Shopping Guide

Redmi Note: hansı daha yaxşıdır?

Xiaomi-nin Redmi Note seriyasından olan smartfonlar uzun müddətdir ki, həm analitik rəylərin, həm də qlobal satışların başındadır. Bu gün sizinlə hansı Xiaomi Redmi-nin daha yaxşı olduğunu öyrənməyə qərar verdik.

Tarixi haqqında

İlk Redmi Note təxminən 10 il əvvəl 2014-cü ildə buraxılmışdı. Məhz o vaxt Xiaomi bütün bazar üçün yüksək bir hədd təyin etdi. Smartfonun ekranının diaqonal ölçüsü digər məlum modellərdən yarım düym böyük idi. Bütün dünyanın bu buraxılışa aşiq olmasının ikinci səbəsi isə qiyməti idi. İstehsalçılar “dəmir parçası”ndan deyil, tətbiqlərdən pul qazanmağa çalışırdılar, bu da həmin modeli digər markaların flaqmanlarından yarım dəfə ucuz edirdi.

İstehsalçılar qablaşdırmaya xüsusi diqqət yetirmişdilər. Adi lakin çox davamlı  bir qutu – onun üzərində bir adam dayana bilər, içərisindəki cihaz isə zədələnməyəcəkdir. Qəza testi (Crash Test) ideyası bu gün də aktualdır.

Təxminən on il ərzində Redmi Note xəttinin 13 nəsli, ümumilikdə isə 32 müxtəlif modifikasiya (S, Pro, A, C, T modelləri və digərləri) buraxıldı.

Ancaq bu gün satışda Redmi Note 8 və daha yeni modelləri mövcuddur və biz bu modelləri gücü, qiyməti və innovasiyada irəliləyişi baxımından müqayisə edəcəyik.

Hansı yaxşıdır: Redmi Note 10 yoxsa Redmi 11?

Alıcıları tez-tez bu sual düşündürür: “Hansı daha yaxşıdır: Redmi Note 10 yoxsa Redmi 11?” Özünüzün sərbəst seçim edə bilməniz üçün əsas göstəriciləri əsasında bu iki modeli müqayisə etmək qərarına gəldik.

Redmi Note 10Redmi 11
KameraƏsas kamera – 48 MP, ultra-geniş 8 MP və 2 MP dərinliyə malik makroçəkiliş – 2 MP Əsas kamera – 50 MP, ultra-geniş 8 MP və dərinliyə və makroçəkiliş – 2 MP 
GücProsessor Qualcomm Snapdragon 678, operativ yaddaş seçimi– 4/6/8 GBProsessor Qualcomm Snapdragon 680,  operativ yaddaş seçimi – 4/6/8 GB
DispleyEkran ölçüsü 6,43 düym Full HD +AMOLEDEkran ölçüsü 6,53 düym Full HD +IPS LCD
Batareya tutumuAkkumulyatorun tutumu 5000 mAhAkkumulyatorun tutumu 5000 mAh

Müqayisə nəticələrinə əsasən, cüzi fərq olsa da, yenə də yeni nəsil redmi note 11 qalib gəlir.  

Biz seçimdə özünüzü məhdudlaşdırmamağı və redmi note 11 pro, redmi note 12 və redmi note 12 pro modellərinə daha yaxından nəzər salmağı tövsiyə edirik.

Ən güclü Redmi hansıdır?

2023-cü ilin ən yaxşı Xiaomi smartfonu siyahısına bir çox göstəricilərə görə Xiaomi 13 Ultra liderlik edir. Model güclü flaqman Qualcomm Snapdragon 8 Gen 2 prosessoru ilə təchiz edilib və 12 GB RAM ilə bu ilin bütün Xiaomi smartfonları arasında ən yaxşı performansı təmin edir. Eyni prosessor Xiaomi 13 pro-da da var, bu da onları rəqibə çevirir.

