylər var. Təəccübləndirəcək və sevindirəcək 17 hədiyyə ideyasını topladıq. İlk hədiyyəni özünüzə edə bilərsiniz!

1. Kitfort elektromanqalı

Yay, kömür və kəbab ətri, dostlarla söhbətlərdən gələn istilik və daddan zövq – hədiyyə edəcəyiniz budur. Elektromanqal, sizin əziyyətiniz olmadan, evdə ləzzətli kabab hazırlayacaq. İnfraqırmızı qızdırıcı element sayəsində kababın dadı kömür üzərində bişirilənin dadına bənzəyir. Kitfort brendindən olan elektromanqal adi elektrik yuvasından işləyir – manqala və ya kömürə ehtiyacınız yoxdur! İstiyə davamlı tutacaqları olan paslanmayan poladdan beş şiş, ətin yanmaması üçün yavaş-yavaş fırlanır. Qalır bircə ləzzətli təamlardan zövq almaq.

2. Cronier saç kəsmə maşını

https://strgimgr.umico.az/sized/1680/190263-97f868d68f9e18b514dba958ee2567db.jpg

Pandemiya bizi yeni bacarıqları öyrənməyə vadar etdi – yəqin ki, kimsə öz saçını kəsməyi öyrənməli oldu. Bu həm vaxtınıza, həm də pulunuza qənaət edə biləcək yaxşı vərdişdir. Əsas odur ki, keyfiyyətli saç kəsmə maşını olsun. Hədiyyə üçün əla seçimdir. Cronier-dən olan bu model yalnız saç düzümü üçün deyil, həmçinin bığ, saqqal, kantlar və başdakı naxışların formalaşmasında istifadə edilə bilər. Maşın, T şəkilli bir bıçaqla təchiz olunmuşdur, bunun sayəsində trimmer boyun və yaxa sahəsindəki tükləri mükəmməl şəkildə kəsir. Bıçaq bloku yüksək keyfiyyətli alaşımlı poladdan hazırlanmışdır və dəqiq itiləmə xüsusiyyətinə malikdir. Bu hədiyyə ilə üslubunuzla rahat təcrübə edə bilərsiniz.

3. Kitfort simsiz əl tozsoranı

https://strgimgr.umico.az/sized/840/136931-7fa5758540a4827ab3817d92c09cc630.jpg

Bu, mükəmməl təmizliyi sevənlər üçün əla hədiyyədir. Bununla, bütün gün mənzildə gəzib (batareya şarjı uzun müddət saxlayır) künclərdəki, rəflərdəki və çekməcələrdəki toz və zibilləri təmizləyə bilərsiniz. Hətta tökülmüş mayeləri belə bu əl tozsoranı ilə təmizləyə bilərsiniz! Yığcam, dəbli, rahat – əl tozsoranı tez bir zamanda tətbiq tapacaq yaxşı hədiyyə olacaq. Elektrik olmayan yerlərdə istifadə edə bilərsiniz, məsələn, avtomobilin salonu və ya bir bağ evinin həyətindəki divanda təmizləyə bilərsiniz.

4. Esli Ravent su filtri

https://strgimgr.umico.az/sized/840/189763-b3ca42673cd9caaaf0e3219ca5dbc6f8.jpg

Alman texnologiyası və türk istehsalı suyun saflığını qoruyur. Sağlamlığının qayğısına qalan və suyun keyfiyyətinin əhəmiyyətini anlayan hər kəs altı səviyyəli daxili filtri yüksək qiymətləndirəcək. Bu süzgəc 8 litr su tutacaq, qazanın özü paslanmayan poladdan hazırlanıb. Filtrin xidmət müddəti 15 ildir, zəmanət müddəti isə 4 ildir. Faydalı və davamlı bir hədiyyə.

5. Kitfort qəhvəbişirəni

https://strgimgr.umico.az/sized/840/137897-1d73f001004385549b91f9bbc1e0d8f8.jpg

Umico Market-də ekskluziv olaraq dəbli Kitfort qəhvəbişirəni! Əminik ki, ailənizin və dostlarınızın çoxu belə bir hədiyyəyə çox sevinəcəklər. Yarım avtomatik buynuzlu qəhvəbişirən aromalı espreso, kappuçino və ya late, eləcə də bir çox digər qəhvə növləri hazırlayacaq. Qəhvəbişirənin işləmə prinsipi də sadədir: buynuzda incə üyüdülmüş qəhvədən “tablet” düzəltmək və dəmləmə prosesinə başlamaq lazımdır. Bir porsiya bişirmək 20-30 saniyə çəkir, dadı isə mükəmməldir!

6. Xiaomi üz təmizlənməsi üçün ultrasəsli skraber

https://strgimgr.umico.az/sized/840/95525-e9271d1f67c593d494dfb9ba65cf5786.jpg

Bu cıhaz gözəllik salonundakı prosedurlarını əvəz edəcək. Çox qısa zamanda dərinin bütün sahələrini dərindən təmizləyir və görünüşünü yaxşılaşdırır. Təmizləyici necə işləyir? Yuyucu dəqiqədə 6.000 dəfə titrəyir və bu da cihazın səthində silikon çıxıntıların hərəkət etməsinə səbəb olur. Mikrotiplərin hərəkəti ilə birlikdə vibrasiya dərini dərindən təmizləyir, aşındırır və bərpa edir. Dərini təmiz, parlaq və təzə edən belə bir hədiyyəyə görə sizə minnətdar olacaqlar!

