Umico Market-dən tez-tez sifarişlər edirsiniz? Azərbaycanın ən böyük onlayn alış-veriş məkanı, Kapital Bank və Visa-nın təqdim etdiyi yeni lotereyada iştirak etmək və həqiqətən dəyərli hədiyyələr qazanmaq şansını qaçırmayın. Bu hədiyyələr sizin ola bilər: iPhone 15 Pro/Pro Max, AirPods Pro və yeni Hyundai Tucson!

Lotereya oktyabrın 30-da başlayıb və dekabrın 31-dək davam edəcək. Məhz bu tarixlərdə hədiyyələrdən birini qazanmaq şansı əldə etmək üçün bütün şərtləri yerinə yetirməlisiniz. Qaydalar, həmişə olduğu kimi, sadədir və onları yerinə yetirmək asandır:
- Umico Market tətbiqinə daxil olun, 50 AZN və ya daha çox dəyərində məhsulları səbətinizə əlavə edin.
- Ödənişi Kapital Bank Visa kartı ilə edin.
- Hədiyyə qazanmaq şansları əldə edin. Hər 50 AZN məbləğinə bir şans verilir.
- Daha böyük məbləğdə alış-veriş etdikdə, şanslarınız daha da artır. Məsələn, Umico Market-də həftə ərzində Kapital Bankın Visa kartı ilə ödənilmiş 40 AZN və 70 AZN məbləğində alış-veriş sizə 2 uduş şansı verəcək.
Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!
Hədiyyələri nə vaxt əldə etmək olar?
Ümumilikdə, noyabrın 20-dən başlayaraq 9 oyun keçiriləcək (dəqiq tarixlərə burada baxmaq olar). Hər turda smartfonlar və qulaqlıqlar oynanılacaq. Nəzərə alın ki, yalnız bir dəfə qalib gələ bilərsiniz.
Super mükafat – Hyundai Tucson – 18 yanvar 2024-cü ildə oynanılacaq. Bu hədiyyə üçün lotereyada iştirak etmiş hər kəs mübarizə apara biləcək.
Gəlin mükafat fonduna bir daha nəzər salaq. Beləliklə, bu hədiyyələr oynanılacaq:
- Hyundai Tucson (2023-cü ilin buraxılışı)
- iPhone 15 Pro – 13 ədəd
- iPhone 15 Pro Max – 18 ədəd
- AirPods Pro – 32 ədəd
Şansınıza inanın və lotereyada iştirak edin!