13 Ultra-nın aşkar üstünlükləri:

  • 1440×3200 ölçüsünə və 120 Hz tezliyə malik 6,73 düymlük AMOLED displey. 2600 nit-ə qədər yüksək parlaqlıq həddi.
  • Kameralar – 1 düymlük əsas sensor, genişbucaqlı obyektiv və iki teleobyektiv kamera daxil olmaqla 4 ədəd 50 MP sensor. Üstəlik, genişbucaqlı istisna olmaqla, hər bir sensor optik sabitləşməyə malikdir.

Bununla belə, Redmi xəttində ən güclüsü  Redmi Note 12 Turbo modeli hesab olunur. Bu model də eyni flaqman prosessoru ilə təchiz edilmişdir, lakin 13 Ultra-dan yalnız bir pillə aşağı – Snapdragon 7 Gen 2 tək çip sisteminə malikdir.

Redmi K60E və Redmi Note 11 Pro+ hazırda performans baxımından bir qədər aşağıda durur.

Həmçinin Xiaomi 13 Proxiaomi 12t pro modellərinə də nəzər yetirin. Sonuncu uzun müddətdir ki, brendin flaqmanları arasında ən yaxşısı hesab olunur, hətta Apple və Samsung brendinin favoritləri ilə rəqabət apara bilir.

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz

Ən yaxşı Xiaomi Redmi hansıdır?

Bu suala dəqiq cavab vermək mümkün deyil, çünki hər bir istifadəçiyə özünəməxsus funksiyalar və onların optimal qiymət ilə nisbəti vacibdir.

“Hansı Xiaomi rəyləri daha yaxşıdır” bölməsinə daxil olaraq ekspertlərin rəyini adi istifadəçilərin təcrübəsi ilə müqayisə edə bilərsiniz. Siyahıda ən yuxarıda hələ də 13 Ultra və Xiaomi 13 pro, Xiaomi 12 Pro və Xiaomi Redmi Note 12 Pro var.

Ekspertlərin qiymətləndirməsini nəzərə alsaq, siyahıya yuxarıda sadalananlardan əlavə Xiaomi 13 Lite və Poco F5 də daxil olacaq. Xiaomi mi 11 isə əksinə, ekspertlər tərəfindən tövsiyə edilmir və “kompromis variantı” adlanır. Biz dürüstlük tərəfdarıyıq!

Hansı Redmi telefonunu götürmək daha yaxşıdır?

Beləliklə, 2023-cü ildə hansı Xiaomi almaq yaxşıdır? Biz sizin yerinizə qərar verə bilmərik, lakin qiymət və keyfiyyət, müasirlik və texnoloji xüsusiyyətlər baxımından redmi 12 və ya Redmi Note 12 Pro Plus qlobal versiyasına üstünlük verərdik. Onlar sizə lazım olan bütün variantlara, müasir dizayna və nisbətən aşağı qiymətə malikdir.

Büdcəli modellər arasında Xiaomi Redmi A1, Xiaomi Redmi 10C və Xiaomi Redmi Note 10S smartfonlarını tövsiyə edirik – onlar internetdə serf etmək və sosial şəbəkələrlə işləmək üçün orta büdcəli smartfonlar arasında ən yaxşılarıdır.

Məhsulun kartındakı tərəzi işarəsinə klikləməklə Umico Market-də məhsulları müqayisə edin. Nağd, kartla, hətta kreditlə ödəyin.

Umico Market-də sizə uyğun Xiaomi Redmi smartfonunu seçin və məmnuniyyətlə istifadə edin!

Alış-veriş edin, keşbek qazanın və maliyyənizi idarə edin

Hamısı bir tətbiqdə!

Leave a reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Faydalı məlumat əldə etmək və alış-verişi daha da düşünülmüş etmək istəyirsiniz?

Bizim yollamalara abunə olun və yeni məqalələr haqqında bildirişlər alın!

E-poçt səhv daxil edilmişdir
Müraciət göndərildi
Abunə olun
Siz artıq yollamalara abunə olmusunuz
Next Article:

0 %