7. Kitfort elektrik lanç-boksu

https://strgimgr.umico.az/sized/840/172904-689ccc88f5ae0fabd5ad6908189d6bdf.jpg

Belə bir hədiyyə ilə mütləq təəccübləndirəcəksiniz! Adi görünüşlü lanç-boks nəinki yemək saxlamaq üçün, həm də isitmək, lazım gəldikdə isə hətta bişirmək üçün istifadə oluna bilər! Lanç-boks buxarla qızdırır. Bunu etmək üçün sadəcə əsas qurğuya su tökmək, şnuru elektrik yuvasına qoşmaq və güc düyməsini basmaq lazımdır – 25-30 dəqiqədən sonra yeməyiniz isti olacaq. Əsas qurğuya plastik qapaqlı, paslanmayan poladdan hazırlanmış iki konteyner taxılır. Lanç-boks aşağı gücə malik bir elektrik cihazdır, buna görə də hətta iş yerində qoşula bilər və elektrik şəbəkəsinə həddindən artıq yük yaratmaz. Bu hədiyyəni hər gün ofisdə nahar edənlər mütləq bəyənəcək.

8. Muscle fascial vibro masaj aparatı

Bu hədiyyə hər kəsə uyğun olacaq – masajı hər kəs sevir! Bu cihaz ilə hər gün masaj etmək olar – bu rifahınıza yalnız yaxşı təsir edəcək. Cihaz əzələ toxumasına və tendonların daxili təbəqələrinə yaxşı təsir göstərir. Dəstə müxtəlif əzələ qrupları üçün uyğun olan dörd əlavə daxildir – ayaqlar, yancaq, kürək, sinə, biləklər və topuqlar. Dörd növ masajdan birini də seçə bilərsiniz: rahatlaşdırıcı, canlandırıcı, əzələləri uzatmaq və ya ağrıları aradan qaldırmaq. Cəmi 15 dəqiqəlik masajla narahatlıqdan qurtula və qan dövranını yaxşılaşdıra bilərsiniz.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

9. Kitfort kapuçinatoru

https://strgimgr.umico.az/sized/840/137894-433302f23e08401f88cddc9a697f97b8.jpg

Qəhvəxanalara gəzintiləri sevənlərə hədiyyə etməlisinizsə, kapuçinator seçin. Mükəmməl süd köpüyü hazırlayır. Kapuçino, late və late makiato – hamısı evdə hazırlana bilər. Cihaz dörd rejimdə işləyir: isti və soyuq köpüklənmə, qızdırmaqla və qızdırılmadan qarışdırma. Köpüklənmə və ya qarışdırma prosesi başa çatdıqda kapuçinator avtomatik olaraq sönür. Dəstə iki əlavə daxildir: köpüklənmə və qarışdırma üçün.

10. Cecotec simsiz şaquli tozsoranı

https://strgimgr.umico.az/sized/840/185166-c206106dd259f7cde9d5e8eb376a1be6.jpg

Simsiz tozsoran hər cəhətdən əlverişli bir şeydir. Sözün həqiqi mənasında elektrik yuvasına bağlı deyilsiniz, düz bir kürəklə evi təmizləyə bilərsiniz, həmçinin şaquli tozsoran evdə az yer tutur. Böyük bir batareyaya sahib olan bu model 65 dəqiqə fasiləsiz təmizləyə bilər. Yüksək güc hətta çətin kirləri də çıxarmağa imkan verir. Dəstə bir neçə əlavə daxildir: sərt döşəmələr üçün bir fırça, tükləri təmizləmək üçün universal fırça və mebel və küncləri təmizləmək üçün iki əlavə.

11. Kitfort aeroqrili

https://strgimgr.umico.az/sized/840/172894-2610bff285699456a810d1e63bd863e6.jpg

Kitfort-dan müasir aeroqril yalnız dəbli dizaynına görə sevilməyəcək. Bu, çox funksional bir şeydir: onu aeroqril, avto fritür maşını və soba kimi istifadə edin və ən əsası – yağ əlavə etmədən əksər yeməkləri bişirin. Aeroqril elektron idarə olunur və beş avtomatik proqrama malikdir. Yeməklər altlığa taxılmış xüsusi bir səbətdə hazırlanır. Həm səbət, həm də altlıq yapışmaz örtüklüdür. Bu, yalnız yemək bişirməyi deyil, həm də dadlı, sürətli və qeyri-adi yeməkləri bişirməyi sevənlər üçün əla hədiyyədir. Müasir aerogrilllər nəinki ət bişirir, sıyıq və şorba hazırlayır, həm də meyvə və giləmeyvəni qurudur, hisə verir və konservasiya edir.

12. Xiaomi hava nəmləndiricisi

https://strgimgr.umico.az/sized/840/162729-b408b35a37fa6624aab07966fd5f17ff.jpg

Bu, unikal bir Xiaomi nəmləndiricisidir – ultrasəsli, şəffaf su çənli və səssiz işləyən. Su sterilizasiya funksiyası və kömür filtri evinizin havasını həqiqətən təmiz və təravətli edir. Səhər qabı doldurduqda, nəmləndirici gün ərzində havanı davamlı olaraq nəmləndirəcək. Qabı su ilə doldurun və bütün gecəni təmiz havadan həzz alın. Üstəlik, ultrabənövşəyi lampa ilə suyun sterilizasiyası qabdakı suyu hərtərəfli təmizləyir və nəticədə təzə və təmiz su buxarı əmələ gəlir. Bu, bakteriya, allergen və digər mikroorqanizmlərin 99%-ə qədərini öldürməyə imkan verir. 

13. Kitfort portativ blenderi

https://strgimgr.umico.az/sized/840/172898-cd7f8a81872441ab74acd70f690b4941.jpg

Yay keçdi, amma bu, sevdiyiniz smuzilərdən imtina etmək üçün bir səbəb deyil. Belə hədiyyə ilə sağlam bir qəlyanaltı həmişə əlinizin altında olacaq. Portativ blender batareya ilə işləyir və smuziləri, milkşeykləri, körpə qidasını, protein və detoks mikslərini, püre şorbalarl və daha çox şeyləri hazlırlayacaq. Portativ blender, içkinizi 40 saniyəyə qarışdıracaq, qapağın üzərindəki rezin qulpun isə, şüşənin əllərinizdən sürüşməsindən narahat olmadan blenderi rahat daşımağa imkan verir.

14. Braun epilyatoru

https://strgimgr.umico.az/sized/840/30102-be6c0197168eda915057deb16885d223.jpg

Gözəllik salonlarına getməyi əvəz edəcək başqa bir gözəllik cihazı. Bu epilyatorun özəlliyi, prosesin ağıllı bir sensor tərəfindən idarə edilməsidir. Tək bir toxunuşla daha çox tükü çıxarmaq üçün nə qədər təzyiq lazım olduğunu göstərir. Epilator xoşagəlməz hisslərə səbəb olmur, dəri uzun müddət hamar qalır, arzu olunmayan tüklərin böyüməsi yavaşlayır. 

15. Kitfort tosteri

https://strgimgr.umico.az/sized/840/172911-c437040be59ff49ae415fe0990b83497.jpg

Kitfort elektrikli tosteri, ləzzətli və xırtıldayan isti qızardılmış çörəyin üzərinə kərə yağı və ya mürəbbə yaxmağı sevənlər üçün hazırlanmışdır. Tost qabığının xüsusi dadı və rəngi tosterin texnologiyası sayəsində əldə edilir: bişirmə prosesində infraqırmızı qızdırıcı unun tərkibindəki şəkəri karamelləşdirir. Belə bir hədiyyə alan hər kəs sizi hər səhər mütləq xatırlayacaq!

16. Kitfort qril-rakletnisa

https://strgimgr.umico.az/sized/840/172895-32f6bdb3861952f12304da73acd9f66f.jpg

Çoxlu sayda dostları toplamağı sevənlər üçün əla bir hədiyyə ideyasıdır. Pendir tavalarda əriyərkən, qonaqlar zövqlərinə uyğun olaraq öz dolğularını hazırlayacaqlar: kartof və ya bibər parçalarını qızardacaq, steyk və ya sosisləri daşda bişirəcəklər, oladyalar hazırlayacaqlar. Lazım olan şey, yalnız maddələri hazırlamaq və qril-rakletnisanı masaya qoymaqdır. Cihaz bir qızdırıcı elementlə təchiz olunmuşdur, bunun altında pendir porsiyaları tavalarda bişirilir. Panellərdən biri yuxarı pillədə quraşdırılmışdır: daş plitəsi, qril + oladyabişirici cihaz, və ya oladya hazırlayıcı panel.

17. Kitfort doğrayıcısı

https://strgimgr.umico.az/sized/840/172912-7c858ab536070228fdf3020fae362e10.jpg

Elektrik doğrayıcı mətbəxdə həyatı asanlaşdıracaq. Əl ilə yerkökünu doğramaq və ya kələmi parçalamaq məcburiyyətində qalmadıqları üçün sizə mütləq təşəkkür edəcəklər. Tərəvəz və meyvələrin parçalanması və qızardılması artıq sizin əvəzinizə ediləcək. Dəstə üç ızgara bıçağı və bir parçalayıcı daxildir. İstifadəsi asan və rahatdır, və ən əsası bıçaqları necə itiləmək barədə düşünmək lazım deyil. Onlar yüksək keyfiyyətli paslanmayan poladdan hazırlanır və buna görə də olduqca davamlıdır.

Özünüzü və yaxınlarınızı funksional və keyfiyyətli texnika ilə sevindirin. Artıq indi Umico Market-də seçə bilərsiniz.

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %